İnsan üçün Yaradılmış Planet

Materialist fəlsəfə kainatdakı nizam və tarazlıqlar haqqında yalnız bir açıqlama irəli sürür: Təsadüf… Bu iddiaya görə bütün kainat təsadüflər nəticəsində meydana gəlmişdir. Lakin kainatı bir az tədqiq etdikdə belə, bu iddianın tamamilə həqiqətdən uzaq olduğunu görürük. Çünki təsadüflər sadəcə qarmaqarışıqlıq (xaos) əmələ gətirir, kainatda isə qarışıqlıq deyil, nizam var.

Kainatı tədqiq etdikdə saysız-hesabsız nizam nümunələri ilə qarşılaşırıq. Yaşadığımız Dünya da bunlardan biridir. Dünya malik olduğu bütün xüsusiyyətlərlə həyatın davam etdirilməsinə uyğun şəkildə, son dərəcə həssas tarazlıqlarla yaradılmışdır.

Dünyanın Günəşdən məsafəsi, oxunun orbitinə olan mailliyi, atmosferdəki tarazlıqlar, Dünyanın öz ətrafında və Günəş ətrafında fırlanma sürətləri, Dünyadakı okeanların, dağların funksiyaları, canlıların malik olduqları xüsusiyyətlər və bunların bir-birlərilə əlaqəsi bu ekoloji tarazlığın hissələrindən sadəcə bir neçəsidir.

Kainatdakı digər planetlər və Yer kürəsi müqayisə edildikdə Yer kürəsinin insan üçün xüsusi şəkildə dizayn olunduğu daha da aydın olur. Məsələn, su kainatda çox nadir rast gəlinən tərkibdir. Maye halındakı su Günəş sistemində sadəcə bizim planetimizdə var. Həm də Yer kürəsinin təxminən 71.1%-i sudur. Milyonlarla növ canlı bu mühitdə həyatını davam etdirir. Suyun donması, temperaturu çəkməsi və saxlama qabiliyyətinin olması, okeanlar kimi son dərəcə böyük su kütlələrinin varlığı və temperaturun bu sayədə Dünyada bərabər şəkildə paylanması –hamısı Dünyaya xas xüsusiyyətlərdir. Başqa heç bir planetdə bu cür sürətli dövran edən maye kütləsi yoxdur.

Dünyanın oxu orbitinə 23°27’ bucaq altında maillidir. Fəsillər bu maillik sayəsində əmələ gəlir. Əgər bu maillik indikindən daha çox və ya az olsaydı, fəsillər arasındakı istilik fərqi həddindən çox olar və yer üzündə dözülməz dərəcədə isti yay və soyuq qışlar olardı.

Dünyanın öz oxu ətrafındakı fırlanması da canlılar üçün ən uyğun sürətdədir. Günəş sistemindəki digər planetlərə baxdıqda onların da gecəyə və gündüzə malik olduqlarını görürük. Ancaq digər planetlərdə zaman fərqləri Dünyadakından daha uzun olduğu üçün gündüz və gecə arasındakı temperatur fərqləri də çoxdur. Digər planetlərin atmosferindəki güclü küləklər bu xüsusi fırlanma sürəti nəticəsində Dünyanın atmosferində baş vermir.

Atmosferi əmələ gətirən qazların növləri və atmosferdəki miqdarları da yalnız insanın deyil, yer üzündəki bütün canlıların varlığı üçün son dərəcə vacibdir. Atmosferdəki qazların Dünyada lazımi nisbətdə olması və bu nisbətlərin sabit qalması da bir çox həssas tarazlığın birlikdə olması nəticəsində baş verir.

Sadaladığımız bu xüsusiyyətlərdən başqa hələ yüzlərlə nümunələr var. Ancaq buraya qədər verilən nümunələr belə bizlərə qəti həqiqəti göstərir. Yaşadığımız Dünya canlı həyatı üçün çox xüsusi şəkildə inşaa edilmişdir. Təsadüflərin deyil, tamamilə şüurlu nizamın, yaradılışın məhsuludur.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
3 Responses
  1. Rza says:

    saytinizi cox beyendim

  2. ressam says:

    cox gozel saytdi cox beyendim

  3. Kifayat Hasanli says:

    Salam. Saytiniz chox gozeldir. Melumatlar da chox maraqlidir ve savadli tertib edilib. Oz derslerimde bu melumatlardan istifade edirem. Chox Chox teshekkur edirem

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)