Oksigenin həll olma qabiliyyəti canlılar üçün ən ideal ölçüdədir

Orqanizmimizin oksigendən istifadə etməsi bu qazın suyun içində həll olma xüsusiyyətindən qaynaqlanır. Nəfəs aldıqda ciyərlərimizə daxil olan oksigen dərhal həll olaraq qana qarışır. Qandakı hemoqlobin adlı zülal həll olmuş oksigen molekullarını hüceyrələrə daşıyır. Hüceyrələrdə isə xüsusi fermentlər sayəsində oksigendən istifadə olunaraq ATF adlanan karbon birləşmələri yandırılır və enerji əldə edilir.

Bütün kompleks canlılar bu sistemlə enerji əldə edirlər. Əlbəttə, bu sistemin işləməsi oksigenin həll olma qabiliyyətindən asılıdır. Əgər oksigenin həll olma qabiliyyəti lazımi dərəcədə olmasaydı, qana çox az miqdarda oksigen qarışar və bu da hüceyrələrin enerji ehtiyacının təmin olunması üçün kifayət etməzdi. Oksigenin həddindən artıq həll olması isə qandakı oksigen miqdarını artırar və oksidasiya zəhərlənməsi baş verərdi.

Qazların suda həll olma dərəcələri bir-birindən çox fərqlənir. Ən çox həll olan qaz ilə ən az həll olan qaz arasında bir milyon dəfə həll olma fərqi var. Demək olar ki, heç bir qazın həll olma dərəcəsi eyni deyil. Məsələn, karbon qazı oksigenə nisbətən suda 20 dəfə çox həll olur. Bu qədər fərqli həll olma dərəcələri arasında oksigenin həll olma dərəcəsi məhz bizə lazım olan ölçüdədir.

 

Oksigenin həll olma qabiliyyəti bir az çox və ya az olsaydı, nə baş verərdi?

Əgər oksigen suyun (qanın) içində daha az həll olsaydı, qana daha az oksigen qarışar və hüceyrələr kifayət qədər oksigen almazdı. Bu təqdirdə, insan kimi maddələr mübadiləsi olan canlılar yaşaya bilməzdi. Nə qədər nəfəs alsaq da, havadakı oksigen hüceyrələrə kifayət qədər getmədiyi üçün mərhələli şəkildə boğulma təhlükəsi ilə qarşılaşardıq.

Əgər oksigenin həll olma qabiliyyəti bir az çox olsaydı, bu dəfə də oksidasiya zəhərlənməsi baş verərdi. Oksigen, əslində, çox təhlükəli qazdır və normal həddən artıq qəbul edildikdə canlılara öldürücü təsir edir. Qanda oksigen miqdarı artdıqda bu oksigen su ilə reaksiyaya girir, nəticədə reaktiv, məhvedici maddələr ortaya çıxır. Orqanizmdə oksigenin bu təsirini aradan qaldıran kompleks ferment sistemləri var. Ancaq əgər oksigen miqdarı bir az çoxalsa, bu ferment sistemləri işə yaramaz və hər nəfəs aldıqda orqanizmimiz zəhərlənərək qısa müddətdə ölümə səbəb olar. Kimyaçı Ervin Fridoviç bu barədə belə deyir:

“Tənəffüs edən bütün orqanizmlər qəribə tələyə düşmüş vəziyyətdədirlər. Həyatlarını dəstəkləyən oksigen, eyni zamanda, onlar üçün zəhərləyici (toksik) xüsusiyyətdədir və bu təhlükədən çox həssas xüsusi müdafiə mexanizmləri sayəsində qorunurlar”. (Irwin Fridovich, “Oxygen Radicals, Hydrogen Peroxide, and Oxygen Toxicity”, Free Radicals in Biology, (ed. W. A. Pryor), New York: Academic Press, 1976, s. 239-240)

Oksigenin həll olma dərəcəsinin və orqanizmdəki kompleks ferment sistemlərinin məhz lazımi ölçüdə yaradılması bizi bu tələdən, yəni oksigenlə zəhərlənmədən və ya oksigensiz qalaraq boğulmaqdan qoruyur. Allah nəfəs aldığımız havanı da, kompleks sistemlərimizi də qüsursuz uyğunluqla yaratmışdır.

 

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)