Arılar polyarizə işığı görmə qabiliyyətlərindən qida tapmaq üçün istifadə edirlər

Arılar polyarizə işıqdan yaradıldıqları andan etibarən – yəni milyon illərdir istifadə edir, qüsursuz hesablama ilə istiqamət təyin edirlər. Bəs bunu necə bacarırlar?

Arılar istiqaməti polyarizə işığa əsasən tapırlar

Arılar hava buludlu olduqda belə, günəşdən kompas kimi istifadə edirlər. Bunu ultrabənövşəyi işıq dalğaları vasitəsilə edirlər.

Ultrabənövşəyi işıq dalğaları çox sıx olmayan bulud örtüyünün içindən keçə bilir. Bu sayədə işçi arılar günəşin istiqamətini müəyyən etməkdə ultrabənövşəyi işıq dalğalarından istifadə edirlər.

Günəşdən yayılan təbii işıq polyarizə olur, yəni işıq dalğalarının titrəyiş istiqaməti Günəş səmada hərəkət edərkən nizamlı şəkildə dəyişir. Bu polyarizasiya formasını insanlar görə bilmirlər, lakin arılar və bir çox canlı görür. Günəşin görünməməsi və ya göy üzünün buludlu olması bu canlılar üçün maneə deyil.

Arılar buludlara baxmayaraq, göyü bir növ hissələrə bölünmüş kimi görür və Günəşin həmin an olacağı yeri hesablayırlar.1

Məsələn, təsəvvür edin ki, bal arısı səhər saat 09:00 radələrində pətəkdən çıxdıqdan bir müddət sonra siz onu tutursunuz və saat 16:45 radələrində təbiətə yenidən buraxırsınız. Arı günəşin həmin andakı və siz onu tutduğunuz zamandakı mövqeyi arasındakı fərqi hesablayaraq pətəyinin harada olduğunu müəyyən edib evinə gedir.

Arı polyarizə işıqdan qida tapmaq üçün necə faydalanır?

Eynilə tozlandırıcı həşəratlar kimi arıların da gözlərində göy üzündəki polyarizə formalarını görən həssas sahə var. Tozlandırıcı həşəratların istiqaməti müəyyən etmək, yumurta qoymaq və qida tapmaq kimi məqsədlərlə bu qabiliyyətlərindən istifadə etdikləri elmə məlum idi. Ancaq arıların bu xüsusiyyəti yeni kəşf edilib.

Qərbi Avstraliya Universitetinin Bristol Bioloji Elmlər və Heyvan Biologiyası fakültəsindən professor Culian Partric və həmkarları bombus (Bombus terrestris) arılarının çiçəklərdəki polyarizasiya formalarını öyrənərək qida tapdığını aşkar ediblər.

Çiçəklərin mayalanmasında Bombus arılarının böyük rolu var. Bombusların digər arılara nisbətən daha tüklü olan bədənlərindəki tükcüklər mikroskopik qarmaqlarla örtülüdür. Bu qarmaqlar arı çiçəyin ətrafında fırlandıqca yapışan tozcuqları toplamasını asanlaşdırır. Bombus daha sonra orta ayaqları ilə tozcuqları səbətciyinə boşaldaraq tədarük edir.2

Arının gözündəki polyarizasiyaya həssas sahə təqribən 53% çiçək növünün polyarizasiya formasını görür. Yarpaqları aşağıya qatlanmış çiçəklərdən əks olunan işıq göy üzünün polyarizasiya naxışları ilə ziddiyyət təşkil edir. Beləcə, arılar çiçəklərin yerini müəyyən edirlər.

Professor Partric bu qeyri-adi qabiliyyəti belə açıqlayır: “Bitkinin mövcud olması böyük ölçüdə tozlandırıcı canlıların çiçəkləri düzgün ayırd etmə qabiliyyətlərindən asılıdır. Arılar çiçəkləri tanımaq üçün çoxlu sayda nişandan istifadə edirlər. Bunlar rəng, forma, toxuma, müəyyən kimyəvi birləşmələr və temperatur kimi amillərdir. Yaxın zamanda aparılan tədqiqatlar həşəratların çiçəkləri ayırd etmək üçün onlardakı rütubət faizindən və elektrik sahəsindən istifadə etdiklərini göstərib.

Bu səbəbdən, bitkinin bir çox siqnal göndərməsi tozlandırıcı canlıları həmin istiqamətə cəlb etmək üçün böyük üstünlükdür. Kəşflərimizə görə polyarizasiyanı görmə qabiliyyəti arılara da çiçəklərlə bağlı əlavə məlumatlar verir”.

Çox mürəkkəb fiziki və kimyəvi formullarla açıqlanan bu heyranedici qabiliyyətləri arılara yaradıldıqları andan etibarən ilham edən Allahdır.

 

1-     Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, səh.163-164

2-     David Attenborough, The Trials of Life, səh. 59

 

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)