Balıqların qoxu orqanlarında olan kompası

baliqAlman elm adamları alabalıqların qoxu orqanlarında olan “kompas hüceyrələri” sayəsində istiqamətlərini müəyyənləşdirdiyini ortaya çıxardı.

Araşdırma Amerikanın ”Proceedings” jurnalında dərc edildi. Münihdəki Ludviq Maksimilian Universitetinin elm adamları alabalıqların maqnit “kompas hüceyrələri” sayəsində Dünyanın maqnit sahəsindən istifadə edərək istiqamətlərini müəyyənləşdirdiyini təsbit etdi.

Elm adamları quşların, balıqların, dəniz çanaqlı bağalarının, inəklərin, ceyranların və maralların da maqnit sahəsi vasitəsilə istiqamətlərini müəyyənləşdirdiklərini, ancaq kompas vəzifəsini yerinə yetirən mexanizmin harada olduğunun əvvəl bilinmədiyini söylədi.

Araşdırmada istifadə edilən alabalıqların Sakit Okeanın somon balıqları ilə qohum olduğu, onların da okeanda hədəfini itirmədən təxminən 2000 mil yol qət edərək evlərinə çatdığı ifadə edildi.

Ludviq Maksimilian Universitetinin əməkdaşı, araşdırma qrupunun başçısı prof. Michael Winklhofer hüceyrələri qoxu orqanlarının selikli qişasında tapdıqlarını bildirərək, bu hüceyrələrin maqnit dəmiroksid olan maqnetit ehtiva etdiyini təsbit etdiklərini söylədi. Bu maddənin orqanizm tərəfindən necə yaradıldığının hələ bilinmədiyini yazan Winklhofer maqnit sahəsinin bu hüceyrə vasitəsilə sinirlərə çatdırıldığını və bunun sayəsində heyvanın istiqamətini tapdığını açıqladı.

Prof. Winklhofer maqnetit hüceyrələri tapmağın “samanlıqda iynə axtarmağa” bənzədiyini, 10 mində bir hüceyrədə bunlara rast gəlindiyini ifadə etdi.

Münihdəki tədqiqatçılar ilk dəfə alabalığın maqnit dəmiroksid maqnetit ehtiva edən hüceyrələrini təcrid etməyi bacardı və təcrübələrdə bu hüceyrələrin maqnit sahəsinə reaksiya verdiyini sübut etdi.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Heyvanlar Aləmi
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)