Yerin temperaturundakı həssas müvazinət

  • yerin temperaturuYerin temperaturunun necə həssas ölçüsü var?
  • Yerin temperaturunun ideal olması üçün hansı səbəblər yaradılmışdır?

Mavi planetimizin hər yerində müxtəliflik və ehtişamla qarşılaşırıq. Bütün qitələrdə bir-birindən fərqli bitkilər, heyvanlar və insan irqləri diqqət çəkir. Dünyadakı növ müxtəlifliyinin səbəblər daxilindəki qarşılığı da iqlimdir. Allah’ın dünyada bir-birindən fərqli yaratdığı iqlim qurşaqlarının ortaq xüsusiyyəti isə hər iqlim qurşağının özünəməxsus sabit temperatur ölçüsü olması və Yer kürəsinin ümumi temperaturunun da müəyyən həddə olmasıdır. 

Yer kürəsinin səthindəki temperatur həssas ölçüdədir

Amerikalı geoloqlar Frank Press və Reymond Siver də Yer kürəsinin səthinin temperaturundakı incə əyara diqqət çəkirlər. Onların bildirdiyinə görə, həyat çox məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperatur ölçülərinin təqribən 1%-ini təşkil edir. Yerin temperaturu isə məhz bu dar intervaldadır. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4)

Bu temperatur intervalının qorunması, əlbəttə, Günəşlə Yer arasındakı məsafə qədər Günəşin yaydığı  istilik enerjisi ilə də yaxından əlaqədardır. Hesablamalara əsasən, Yerə çatan günəş enerjisindəki 10%-lik azalma Yer üzünün metrlərlə qalınlıqda buzlaq təbəqəsi ilə örtülməsinə səbəb olar. Enerjinin bir az artması isə bütün canlıların qovrularaq ölməsi ilə nəticələnər.

Yerin ideal temperaturu planetin səthində bərabər paylanmışdır

Allah Yerdəki temperatur müvazinətinin təmin edilməsi üçün bir çox xüsusi səbəb yaratmışdır. Məsələn, Yerin oxunun 23º27′ maili olması, qütblərlə ekvator arasında atmosferin əmələ gəlməsinə mane olan həddindən artıq isinmənin qarşısını alır. Əgər bu maillik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı temperatur fərqi daha da artar və həyat üçün əlverişli atmosfer mövcud olmazdı.

Yerin öz oxu ətrafında dövretmə sürəti temperaturun bərabər paylanmasına kömək edir

Yer 24 saat ərzində öz oxu ətrafında 1 dəfə dövr edir və bu sayədə gecə ilə gündüz qısa olur. Qısa olduğuna görə, gecə ilə gündüz arasında temperatur fərqi də çox azdır. Bu müvazinətin əhəmiyyəti bir günü bir ilindən çox davam edən (yəni öz oxu ətrafında dövr etməsi Günəş ətrafındakı dövrəsindən daha çox davam edən) və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 10000ºC-yə çatan Merkuri ilə müqayisə etdikdə görmək olar.

Yer üzünün formaları temperaturun bərabər paylanmasına uyğun yaradılmışdır

Yerin ekvatoru ilə qütblər arasında təqribən 1000 ºC-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi kələ-kötürlüyü olmayan səthdə olsaydı, sürəti saatda 1000 km-ə çatan fırtınalar Yerdəki bütün müvazinətləri pozardı. Halbuki, Yer üzü temperatur fərqinə görə meydana gələcək güclü hava axınlarının qarşısını alan təpələrlə doludur. Bu təpələr, yəni sıra dağlar Çində Himalay dağları ilə başlayır, Anadoluda Torus dağları ilə davam edir və Avropada Alp dağlarına qədər sıra dağlar formasında uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşir. Okeanlarda isə ekvatorda meydana gələn artıq temperatur mayelərin temperatur fərqini tarazlaması sayəsində şimala və cənuba ötürülür.

Yerin atmosferində temperaturu müntəzəm tarazlayan bəzi avtomatik sistemlər də yaradılmışdır. Məsələn, bir bölgə həddindən artıq isindikdə su buxarlanması artır və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini geri əks etdirərək aşağıdakı havanın və yer səthinin həddindən artıq isinməsinin qarşısını alır.

Yerlə Günəş arasındakı məsafə uyğun temperatur üçün xüsusi yaradılmışdır

Yerlə Günəş arasındakı məsafə Yerin öz oxu ətrafındakı dövretmə sürəti, oxunun mailliyi, yer üzünün landşaftı kimi bir-birindən asılı olmayan bir çox amil planetin həyat üçün əlverişli isinməsini və temperaturun planetin səthində mütənasib paylanmasını təmin edir. Yerlə Günəş arasındakı məsafənin xüsusi amil olduğunu qəbul etmək istəməyənlər belə bir məntiq qururlar: “Kainatda Günəşdən daha böyük və ya kiçik ulduzlar var. Onların da öz planet sistemləri ola bilər. Bu ulduzlar əgər Günəşdən daha böyükdürsə, onda həyat üçün ideal planet Yerlə Günəş arasındakı məsafədən daha uzaqda olar. Məsələn, bir qırmızı nəhəngin ətrafında Plutonun məsafəsində dövr edən planet bizim Yer kürəmiz kimi mülayim atmosferə malik olar. Belə bir planet həyat üçün Yer qədər uyğun olardı”.

Bu iddia çox mühüm cəhətə görə əsassızdır: müxtəlif kütlələrə malik ulduzların fərqli şüalar yaydığı nəzərə alınmır. Ulduzların yaydığı şüaların hansı dalğa uzunluğunda olacağını müəyyən edən amil bu ulduzların kütləsi və kütlələri ilə birbaşa əlaqədar olan səth temperaturlarıdır. Məsələn, Günəşin yaxın ultrabənövşəyi, görünən işıq və yaxın infraqırmızı şüalar yaymasının səbəbi 60.000 ºC-yə yaxın səth temperaturudur. Əgər Günəşin kütləsi bir az çox olsaydı, səth temperaturu daha yüksək olardı.

Onda Günəşin yaydığı şüaların enerji səviyyəsi artar və Günəş öldürücü təsirə malik ultrabənövşəyi şüaları daha çox yayardı. Bu isə göstərir ki, həyata imkan verən şüaları yayan ulduzlar mütləq bizim Günəşimizin kütləsində olmalıdır. Bu ulduzların bir planetdə həyatı dəstəkləməsi üçün isə planet məhz hal-hazırda Günəşlə Yer arasındakı məsafə qədər uzaqlıqda olmalıdır. Başqa sözlə, bir qırmızı və ya mavi nəhəngin, yaxud da kütləsi Günəşdən fərqli olan müəyyən bir ulduzun ətrafında dövr edən hər hansı bir planet həyat üçün əlverişli ola bilməz. Həyatı dəstəkləyən yeganə enerji mənbəyi Günəş kimi ulduzdur. Həyat üçün uyğun yeganə planet məsafəsi isə Yer-Günəş məsafəsidir.

Yerin temperaturu həyat üçün xüsusi yaradılmışdır

Yerlə Günəş arasındakı məsafə orbitləri, maillikləri, yaydıqları işıq, enerji, bir sözlə, hər cür xüsusiyyətləri ilə birlikdə Allah tərəfindən insanların yaşaması üçün ən uyğun şəkildə yaradılmışdır. Təkcə Günəşlə Yer arasındakı məsafənin məhz lazımi ölçüdə olması belə, çox möcüzəvi hadisə ikən, digər yüzlərlə, hətta minlərlə xüsusiyyətlərin də məhz lazımi ölçülərdə olması, şübhəsiz ki, insan ağlının hüdudlarını aşır. Bu qədər qeyri-adi sistemin təsadüflərin əsəri olması, şüursuz atomların əmələ gətirdiyi göy cisimlərinin təsadüfən məhz lazımi yerdə yerləşməsi, aralarında həyat üçün əlverişli müvazinətləri müəyyənləşdirmələri və buna uyğun sistemləşmələri, əlbəttə, qeyri-mümkündür. 

Yerin forması iqlimlərə təsir edir

Yer kürə formasında olduğuna görə, ekvatorla qütblər arasında qalan sahələr il ərzində fərqli miqdarda günəş enerjisi alırlar. Məlum olduğu kimi, ekvator xəttindəki sahələr ən çox günəş enerjisi alır, qütblərə doğru getdikcə enerjinin miqdarı azalır. Bu şəkildə, ekvatordan qütblərə doğru atmosfer kütlələrinin isinmə ölçüləri də fərqlidir.

Ekvator və tropiklər arasında qalan bölgələr il boyu daha çox enerji alaraq çox isinir, beləcə, isti tropik qurşaq meydana gəlir. Oğlaq və xərçəng tropikləri ilə qütb dairəsi arasında qalan sahələr isə daha az enerji topladıqlarına görə az isinirlər və mülayim qurşaq adlanırlar. Qütb dairəsində yerləşən hissələrə isə günəş şüaları digər qurşaqlara nisbətən daha maili düşdüyünə görə böyük sahəni isitməli olur, enerji azlığına görə qütb iqlimi meydana gəlir. Əgər Yer bu formada olmasaydı, bu qədər iqlim qurşaqları və hər qurşağa xas canlılar və insanların həyat tərzi olmazdı. İnsanların qidasından sığınacaqlarına qədər hər şeydə iqlimin təsirini görmək mümkündür.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)