Bir kiloqram bal əldə etmək üçün 40.000 arı 6 milyon çiçəyi ziyarət etməlidir.
10 mikro vattan daha az enerji sərf edən bal arısının beyni müasir dövrün ən məhsuldar kompyuterindən 100 milyon dəfə üstündür.
Ana arının bir gündə yumurtladığı yumurtaların ağırlığı öz ağırlığından 20 dəfə çoxdur.
Bal arıları bir pətəyi doldurmaq üçün 100 milyon çiçəyin nektarını yığa bilir və 100 min kilometr uça bilir.
Bir arı ailəsi bir kiloqram bal istehsal etmək üçün dünyanın ətrafını 6 dəfə dönməyə bərabər uçmalıdırlar.
Arı özündən 330 dəfə ağır yük daşıya bilir.
Uçan arının hər kilometrdə bir enerji üçün yarım milliqram (qramın 2000-də biri) bala ehtiyacı var. Bir arı bir litr bal enerjisi hesabına 25 km sürətlə və saniyədə 200-250 dəfə qanad çalaraq 3.000.000 km məsafə qət edir.
Dünyanın ən sürətli kompyuterlərindən biri saniyədə 16 milyard aritmetik əməliyyat apara bilir. Bal arısı isə eyni vaxtda daha az enerji sərf edərək 10 trilyonluq əməliyyat yerinə yetirmək qabiliyyətinə malikdir.
Şübhəsiz ki, insanların arılarla əlaqədar kəşf etdikləri məlumatlar bununla məhdudlaşmır. Arılar daha mükəmməl sistemə, ağıllı davranışlara, hesablama, plan qurma, tikmək kimi qabiliyyətlərə sahibdir.
Leave a Reply