Zəlzələyə qarşı həşərat qanadı

İrlandiyada aparılan tədqiqatda məlum olub ki, binalar həşəratların qanad sistemi nümunə götürülərək dizayn edilərsə, zəlzələyə qarşı daha davamlı olar.

İrlandiyadakı Triniti Kollec Universitetindən tədqiqatçılar çəyirtkələr də daxil olmaqla, müxtəlif həşəratların qanadlarını tədqiq ediblər.

Tədqiqatın nəticələrinə əsasən, çox kövrək görünən həşərat qanadları, əslində, çox davamlıdır. Tədqiqat saniyədə 2000 dəfə qanad çalan milçəklərin də qanadlarının davamlı olduğunu göstərib.

Saç telindən təqribən 10 dəfə incə qanadları olan çəyirtkələrin günlərlə uçaraq, okeanları və səhraları keçərək uzun köç etdiklərinə diqqət çəkən tədqiqatçılar çəyirtkələrin bu köç zamanı təxminən yüz minlərlə dəfə qanad çırpdıqlarını göstərib.

Tədqiqatın nəticələri dəyərləndirərək təbiətdəki canlıları tədqiq etməklə dövrümüzdəki mühəndislik problemlərinə mükəmməl həll yolları tapmaq irəli sürülüb.

 Zəlzələyə davamlı bina

 Təkcə çəyirtkənin qanadlarındakı sistem təqlid edilərək yüngül materialla davamlı tikililər inşa etməyin mümkün olduğunu bildirən tədqiqatçılar bu yolla zəlzələyə davamlı hündür binalar  tikməyin mümkün olacağını bildirib.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
One Response
  1. hizb says:

    Bismillah,beli,insan besheriyyeti hemishe heyvanlarda esrarengiz yaradilishlarinda heyran olub ve olurlar.Insan diger olmush insani defn etmesinde qargadan,teyyarelerin havada uzmesinde qushlardan oyrendikleri kimi de zemanemizin muhendislik sahesinde ishleyen ixtisasli ishciler yenede gorunur heyvanlarin yaradilishindan behre goturmekdedir,bu ise Yaradanin subutuna yene de bir delil sayilir.Allah sizlerden razi olsun,bu gozel meqaleleri bizimle bolushduyunuze gore.Teshekkur edirik.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)