Təkamül nəzəriyyəsini təkzib edən orqan: apendiks

Son illərdə aparılan tədqiqatlar çox mühüm həqiqəti üzə çıxarmışdır: təkamülə dəlil kimi göstərilən apendiks (korbağırsağın soxulcanabənzər çıxıntısı) təkamülçülərin zənn etdiyi kimi rudiment orqan deyil. Əksinə, mükəmməl quruluşu ilə Allah`ın üstün ağlının dəlilidir.

Apendiks qarının aşağı sağ bölgəsində yoğun bağırsağın başlanğıc hissəsi olan korbağırsağın aşağı kənarından başlayan, uzunluğu təqribən 10 sm, qalınlığı 0.5-1 sm olan ucu qapalı kanaldır. Apendiksin yoğun bağırsağa bitişik ağzı, bağırsağa açılan kisə kimi uzanan forması təkamülçüləri yanıldan əsas səbəbdir. Bu kisə formasındakı orqan təkamülçülərin xəyali təkamül mexanizmlərini hərəkətə keçirmiş və bu orqanın təkamül prosesi nəticəsində tədricən funksiyasını itirmiş rudiment orqan olduğunu iddia etmişlər. Halbuki bu fikir həm məntiqdən kənardır, həm də elmi cəhətdən yanlışdır. Bəs apendiksi rudiment orqan kimi səciyyələndirən təkamülçülərin bu xətasının elmi açıqlaması nədir?

APENDİKSİN RUDİMENT ORQAN OLMASI İDDİASI ELMİ CƏHƏTDƏN NİYƏ YANLIŞDIR?

Darvinizmin digər iddiaları kimi apendiksin rudiment orqan olması iddiası da o dövrün ibtidai elmi səviyyəsindən doğan cəfəngiyatdır. Elm inkişaf etdikcə Darvinin və onun tərəfdarlarının rudiment hesab etdiyi orqanların, əslində, mühüm funksiyaları olduğu üzə çıxmışdır. Çünki “funksiyasız” adlandırılan orqanlar, əslində, funksiyası hələ müəyyən edilməmiş orqanlar idi. Funksiyaları müəyyən edildikcə təkamülçülərin tərtib etdiyi uzun “rudiment orqanlar” siyahısı qısalmışdır. Bəs təkamülçülərin rudiment orqanlar siyahısının qısalmasına səbəb olan və apendiksin mühüm funksiyaları olduğunu göstərən elmi faktlar hansılardır? Birlikdə təhlil edək.

  • Apendiks immun sisteminə dəstəkdir:

Elm adamları rudiment orqan hesab edilən apendiksin yaradılış möcüzəsi olduğunu sübut ediblər. Çünki apendiks orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir üzvüdür. Bu həqiqət “Examples of Bad Design Gone Bad” (“Pis dizayn nümunələri səhv çıxdı”) adlı məqalədə açıqlanmışdır.

Apendiksin mikroskopik səviyyədə tədqiq edilməsi nəticəsində içində çoxlu miqdarda limfa toxuması olduğu aşkar edilmişdir. Bunlar orqanizmə yemək yolu ilə daxil olan yad maddələri, yəni antigenləri tanıma qabiliyyətinə malikdirlər. Bənzər limfa toxumasına (bu limfa toxuması GALT- yəni həzm sistemi ilə əlaqədar olan limfa toxuması adlanır) bağırsaq sisteminin digər hissələrində də rast gəlinməsi apendiksin bir vaxt iddia edildiyi kimi kiçilmiş, funksiyasını itirmiş orqan olmadığını göstərir. Allah hər şeyi bir məqsədlə yaratmışdır.

Alman anatomiyaçı R. Viderşeym tərəfindən (R. Wiedersheim) 1895-ci ildə irəli tərtib edilən “rudiment insan orqanları” siyahısı apendiks, büzdüm sümüyü kimi təqribən 100 orqanı əhatə edirdi. Ancaq elm inkişaf etdikcə Viderşeymin siyahısındakı orqanların hamısının Allah`ın üstün ağlının əsəri olduğu və orqanizmdə çox mühüm funksiyalarının olduğu üzə çıxdı.

“Rudiment orqan” nağılının mənbəyi o dövrün ibtidai elmi səviyyəsidir

Bu günə qədər rudiment orqan kimi irəli sürülən apendiksin rudiment hesab edilməsinin səbəbi Darvin və tərəfdarlarının dövrün ibtidai elmi səviyyəsinə əsaslanan cəfəng fikirləridir. Dövrün ibtidai mikroskopları altında apendiksin içində limfa toxuması və immun sistemi üçün həyati əhəmiyyət daşıyan faydalı bakteriyaların olduğu bilinmirdi. Təkamülçülər quruluşunu bilmədikləri bu orqanı öz nəzəriyyələrinə əsasən funksiyasız hesab etmiş və rudiment orqanlar siyahısına daxil etmişdilər. Halbuki apendiksin üstün quruluşu və lazım olduqda fəaliyyətə keçən müdafiə sistemi Allahın qüsursuz yaratmasına və üstün ağlına dəlildir.

Allah təkamülçülərin rudiment orqan adlandırdığı, əslində isə, yaradılış möcüzəsi olan apendiksi mükəmməl xüsusiyyətlərlə yoxdan yaratmışdır.

  • Apendiks faydalı bakteriyaların toplandığı yuvadır:

Bir çox təcrübə və tədqiqat apendiksin yeni bir xüsusiyyətini də üzə çıxarmışdır. Faydalı bakteriyalar həzmə kömək edən apendiksin içində toplanır və ehtiyac olmadıqca ordan çıxmırlar. Bağırsaqlar yediyimiz qidaların həzm olunmasına kömək edən bakteriyalarla doludur. Hər hansı xəstəlik zamanı bağırsaqdakı faydalı bakteriyalar orqanizmdən xaric edildikdə apendiksdə toplanmış faydalı bakteriyalar buradan çıxıb zərərli bakteriyaların çoxalmasının qarşısını almaq üçün bağırsaqda yerləşirlər. Orqanizmin müdafiəsi üçün çox vacib olan bu sistem olmasa, insanlar ölümlə nəticələnən təhlükələrlə qarşılaşardılar.

Apendiksin bu mühüm funksiyasına baxmayaraq, onun rudiment orqan olduğunu iddia etmək böyük xətadır.

 Apendiksin rudiment orqan olması iddiası məntiqsizdir

Təkamülçülər apendiksin rudiment orqan olmasını iddia edərək həm elmi, həm məntiqi səhvə yol verirlər. Məlum olduğu kimi, təkamülçülər canlılardakı rudiment orqanların keçmiş əcdadlarından qaldığını iddia edirlər. Halbuki rudiment orqan hesab edilən bəzi orqanlar insanın əcdadı kimi qələmə verilən canlılarda yoxdur. Apendiks də bu orqanlardan biridir. Çünki təkamülçülər tərəfindən insanın əcdadı olduğu irəli sürülən bəzi meymunlarda apendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq H. Enok (H. Enoch) bu məntiqi səhvi belə ifadə edir:

“İnsanlarda apendiks var. Ancaq qədim əcdadları olan ibtidai meymunlarda apendiks yoxdur. Sürpriz şəkildə apendiks daha ibtidai quruluşda olan məməlilərdə, məsələn, opossumlarda yenidən üzə çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər?”

Təbii ki, insanlarda əcdadlarından miras qalmış heç bir rudiment orqan yoxdur, çünki insanlar digər canlılardan təsadüfən törəməyiblər, bugünkü quruluşları ilə tamvə mükəmməl şəkildə yaradılıblar.

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)