Archive for » 2017 «

Nəfəs alarkən qarşılaşdığımız təhlükə

Burnumuzun əsas funksiyası nəfəs aldığımız havanın içindəki toz zərrəciklərinə, bakteriya və mikroblara mane olmaq, beləcə, ağciyərdə əmələ gələcək xəstəliklərin qarşısını almaqdır.

Bu mükəmməl təhlükəsizlik mexanizmi belə işləyir: havadan daxil olan zərərli zərrəciklər tənəffüs yollarının səthindəki nəmləndirici selik təbəqəsi tərəfindən tutulur. Sonra silia adlanan kirpikciklər işə düşür. Tərkibində zərərli maddələr olan seliyi kirpikciklər dəqiqədə 1 sm sürətlə udlağa doğru itələyir, daha sonra öskürəklə xaric edilir və ya udularaq mədədəki turşularla məhv edilir. Burada ümumi izah etdiyimiz bu proseslər, əslində, çox mürəkkəbdir. Belə ki, milyonlarla kirpikciyin mütəşəkkil halda necə hərəkət etdiyi və iş mexanizminin təfərrüatları hələ tam məlum deyil. Selik təbəqəsi, selik ifraz edən hüceyrələr və kirpikciklər mükəmməl kimyəvi təmizləmə sistemi meydana gətirirlər. Bu təmizləmə sistemi elə qüsursuz işləyir ki, orqanizmimiz üçün nəyin lazımlı, nəyin təhlükəli olduğunu dərhal müəyyən edir və lazımi tədbirləri görür. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: ,  Şərh yaz

Payızda yarpaqların tökülməsinin ardındakı hikmətlər

  • Ağaclar nə üçün yarpaqlarını tökür?
  • Yarpaqların tökülməsinin hikmətləri nələrdir?

Bitkilər üçün, xüsusilə qida hasil edən yarpaqlar üçün günəş işığı çox vacibdir. Payızın gəlməsi ilə havalar soyumağa, gündüzlər qısalmağa başlayır və Yer kürəsinə gələn günəş işığı azalır. Bu azalma bitkilərdə bəzi dəyişikliklərə səbəb olur və yarpaqlarda yaşlanma proqramı adlanan yarpaq tökülməsi başlayır. Bir çox insanın əhəmiyyət vermədiyi, hətta qəflət gözü ilə baxdığı bu hadisə, əslində, heyranedici və möcüzəvidir.

Yarpaq tökülməsi ağaclar üçün əhəmiyyət daşıyır

Soyuq havalarda torpaqdakı su getdikcə qatılaşır və ağacın kökləri suyu sora bilmir. Lakin yarpaqların tərləməsi, havanın soyumasına baxmayaraq, davam edir. Suyun azaldığı dövrdə daima tərləyən yarpaqlar bitki üçün artıqlıq təşkil edirlər. Onsuz da yarpaqların hüceyrələri soyuq qış günlərində donmaya məruz qalıb parçalanacaq. Ona görə, ağaclar qış gəlməzdən əvvəl yarpaqlarını tökürlər, beləliklə, onsuz da məhdud olan su ehtiyatlarını əbəs yerə sərf etmirlər. davamı »

Arılar polyarizə işığı görmə qabiliyyətlərindən qida tapmaq üçün istifadə edirlər

Arılar polyarizə işıqdan yaradıldıqları andan etibarən – yəni milyon illərdir istifadə edir, qüsursuz hesablama ilə istiqamət təyin edirlər. Bəs bunu necə bacarırlar?

Arılar istiqaməti polyarizə işığa əsasən tapırlar

Arılar hava buludlu olduqda belə, günəşdən kompas kimi istifadə edirlər. Bunu ultrabənövşəyi işıq dalğaları vasitəsilə edirlər.

Ultrabənövşəyi işıq dalğaları çox sıx olmayan bulud örtüyünün içindən keçə bilir. Bu sayədə işçi arılar günəşin istiqamətini müəyyən etməkdə ultrabənövşəyi işıq dalğalarından istifadə edirlər.

Günəşdən yayılan təbii işıq polyarizə olur, yəni işıq dalğalarının titrəyiş istiqaməti Günəş səmada hərəkət edərkən nizamlı şəkildə dəyişir. Bu polyarizasiya formasını insanlar görə bilmirlər, lakin arılar və bir çox canlı görür. Günəşin görünməməsi və ya göy üzünün buludlu olması bu canlılar üçün maneə deyil. davamı »

Kembri dövrü

Yer üzündə böyük canlı müxtəlifliyi var. Planetimiz qütblərdən Amazona, hündür dağlardan okean dərinliklərinə qədər çox müxtəlif canlı formaları ilə doludur. Bakteriyadan soxulcana, qarışqadan ağaca, qağayıdan delfinə qədər müxtəlif canlılar həssas işləyən sistemlərə, kompleks orqanlara malikdirlər. Bu sistemlər sayəsində ətraf mühitlə mükəmməl uyğunluq içində həyatlarını davam etdirirlər. Bioloqlar tərəfindən təfərrüatları kəşf edilən bu sistemlər insanı heyran edir.

Elm adamları və mütəfəkkirlər hər dövrdə təbiəti tədqiq etmiş, qüsursuz ahəng və plan olduğuna şahid olmuş, bu suallara cavab axtarmışlar:

Bu qədər çox müxtəlifliyə malik canlılar yer üzündə ilk dəfə necə əmələ gəlib?

Bədənlərindəki mükəmməl sistemlərə necə malik olublar?

Bu canlılar arasındakı uyğunluq və müvazinət necə mümkün olub? davamı »

Bəlkə hal-hazırda yuxudasınız?

Dünyanı qavrama formamız o qədər mükəmməldir ki, “xaricdə”, yəni bədənimizin ətrafında bir görüntü olduğuna bizi inandırır. Lakin bu vəziyyətin gecə gördüyümüz yuxulardan heç bir fərqi yoxdur. Yuxularımızda ətrafımızdakı hadisələrin, səs və görüntülərin fərqində oluruq, hətta bədənimizin də… Düşünürük və mühakimə edirik, qorxu, qəzəb, məmnuniyyət və sevgi hissləri duyuruq. Başqa insanlarla danışır, onlarla eyni şeyləri gördüyümüzü düşünərək ətrafımızdakılar haqqında fikir yürüdür, hətta üzərimizə gələn avtomobilin bizi vurmasından ehtiyat edərək kənara çəkilirik. Qısası,  oyanıb yaşadığımızı zənn etdiyimiz şeylərin yalnız zehnimizdə olduğunu bilənə qədər, yuxumuzda da maddi dünyada yaşadığımızı düşünürük…

Yuxudan oyandıqdan sonra: “Hər şey bir yuxu imiş”, -dediyimizdə isə yaşadığımızın, əslində, fiziki xüsusiyyətə malik olmadığını, hər şeyin zehnimizdə yaradıldığını başa düşürük. Oyaq olduğumuzu düşündüyümüz zaman isə qəti şəkildə real dünyada yaşadığımızı düşünür və davranışlarımızı buna uyğun nizamlayırıq. Ancaq oyaq olduğumuz zaman qarşılaşdığımız hadisələr də eynilə yuxuda olduğu kimi zehnimizdə yaşanır. Buna görə də hal-hazırkı hisslərimizin də yuxu olmadığından əmin ola bilmərik. davamı »

Təkamül nəzəriyyəsini təkzib edən orqan: apendiks

Son illərdə aparılan tədqiqatlar çox mühüm həqiqəti üzə çıxarmışdır: təkamülə dəlil kimi göstərilən apendiks (korbağırsağın soxulcanabənzər çıxıntısı) təkamülçülərin zənn etdiyi kimi rudiment orqan deyil. Əksinə, mükəmməl quruluşu ilə Allah`ın üstün ağlının dəlilidir.

Apendiks qarının aşağı sağ bölgəsində yoğun bağırsağın başlanğıc hissəsi olan korbağırsağın aşağı kənarından başlayan, uzunluğu təqribən 10 sm, qalınlığı 0.5-1 sm olan ucu qapalı kanaldır. Apendiksin yoğun bağırsağa bitişik ağzı, bağırsağa açılan kisə kimi uzanan forması təkamülçüləri yanıldan əsas səbəbdir. Bu kisə formasındakı orqan təkamülçülərin xəyali təkamül mexanizmlərini hərəkətə keçirmiş və bu orqanın təkamül prosesi nəticəsində tədricən funksiyasını itirmiş rudiment orqan olduğunu iddia etmişlər. Halbuki bu fikir həm məntiqdən kənardır, həm də elmi cəhətdən yanlışdır. Bəs apendiksi rudiment orqan kimi səciyyələndirən təkamülçülərin bu xətasının elmi açıqlaması nədir? davamı »

Bakteriyaların ağlı

Son illərdə bakteriyalar üzərində aparılan müşahidələr bu birhüceyrəli canlıların çox ağıllı davrandığını, mühiti dəyərləndirib qərar verdiklərini göstərmişdir. Tanınmış molekulyar bioloq Maykl Denton (Michael Denton) bu barədə belə yazır:

“Toz zərrəciyindən də kiçik olmasına baxmayaraq, amöblərin daha kompleks canlılar kimi həyat strategiyası var. Əgər amöbü pişik ölçüsündə böyütsək, bu məməli ilə eyni zəkada olduğunu görərik. Bəs bu kiçik canlılar necə olur ki, bu qədər yaxşı hesablanmış qərarlar verirlər?… Amöb tutmaq istədiyi ovunu şüurlu şəkildə qovur, ovu istiqamətini dəyişdirdikdə o da onun ardınca istiqamətini dəyişir, uzun müddət ovunu izləyir. Bu davranışlar molekulyar səviyyədə açıqlana bilmir”.

Yuxarıdakı sitatın son cümləsinə diqqət yetirmək lazımdır. Amöblərin davranışı molekulyar səviyyədə – yəni kimyəvi reaksiyalarla, fiziki amillərlə açıqlana bilmir. Bu canlılar şüurlu şəkildə qərar verərək hərəkət edirlər. Ancaq maraqlıdır ki, nə beyinləri, nə də sinir sistemləri var. Zülal, yağ və sudan ibarət hüceyrələrdir. davamı »

BİTKİLƏRİN QİDA DƏYƏRİNİ HESABLAYAN ŞİMAL MARALLARI

Şimal maralları daima hərəkət edən canlılardır. Bu qədər hərəkət etmələrinin səbəbi isə qida axtarmalarıdır. Şimal marallarının əsas qida mənbəyi asanlıqla həzm olunan şibyədir. Ancaq şibyə yavaş böyüyür. Maralların qışlaq sahəsi, əsasən, şibyənin bol və qarın az olduğu yerlərdir. Qışda xüsusilə bu sahələrə gedir. Yazda isə yeni doğulmuş balalarına süd vermək üçün şimal maralı zülal və minerallarla qidalanmalıdır. Şibyələrdə bu zülal yoxdur. Qidaların xüsusiyyətləri bitdikləri en dairəsinə, hündürlüyə və torpağın xüsusiyyətinə görə fərqlənir. Hündür en dairəsindəki bitkilər həm zülal və mineralla zəngin olur, həm də asan həzm olunur. Ancaq bu, hər mövsümdə olmur. Ancaq yay fəslinin əvvəlində bitkilər bu xüsusiyyətdə olurlar. Bunu bilirmiş kimi, şimal maralları yay fəslinin başlaması ilə bu sahələrə gedirlər. davamı »

DÜNYANI BÜRÜYƏN SİMMETRİK VƏ ESTETİK FORMA: KRİSTAL

  • Kristal necə əmələ gəlir?
  • Kristal formanı parçalamaq nə üçün çətindir?
  • Kristalın quruluşu pozulsa, nə baş verər?

Kristal sözünü eşitdikdə çox vaxt insanların zehnində “kristal vaza” yaxud “qar kristalları” canlansa da, kristallar insan həyatının molekulyar səviyyədə hər sahəsində mövcud olan, elm adamlarını heyran edən qüsursuz sənət əsərləridir. Bu mükəmməlliyin sirri isə bir çox mütəxəssisin uzunmüddətli cəhdləri nəticəsində yaxın dövrdə açılmışdır. Gözlə görünməyən bu qüsursuz formanı dərindən tədqiq edən elm adamları uca Rəbbimizin yaratma elmini göstərən həndəsi sənətlə qarşılaşıblar.

3 sm-in milyonda biri qədər hissədə əmələ gələn, bir bərk maddənin toz şəklində ən kiçik zərrəciklərində belə mövcud olan möhtəşəm nizama malik kristallar həyatımızın hər sahəsində mövcuddurlar. Yer üzünün bərk qabığı qüsursuz nizama malik atomların təşkil etdiyi kristal səthdir. Ona görə, insanın ayaq basdığı hər yerdə düzgün həndəsi formalarla bir-birinə birləşən simmetriya və estetika hakimdir. Bəzi insanlar bu üstün sənəti adi gözlə görmədiklərinə görə yanılırlar. davamı »

Planet formalaşmasının ən dəqiq fotoşəkili çəkilib

“Alma” radioteleskopu körpə ulduzun ətrafında əmələ gələn planetlərin indiyə qədərki ən dəqiq görüntüsünü çəkib.

BBC-nin verdiyi xəbərə əsasən, teleskopun çəkdiyi fotoşəkildə hələ bir milyon yaşı olmayan, Buğa bürcündə yerləşən “HL Tau” ulduzunu əhatə edən böyük toz və qaz buludundakı tünd halqa formasındakı boşluqları orbitdəki körpə planetlər əmələ gətirir.

Yer kürəsindən 450 işıq ili uzaqlıqda, mərkəzi “HL Tau” ulduzu olan bu proses “Alma” radioteleskopunun yeni yüksək meqapikselli xüsusiyyətləri sayəsində görüntülənib.

Elm adamları teleskopun yeni xüsusiyyətlərini sınaqdan keçirərkən antenaların “HL Tau”ya istiqamətlənib və planetlərin formalaşma prosesini çox təfərrüatlı şəkildə izləyiblər.

Oksford Universitetində astrofizik Apracita Verma görüntünü qeyri-adi səciyyələndirib.

 

 

www.trthaber.com

Bölmə: Planetimiz  Şərh yaz