FİZİKİ QANUNLARI BİLƏN KƏPƏNƏKLƏR

kepenekKəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanadları, zərif uçuşları ilə təbii gözəl olan bu canlılar Allah’ın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Olduqca qısa ömür sürmələrinə baxmayaraq, bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparırlar. Məsələn, uçmaq üçün kəpənəklərin bədəni müəyyən temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nə etdiyini birlikdə öyrənək.

Colias kəpənəyinin bədən temperaturu 28 dərəcədən aşağı olarsa, uça bilməz. Belə olduqda, kəpənək dərhal qanadlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdırdıqda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu düşməyə başlayır.

Bundan başqa, bu kəpənək növlərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələr də təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrində yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin ötürülməsi asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalır.

Başqa bir kəpənək növü də bədən temperaturunu artırmaq üçün buna bənzər üsuldan istifadə edir.

Linzalar haqqında hamınızın məlumatı var. Onların bəzilərindən cisimləri böyütmək, digərlərindən isə kiçiltmək üçün istifadə olunur. Məsələn, eynək şüşələri linzadır. Günəş işığının qarşısına tutulan linza ilə istiliyi müəyyən nöqtədə toplamaq olur. Hətta bu üsulla od yandırmaq da mümkündür. Pieris kəpənəyi isə qanadlarını elə vəziyyətdə saxlayır ki, bütün şüaları eynilə linza kimi bədəninin ən çox isinməli yerlərində toplaya bilir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Heyvanlar Aləmi
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)