500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyər hüceyrələri enerji üçün ehtiyacları olan şəkər olmadıqda hansı metoddan istifadə edirlər?
İnsan orqanizmi öz-özlüyündə bir aləm, sanki bir şəhərdir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, kanalizasiya sistemləri, üstün texnologiyalardan daha mükəmməl cihazlar, şüurlu davranan hüceyrələr, öz sahəsində peşəkarlaşmış mütəxəssislər (hüceyrələr, hormonlar, ifrazat vəziləri), tam təchizatlı əsgərlər və s. mövcuddur. Habelə bu “aləm” təkcə sizin bədəninizdə deyil. Ətrafınızda gördüyünüz hər insan- ananız, atanız, qardaşınız, dostlarınız, iş yoldaşlarınız, küçədə yanlarından ötüb keçdiyiniz insanlar, televizorda seyr etdiyiniz aktyorlar, qısaca desək, yer üzündə hal-hazırda yaşayan milyardlarla insan bu möcüzəvi “aləmə” malikdir. Bu qüsursuz yaradılmış aləmin içində Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və orqanlar yaratmışdır. Sağlam bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir.
Qaraciyərin təqlidedilməz funksiyaları
Qan dövranı sistemində mükəmməl filter funksiyasını yerinə yetirir: suda həll olan, orqanizmin tullantıları olan sadə maddələr böyrəkdə təmizlənir, dərmanlar və hormonlar kimi mürəkkəb kimyəvi quruluşlu tullantıları isə ancaq qaraciyər təmizləyir. Qaraciyər olmasaydı və ya bu xüsusiyyətindən məhrum olsaydı, sözügedən kimyəvi tullantılar orqanizmdə ciddi zəhərlənmələrə səbəb olardı.
Orqanizmin enerji mənbələrini əmələ gətirir: qaraciyərin xüsusiyyətlərindən biri də orqanizmin ən mühüm enerji mənbəyi olan qlükozanı hazırlamasıdır.
Normal qidalanma əsnasında qəbul edilən qlükoza qlükogenə çevrilərək qaraciyərdə depolanır. Qaraciyər qandakı qlükozanı daima tənzimləyir. Yemək yemədikdə və qandakı qlükozanın miqdarı düşdükdə qaraciyər depoladığı qlükogeni yenidən qlükozaya çevirərək qana verir. Beləliklə, qandakı qlükoza səviyyəsinin həddindən artıq düşməsinin qarşısı alınır. Qaraciyər yağ turşuları və amin turşularından qlükoza hazırladığı kimi enerji istehsalında istifadəsi mümkün olmayan digər karbohidratları da qlükozaya çevirə bilir. Orqanizmin kifayət qədər enerjisin olub-olmadığını dəqiq yoxlayır. Bunun üçün xüsusi xəbərləşmə sisteminə malikdir. Orqanizmdəki bütün orqanlar qaraciyərlə əlaqəlidir.
İmmun sistemini lazımi maddələrlə təchiz edir: Qaraciyər təkcə qidalanma və maddələr mübadiləsi prosesində əmələ gələn artıq maddələri təmizləmir, eyni zamanda immun sistemi maddələri olan qlobulinləri və damar təmir qrupları olan fermentləri də hazırlayır. Bu maddələr insan orqanizmi üçün həyati əhəmiyyətə malikdir.
Qanı depolayır: Qaraciyər genişlənən və ya kiçilən quruluşa malikdir. Bu xüsusiyyəti sayəsində qan damarlarındakı qanı depolayır və ya buraxır.
Qaraciyər sağlam orqanizmdə ümumi qanın 10%-ni, yəni 450 ml qanı depolaya bilir. Bəzi hallarda, məsələn, ürək çatışmazlığı zamanı orqanizmdə dövr edən qan miqdarı ürəyin işinə çətinlik törədir. Bu halda qaraciyər qan saxlama həcmini iki dəfə artıraraq əlavə 1 litr qan depolayır. Beləliklə, ürəyin işinə kömək edir.
Orqanizmdə qan ehtiyacı artdıqda isə (məsələn ağır idman hərəkətləri zamanı) qaraciyər depoladığı qanı buraxaraq qan ehtiyacını təmin edir.
Bakteriyaları təmizləyir: Qaraciyərdəki Kupffer hüceyrələri qaraciyərdən keçən, xüsusilə də bağırsaqlardan gələn qandakı bakteriyaları udur. Kupffer hüceyrələri qandakı zərrəciklər və ya tullantı maddələr artdıqda bunları qandan təmizləmək üçün saylarını artırır.
Qənaətlə işləyir: Əzələlərdə qlükoza sərf edildikdə maddələr mübadiləsinin tullantı maddəsi olan laktik turşu (süd turşusu) əmələ gəlir. Bu turşu əzələdə qaldıqda ağrı verir və əzələnin işləməsinə mane olur. Qaraciyər bu turşunu əzələlərdən toplayır və yenidən qlükozaya çevirir.
Yeni eritrosit hazırlayır: Qaraciyər və dalaqda ölmüş eritrositlərin əvəzinə yeniləri əmələ gəlir, zülalların böyük qismi parçalanır və amin turşuları kimi yenidən müxtəlif məqsədlər üçün istifadə edilir.
Orqanizmin ən təkmil anbarıdır: Qaraciyər bütün mineralları, zülalları, az miqdarda yağı və vitaminləri özündə saxlayır. Bundan əlavə, qaraciyər orqanizmdə mühüm funksiya yerinə yetirən dəmirin də saxlandığı orqandır. Lazım gəldikdə saxladığı maddəni qısa yolla lazımi yerə göndərir.
Yuxarıda qaraciyərin funksiyalarından bir neçəsini sadaladıq. Bir qaraciyər hüceyrəsi təxminən 500-dən çox funksiya yerinə yetirə bilir. Bu funksiyalar da ardıcıllıqla deyil, çox vaxt eyni anda həyata keçirilir.
Qaraciyərin süngərəbənzər quruluşu
Qaraciyərin əsas vəzifəsi qan vasitəsilə qəbul etdiyi qida maddələrini emal etmək olduğu üçün quruluşu da qanı saxlamağa uyğun olmalıdır. Elə buna görə qaraciyər süngərəbənzər quruluşa malikdir. Hətta insan orqanizmdəki ümumi qanın 800-900 qramı qaraciyər tərəfindən udulur. Bu səbəbdən ağırlaşan qaraciyərin orqanizmdəki xüsusi yeri, digər orqanlara zərər verməyən və funksiyalarını tam yerinə yetirməsinə imkan verən şəkildə əzəli və əbədi varlıq olan, hər şeyi bilən və hər şeyə gücü çatan Allah tərəfindən yaradılmışdır.
Qaraciyərin öz-özünü yeniləmə qabiliyyəti
Qaraciyər insan orqanizmindəki öz-özünü yeniləmə bacarığına malik yeganə orqandır. Qaraciyərin 70%-i kəsilib götürülsə, bir-iki həftə ərzində yenidən bütövləşir.
Qaraciyərin regenerasiya (öz-özünü yeniləmə) fəaliyyətini hansı mexanizmlərin həyata keçirdiyi hələ də araşdırılır. Qaraciyərin bu xüsusiyyəti ilk dəfə 1931-ci ildə Mayo Klinikasında iki cərrahın tədqiqatları nəticəsində aşkar edilmişdir. Bu sistemdə heyranedici cəhətlərdən biri qaraciyər hüceyrələrinin ağlasığmaz sürətlə bölünməsi və eyni anda normal funksiyalarını da ləngimədən yerinə yetirmələridir. Daha da təəccüblü budur ki, lazımi ölçüyə çatdıqda hüceyrələrə bölünmənin dayandırılması üçün ortaq qərarla ani surətdə son verilməsidir . Burada aşağıdakı suallar çıxır:
Hüceyrələr çoxalma zamanı nə qədər davam etməli olduqlarını və nə vaxt bölünməni dayandıracaqlarını necə bilirlər?
Onlara bölünmə və dayanma əmri haradan verilir?
Əgər bir yerdən “dur” əmri almırlarsa, digər orqanlara mane olmayacaq dərəcədə böyüməyə özləri qərar verirlər?
Şübhəsiz, şüursuz hüceyrələr bu işlərdən birini belə edə bilməz. Bu möcüzəvi prosesi əvvəlindən sonuna qədər yaradan və tənzimləyən, lazımi əmrləri verən Allahdır.
Leave a Reply