DOĞUM ZAMANI BİR-BİRİNƏ KÖMƏK EDƏN HEYVANLAR

deerXüsusilə məməli heyvanların doğumları olduqca təhlükəli olur. Həm doğan ana heyvan, həm də yeni doğulan balalar yırtıcı heyvanlar üçün asan ovdur. Ancaq, adətən, bu canlıların doğuş zamanı yanlarında sürülərindən bir köməkçi olur.

 

Məsələn, dişi maral doğacağı zaman sürüdən kənarda kolluqların arasında bir məkan seçir. Doğuş zamanında isə tək deyil. Yanında sürüdən olan başqa bir  dişi ona kömək etmək üçün hazır gözləyir.

Doğuş zamanı bir-birlərinə kömək etmələri ilə məşhur olan digər canlılar isə delfinlərdir. Delfin balaları doğulandan dərhal sonra su səthinə çıxmalıdırlar. Buna görə də dişi delfin doğuş zamanı balaya kömək edərək onu burnu ilə su səthinə doğru itələyir. Doğuşdan əvvəl dişinin hərəkət etməyi çətinləşir. Bu səbəbdən, doğuş anında dişi delfinin yanında ona doğuşda kömək etmək üçün sürüdən iki dişi delfin də olur. Kömək edən delfinlər doğuşdan əvvəl onun zərər görməməsi üçün ana delfinin hər iki yanında üzürlər. Onların vəzifələri doğuşdan əvvəl hərəkət etməyi çətinləşən və buna görə də hər hansı bir təhlükə zamanı özünü qoruya bilməyən ana delfini qorumaqdır. Xüsusilə də doğum əsnasında axan qanın qoxusuna həmin yerə gələ biləcək balinalara qarşı çox diqqətlə ana delfinin ətrafında olurlar.

İlk iki həftə bala delfin anasının yanından heç ayrılmır. Kiçik delfin doğulduqdan qısa müddət sonra üzməyi bacarır və bu müddət ərzində də yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Ancaq yeni doğmuş ana delfin balanın sürətli və cəld hərəkətlərinə uyğunlaşa bilməyəcəyi və onu kifayət qədər qoruya bilməyəcəyi üçün, bu halda, yenə kömək edən dişi delfin balanı qoruyur. (Heyvanlar ensiklopediyası, Məməlilər, səh. 29)

 

Ana filə də doğuşdan əvvəl kömək etmək üçün hər zaman sürüdəki digər dişi fillərdən biri hazır gözləyir. Sıx kolluq və ağacların arasında ustalıqla gizlənən ana fil və ona doğuşda kömək edəcək dişi fil bala fili illər boyu qorumağa davam edirlər. Dişi fil yanında balası olan zaman daha təcavüzkar və zirək olur. (Heyvanlar ensiklopediyası, Məməlilər, səh. 80)

 

Fillərin və digər canlıların doğuşdan əvvəl aralarında necə razılaşdıqları, kömək edəcək heyvanın doğuş vaxtının gəldiyini və köməyə ehtiyacı olacağını necə təsbit edə bildiyi, əlbəttə ki, mühüm suallardır. Heyvanların heç birində bunları öz ağıl və iradələri ilə bacaracaq qabiliyyətləri yoxdur. Həm də dünyanın hər yerində  fillər bu şəkildə bir-birlərinə yardım  edirlər. Eyni hal delfinlər və digər canlılara da aiddir. Bu, hər bir canlının tək bir yaradıcı tərəfindən yaradıldıqlarının və eyni yaradıcının hər an nəzarəti  altında olduqlarının açıq göstəricisidir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)