Son illərdə bakteriyalar üzərində aparılan müşahidələr bu birhüceyrəli canlıların çox ağıllı davrandığını, mühiti dəyərləndirib qərar verdiklərini göstərmişdir. Tanınmış molekulyar bioloq Maykl Denton (Michael Denton) bu barədə belə yazır:
“Toz zərrəciyindən də kiçik olmasına baxmayaraq, amöblərin daha kompleks canlılar kimi həyat strategiyası var. Əgər amöbü pişik ölçüsündə böyütsək, bu məməli ilə eyni zəkada olduğunu görərik. Bəs bu kiçik canlılar necə olur ki, bu qədər yaxşı hesablanmış qərarlar verirlər?… Amöb tutmaq istədiyi ovunu şüurlu şəkildə qovur, ovu istiqamətini dəyişdirdikdə o da onun ardınca istiqamətini dəyişir, uzun müddət ovunu izləyir. Bu davranışlar molekulyar səviyyədə açıqlana bilmir”.
Yuxarıdakı sitatın son cümləsinə diqqət yetirmək lazımdır. Amöblərin davranışı molekulyar səviyyədə – yəni kimyəvi reaksiyalarla, fiziki amillərlə açıqlana bilmir. Bu canlılar şüurlu şəkildə qərar verərək hərəkət edirlər. Ancaq maraqlıdır ki, nə beyinləri, nə də sinir sistemləri var. Zülal, yağ və sudan ibarət hüceyrələrdir.
Bakteriyaların ağıllı davranışlarını göstərən başqa nümunələr də var. Məşhur fransız elmi jurnalı “Science e Vie”-nin 1999-cu il avqust sayında bildirildiyinə görə, bakteriyalar bir-biri ilə xəbərləşir və aldıqları məlumata əsasən qərar verirlər.
“Science et Vie” jurnalına əsasən, bu xəbərləşmə çox mürəkkəb sistemlə işləyir. Bakteriyaların səthində elektrik impulsları yayan və qəbul edən mexanizmlər var. Bakteriyalar bu sayədə bir-birinə impuls göndərir, mühitin xüsusiyyəti, həmin mühitdə qida vəziyyəti ilə bağlı məlumat ötürürlər. Bu məlumatlara əsasən də, nə qədər çoxalacaqlarına və çoxalmanı nə vaxt dayandıracaqlarına qərar verirlər.
Qısası, gözlə görünməyən kiçik canlılar ətraf mühit haqqında məlumat toplayır, bu məlumatları şərh edib bir-birinə ötürür və müəyyən qərar verib tətbiq edirlər. Həm də qrup şəklində!
Ciddi ağıl, zəka və şüur tələb edən bu davranışların beyni və sinir sistemi olmayan mikroorqanizm tərəfindən həyata keçirilməsi göstərir ki, ağıllı, planlı, hesablanmış davranışların mənbəyi bu canlı deyil. Bu isə açıq-aydın möcüzəni üzə çıxarır: bakteriyaları yaradan və davranışlarını ilham edən Allahdır.