Toxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir. Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir. Bu prosesin həyata keçməsində əsas amil abscisic acid adlandırılan hormondur. Bu hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir. Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir. (Françoise Brenckmann, Grains de Vie, s. 68)
On illərlə, hətta əsrlərlə yuxu dövründə qalan və sonra cücərən toxumlar var. Bu yuxu dövrü bitkilərin nəsillərini davam etdirmələri üçün olduqca vacibdir. Bitkilərin çətin şəraitlərdə həyatlarını davam etdirə bilmələri üçün belə bir mexanizmin varlığı zəruridir. (Advanced Plant Physiology, Malcolm B. Wilkins, s. 462)
Bəs bu qədər vacib olan xüsusiyyət necə ortaya çıxmışdır? Şərait pisləşdikdə bitki toxumları torpağın altında bundan necə xəbərdar olur və tədbir alırlar? Toxumun nə gözləri, nə saatı, nə də sinir sistemi var. Bu halda, bitki yuxu dövründən oyanma vaxtının gəldiyini necə hesablayır?
03
Apr 2014
Apr 2014
Bölmə: Bitkilər Dünyası
Leave a Reply