Müasir elm: kainat yoxdan yaradılmışdır

1200x630_267788_big-bang-teorisi-aydinlaniyor-680x365“Klassik olaraq, “böyük partlayış” (Big Bang) nəzəriyyəsi, kainatın bütün parçalarının birdən genişlənməyə başladığını qəbul edir. Lakin kainatın bütün parçaları necə eyni anda genişlənməyə başlaya bilər? Əmri verən kimdir?”

Andrey Linde (kosmologiya professoru) (1).

Kainatın yaradılışı, bundan bir əsr əvvəl, astronomların mühüm hissəsi tərəfindən görməzlikdən gəlinən bir anlayışdı. Bunun səbəbi isə, XIX əsrdəki elm anlayışının, kainatın əzəldən bəri mövcud olduğu fərziyyəsini qəbul etməsiydi. Kainatı tədqiq edən elm adamlarının əksəriyyəti, onsuz da əzəldən bəri mövcud olan maddələrlə qarşı-qarşıya olduqlarını zənn edir və kainat üçün bir “yaradılış”, yəni başlanğıc olduğunu ağıllarından belə keçirmirdilər.

“Əzəldən bəri mövcud olan kainat” fikri, Qərb düşüncəsinə materialist fəlsəfəylə birlikdə daxil olmuşdu. Qədim Yunanistanda meydana gələn bu fəlsəfə, maddədən başqa varlıq olmadığı fikrini müdafiə edir və kainatın əzəli və əbədi olduğunu iddia edirdi. Əslində materializm, kilsənin hakimiyyəti dövründə bir kənara qoyulmuşdu. Lakin Renesansdan (intibah dövrü) sonra Qərbli elm adamları və ideoloqlarda yenidən Qədim Yunan mənbələrinə maraq oyanmasıyla birlikdə, materializm də yenidən qəbul olunmağa başlandı.

Materialist kainat anlayışını yeni dövrdə ilk dəfə müdafiə edən insan isə, tanınmış alman elm adamı İmmanuel Kant (Immanuel Kant) oldu. Kant, kainatın əzəldən bəri mövcud olduğunu və buna görə də, istənilən ehtimalın mümkün sayılmalı olduğunu irəli sürdü. Kantın ardıcılları, sonsuz kainat fikrini materializmlə birlikdə müdafiə etməyə davam etdilər. XIX əsrdə isə, kainatın bir başlanğıcı, yəni yaradılma anı olmadığına dair yanlış fikir, geniş şəkildə qəbul olunmağa başlanmışdır. Karl Marks (Karl Marx), Fridrix Engels (Friedrich Engels) kimi dialektik materialistlərin qızğıncasına sahibləndikləri bu iddia, XX əsrə də gəlib çatdı.

Həmin bu “sonsuz kainat” fikri, həmişə ateizmlə iç-içə oldu. Çünki kainatın bir başlanğıcı olması, Allah tərəfindən yaradıldığı demək idi və buna qarşı çıxmağın yeganə yolu da, heç bir elmi əsası olmadığı halda; “kainat əzəldən bəri mövcuddur” iddiasını irəli sürməkdi. Bu iddianı təkidlə sahiblənənlərdən  biri, XX əsrin ilk yarısında yazdığı kitablarla materializmin və marksizmin tanınmış bir müdafiəçisinə çevrilmiş Corc Politser (Georges Politzer) idi.

Politser (Politzer), “fəlsəfənin ilkin prinsipləri” adlı kitabında, “sonsuz kainat” modelinin dırnaqarası etibarlılığına güvənərək yaradılışa öz aləmində belə qarşı çıxırdı:

“Kainat yaradılmamışdır. Əgər yaradılsaydı, o zaman, kainat Tanrı tərəfindən müəyyən anda və yoxdan yaradılmalı idi. Yaradılışı qəbul etmək üçün, hər şeydən əvvəl, kainatın olmadığı bir anın varlığı, sonra isə, yoxluqdan bir şeyin yaranmış olduğu qəbul edilməlidir. Bu isə, elmin qəbul edə bilməyəcəyi bir şeydir”.(2)

Politser (Politzer), yaradılışa qarşı sonsuz kainat fikrini müdafiə etdiyi halda, elmin öz tərəfində olduğunu zənn edirdi. Halbuki elm, çox keçmədən, Politserin (Politzer) “əgər belə olsa, bir Yaradıcı olduğu qəbul edilməlidir” dediyi həqiqəti, yəni kainatın bir başlanğıcı olduğu həqiqətini sübut etdi.

1) Andrei Linde, “The Self-Reproducing Inflationary Universe”, Scientific American, vol. 271, 1994, səh. 48

2) George Politzer, Felsefenin Başlangıç İlkeleri, İstanbul: Sosyal nəşriyyatı, 1989, səh. 84

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)