Lüsi kimdir?

Lüsi (Lucy) 1974-cü ildə amerikalı antropoloq Donald Cohanson tərəfindən tapılan məşhur fosilin adıdır. Bir çox təkamülçü Lüsinin insanla meymunəbənzər əcdadları arasındakı ara keçid forması olduğunu iddia etmişdir. Ancaq növbəti illərdə aparılan tədqiqatlar Lüsinin nəsli kəsilmiş bir meymun növü olduğunu ortaya çıxarmışdır.

Bir meymun növü olduğu və insanın təkamülü ilə bağlı olmadığı ortaya qoyulan avstralopitek cinsinə aid bir növü təmsil edir. Bu növün (Australopithecus afarensis) şimpanzelərlə eyni böyüklükdə beyini var, qabırğaları və çənə sümüyü dövrümüzün şimpanzeləri ilə eyni şəkildədir, qolları və ayaqları canlının bir şimpanze kimi yeridiyini göstərir. Hətta çanaq sümüyü də şimpanzelərinki kimidir. (Richard Allan & Tracey Greenwood, Primates and Human Evolution in the textbook: Year 13 Biology, 1999. Student Resource and Activity Manual, (Biozone International, printed in New Zealand.), s. 260.)

Təkamülçülər Lüsinin daxil olduğu avstralopitek qrupuna aid canlıların meymun xüsusiyyətləri daşımalarına baxmayaraq, insanabənzər bir duruş və yeriş şəkli olduğunu iddia edirlər. Halbuki aparılan tədqiqatlar bunun doğru olmadığını göstərmişdir. Harvard antropoloqlarından Uilyam Houels Lüsinin yeriş şəklinin insanlarınkına bir keçid olmadığını yazır:

Lüsinin yerişinin tam olaraq anlaşılmadığına və Lüsinin ehtiyaclarını uğurla təmin etməsinə baxmayaraq, bizim yerişimizə bənzəmədiyinə dair ümumi fikir birliyi var. (William Howells, Getting Here the Story of Human Evolution, The Compass Press, Washington D.C., 1993, s. 79.)

Kaliforniya Universitetinin antropologiya professoru Adrien Zihlman Lüsinin fosilinin cırtdan şimpanzelərlə diqqət çəkəcək şəkildə bənzər olduğunu bildirir. (Adrienne Zihlman, “Pygmy chimps, people, and the pundits”, New Scientist, 15 noyabr 1984, s. 39.)

Doktor Ceremi Çerfas da New Scientist jurnalında nəşr olunan yazısında Lüsinin kəllə quruluşu üçün belə deyir:

Lüsinin “Australopithecus afarensis”də olduğu kimi şimpanzelərinkinə bənzəyən kəllə qutusu və buna uyğun bir beyini var. (Cherfas, Jeremy. “Trees have made man upright” New Scientist, 20 yanvar 1983, s. 172.)

Məşhur fransız elmi Science et Vie jurnalı da 1999-cu ilin may sayında Lüsini jurnalın üz qabığında yerləşdirmişdir. “Adieu Lucy” (Əlvida Lüsi) başlığının istifadə edildiyi yazıda avstralopitek növü meymunların insanın nəsil ağacından çıxarılmasının vacib olduğunu yazmışdır. St W573 kodlu yeni bir avstralopitek fosili tapıntısına əsaslanaraq yazılan bir məqalədə bu cümlələrə yer verilmişdir:

Yeni bir nəzəriyyə avstralopitek cinsinin insan nəslinin mənşəyi olmadığını söyləyir…St W573’ü araşdırmağa səlahiyyətli tək qadın tədqiqatçının gəldiyi nəticələr insanın əcdadları ilə bağlı aktual nəzəriyyələrdən fərqli olaraq hominid nəsil ağacını məhv edir. Beləcə bu nəsil ağacında yerləşən insan və əcdadları sayılan primat cinsi böyük meymunlar hesabdan çıxarılır… Avstralopitek və homo növləri (insanlar) eyni budaqda yerləşmirlər. Homo növlərinin (insanların) əcdadları hələ kəşf edilməyi gözləyir. (Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, may 1999, no. 980, s. 52-62.)

Amerikanın USA Today qəzetində Tim Frend tərəfindən qələmə alınan bir məqalədə isə insanın əcdadı olaraq göstərilən Lüsi haqqında bu açıqlama verilir:

Lüsinin elmi adı Australopithecus afarensis. Dövrümüzdə yaşayan Bonobo şimpanzelərinə çox bənzəyir. Kiçik beyin, önə çıxmış üz və iri azı dişləri. Ancaq homonun əcdadı qəbul edilən Lüsinin bu xüsusiyyəti son on ildə gözdən düşdü. Bir çox mütəxəssis insanın mənşəyini Lüsi kimi bir əcdada bağlamanın çox bəsit bir yanaşma olduğunu qəbul edir. (Tim Friend, “Discovery rocks human-origin theories”, 21 mart 2003; http://www.usatoday.com/news/science/2001-03-21-skull.htm)

Bu yazıda Smitsonian Təbiət Tarixi Muzeyi İnsanın Mənşəyi Proqramının rəhbəri Riçard Pottsun da izahlarına yer verilir. Buna görə Potts və daha bir çox təkamülçü mütəxəssis Lüsinin artıq insanın nəsil ağacından çıxarılmasının lazım olduğunu qəbul edir. (Yenə orada)

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)