Kainatın böyük partlayışdan dərhal sonra müəyyənləşdirilən ədədi tarazlıqların, insan həyatı üçün fövqəladə şəkildə uyğun olduğunu göstərir. Partlayış sürəti, dörd əsas qüvvənin qiymətləri və sonrakı hissələrdə araşdıracağımız bütün digər dəyişənlər, yaşanıla biləcək bir kainatın yaranması üçün münasibdir və bu münasiblik, görünməmiş həssaslıqla müəyyənləşdirilmişdir. Bu məqamda materializmin “təsadüf” iddiasını ələ alaq. Təsadüf riyazi bir termindir və bir şeyin təsadüfən gerçəkləşib-gerçəkləşməyəcəyi ehtimal hesablamalarıyla başa düşülür. Biz də ehtimal hesablamalarına nəzər salaq.
Görəsən bizə yaşamaq imkanı verən bir kainatın təsadüfən yaranma ehtimalı, bütün fiziki dəyişənlər nəzərə alındığı təqdirdə neçədir? Milyard dəfə milyardda birdirmi? Yaxud trilyon dəfə trilyon dəfə trilyon ehtimalda birmi? Yaxud da daha böyük bir rəqəmdirmi?
Bu ədədi tanınmış ingilis riyaziyyatçısı (həmçinin Hokinqin yaxın iş yoldaşı) Rocer Penrouz (Roger Penrose) hesablamışdır. Bütün fiziki dəyişənləri nəzərə almış, bunların neçə müxtəlif şəkildə düzülə biləcəyinə diqqət yetirmiş və içində canlıların yaşaya biləcəyi bir mühit meydana gəlməsinin, böyük partlayışın digər mümkün nəticələri çərçivəsində neçədə neçə ehtimal olduğunu müəyyənləşdirmişdir.
Penrouzun (Penrose) tapdığı ehtimal, 10123 də bir ehtimaldır!
Bu ədədin nə demək olduğunu düşünmək belə çətindir. Riyaziyyatda 10123 şəklində yazılan bir ədəd, 1-in yanına 123 ədəd sıfırın yazılmasıyla meydana gələr (bu kainatdakı bütün atomların ümumi sayından, yəni 1078-dən belə böyük, astronomik bir rəqəmdir). Lakin Penrouzun (Penrose) tapdığı ədəd, bundan qat-qat böyükdür. Çünki Penrouzun (Penrose) tapdığı ədəd, 10123 ədəd sıfırın 1-in yanına yazılmasıyla meydana gəlir.
Bu ədədi bir neçə nümunə ilə də izah edə bilərik: 103, 1000 ədədini ifadə edir. 10103 isə, 1-in yanına 1000 ədəd sıfırın yazılmasıyla meydana gələn ədəddir. 1-in yanına 9 ədəd sıfır yazılsa, bu bir milyard edər. 12 ədəd sıfır yazılsa, bu dəfə 1 trilyon olar. Lakin burada 1-in yanına, 10123 ədəd sıfır yazılır ki, bunun riyaziyyatda belə bir tərifi, adı yoxdur.
Riyaziyyatda 1050-də 1-dən daha kiçik ehtimallar, “sıfır ehtimal” sayılır. Lakin bəhs olunan ədəd, 1050-də 1-in trilyon dəfə trilyon dəfə trilyon qatından belə olduqca böyükdür. Bir sözlə, bu ədəd bizə, kainatın yaranmasına təsadüflə izah gətirilməsinin qətiyyən qeyri-mümkün olduğunu göstərir. Rocer Penrouz (Roger Penrose), ağlın qavrama hüdudlarından çox kənara çıxan bu ədəd barədə bunları söyləyir:
“Bu ədəd, yəni 1010^123 də bir ehtimal, bizə, Yaradıcının məqsədinin nə qədər aydın və gözəçarpan olduğunu göstərir. Bu həqiqətən də, fövqəladə ədəddir. Heç kəs bunu natural ədədlər şəklində belə yazmağı bacara bilməz, çünki o, 1-in yanına 10123ədəd sıfır yazmalı olacaq. Əgər kainatdakı bütün protonların və bütün neytronların üzərinə bir ədəd sıfır yazsa belə, yenə də bu ədədi yazmaqdan çox-çox geridə qalacaq”.(1)
Kainatdakı tarazlıq və nizamı təsvir edən bu kimi rəqəmlər, bizim qavrama hüdudumuzdan kənara çıxarlar, lakin çox mühüm bir funksiya yerinə yetirirlər. Kainatın əsla təsadüf məhsulu olmadığını sübut edər və Penrouzun (Penrose) ifadə etdiyi kimi, bizə; “Yaradıcının məqsədinin nə qədər aydın və gözəçarpan olduğunu” göstərərlər. Əslində kainatın “təsadüf məhsulu” olmadığını anlaya bilmək üçün, buraya qədər qeyd etdiyimiz ehtimalların bilinməsinə də ehtiyac yoxdur. Çünki ətrafına belə bir nəzər salan hər insan, kainatda gördüyü açıq-aydın yaradılışı qavraya bilər. Əlbəttə ki, təsadüfi bir partlayışdan sonra, atomların öz-özünə düzülməsi ilə belə mükəmməl bir kainat, kainat içindəki sistemlər, Günəş, Dünya və onun üzərindəki insanlar, evlər, avtomobillər, ağaclar, heyvanlar, güllər, həşərat və digərləri meydana gələ bilməz. Gözümüzü döndərdiyimiz hər yerdə gördüyümüz təfərrüatlar yaradılışın və Allahın üstün qüdrətinin dəlilləridir. Lakin bu dəlilləri, düşünən insanlar qavraya bilər:
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləkləri əsdirməsində və göylə yer arasında ram edilmiş buludları hərəkət etdirməsində, düşünən insanlar üçün dəlillər var. (Bəqərə surəsi, 164)
1) Roger Penrose, The Emperor’s New Mind, 1989; Michael Denton, Nature’s Destiny, The New York: The Free Press, 1998, səh. 9
Leave a Reply