İşığın mükəmməl quruluşu

fbcd0a09_658087-bright-sun-light-rays“Günəşdən yayılan şüaların, Yer üzündə həyatın mövcudluğunu dəstəkləmək üçün lazım gələn çox kiçik intervala yerləşdirilmiş olması, həqiqətən çox fövqəladə haldır”.

(Yan Kempbel (Ian Campbell), ingilis fiziki) (1)

Yaşadığımız həyat boyu ən çox gördüyümüz göy cismi Günəşdir. Gündüzləri nə vaxt başımızı qaldırıb göyə baxsaq, onun göz qamaşdıran işığı ilə qarşılaşarıq. Biri gəlib bizdən: “Günəş nə işə yarayır” deyə soruşsa isə, çox düşünmədən bu cavabı verərik: Günəş bizə istilik və işıq verir. Bu cavab, bir qədər səthi də olsa, doğrudur.

Əlbəttə ki, Günəşin bizə istilik və işıq verməsi, təsadüfi və məqsədsiz bir hadisə deyil. Günəş yer üzündə canlıların meydana gələ bilməsi üçün xüsusi olaraq yaradılmışdır. Bu göydəki alov topu, bizim ehtiyaclarımıza uyğun şəkildə yaradılan nəhəng bir “lampa”dır.

Son illərdəki elmi kəşflər Günəş şüasının heyranedici quruluşa sahib olduğunu göstərir.

Düzgün seçilmiş dalğa uzunluğu

Həm işıq, həm də istilik, elektromaqnit şüalar kimi tanınan enerjinin müxtəlif formalarıdır. Elektromaqnit şüaların bütün müxtəlif formaları, kosmosda enerji dalğaları halında hərəkət edər. Bu, bir gölün üzərinə atılan daşların yaratdığı dalğalara bənzədilə bilər. Necə ki, bir göldəki dalğaların müxtəlif uzunluqları olursa, elektromaqnit şüaların da müxtəlif uzunluqları olur.

Lakin elektromaqnit şüaların dalğa uzunluqları arasında çox böyük fərqlər var. Bəzi dalğa uzunluqlarının ölçüsü kilometrlərlə ola bilər. Başqa dalğa uzunluqlarının ölçüsü isə, bir santimetrin trilyonda bir hissəsindən daha kiçikdir. Elm adamları, bu müxtəlif dalğa uzunluqlarını növlərə ayırırlar. Məsələn, santimetrin trilyonda bir hissəsi qədər kiçik dalğa uzunluqlarına sahib şüalar, qamma şüaları kimi tanınır. Bunlar çox yüksək enerji daşıyırlar. Dalğa uzunluqları kilometrlərlə olan şüaları isə, “radio dalğalar” adlandırırıq və bunlar çox zəif enerjiyə malik olurlar. Bundan ötrü də, qamma şüaları bizim üçün öldürücü olduğu halda, radio dalğalarının bizə heç bir təsiri olmaz.

Burada diqqət yetirilməli xüsus, dalğa uzunluqlarının fövqəladə dərəcədə geniş intervalda paylanmış olmasıdır. Ən qısa dalğa uzunluğu, ən uzun dalğa uzunluğundan tam 1025 qat daha kiçikdir. 1025, 1-in yanına 25 ədəd sıfır yazıldıqda alınan bir ədəddir. 10, 000, 000, 000, 000, 000, 000, 000, 000  şəklində yaza biləcəyimiz bu ədədin böyüklüyünü daha yaxşı qavramaq üçün bəzi müqayisələr aparmaq yerində olar. Məsələn, Yerin dörd milyard illik ömrü boyu keçən saniyələrin ümumi sayı, yalnız 1017-dir. Əgər 1025-ə dək saymaq istəsək, gecə-gündüz heç dayanmadan saymalı və bu işi Yerin yaşından 100 milyon dəfə daha uzun müddət ərzində davam etdirməli olarıq! Əgər 1025 ədəd oyun kartını üst-üstə düzməyə çalışsaq, Süd Yolu qalaktikasının çox kənarına çıxmalı və müşahidə oluna bilən kainatın təxminən yarısı qədər məsafə qət etməli olarıq.

Kainatdakı müxtəlif dalğa uzunluqları, məhz bu qədər geniş intervalda paylanmışdır. Lakin maraqlı budur ki, Günəşimiz, bu geniş spektrin çox kiçik intervalına sıxışdırılmışdır. Günəşdən yayılan müxtəlif dalğa uzunluqlarının 70%-i, 0,3 mikronla 1,50 mikron arasındakı kiçik bir intervalda yerləşir. Bu intervalda üç növ şüa var: Görünən şüalar, yaxın infraqırmızı şüalar və bir qədər də yaxın ultrabənövşəyi şüalar.

Bu üç növ şüa sayca çox kimi görünə bilər. Lakin əslində hamısı birlikdə, elektromaqnit şüalar intervalında təkcə bir vahid yer tutur! Digər bir sözlə, Günəşdən yayılan bütün şüalar üst-üstə düzdüyümüz 1025 ədəd oyun kartının təkcə birinə uyğun gəlir.

Bəs görəsən niyə Günəş şüaları bu kiçik intervala sıxışdırılmışdır?

Cavab olduqca əhəmiyyətlidir: Günəş şüaları bu kiçik intervala sıxışdırılmışdır, çünki Yer üzündəki həyatın yaranmasına şərait yaradacaq şüalar, yalnız bu şüalardır.

İngilis fiziki Yan Kempbel (Ian Campbell), “energy and the atmosphere” (“enerji və atmosfer”) adlı kitabında bu mövzuya toxunur və “Günəşdən yayılan şüaların, Yer üzündə həyatın yaranmasına şərait yaratmaq üçün, lazım gələn çox kiçik intervala sıxışdırılmış olması həqiqətən çox fövqəladə vəziyyətdir” deyir. Kempbelə (Campbell) görə bu vəziyyət; “inanılmaz dərəcədə təəccüblüdür”.(2)

1) Ian M. Campbell, Energy and the Atmosphere, London: Wiley, 1977, səh. 1-2

2) Ian M. Campbell, Energy and the Atmosphere, səh. 1-2

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)