Məlumdur ki, hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər və atomun nüvəsindəki müsbət yük elektronları özünə doğru çəkir. Bu səbəbdən elektronlar sürətlərinin onlara verdiyi mərkəzdənqaçma gücünə baxmayaraq nüvənin ətrafından ayrılmırlar.
Atomun mərkəzində nə qədər proton varsa, kənarında da o qədər elektron olur. Bu sayədə atomların elektrik yükü tarazlanır. Ancaq protonun həcmi də, kütləsi də elektronlardan çoxdur. Əgər müqayisə etsək, aralarındakı fərq bir insanla bir fındıq arasındakı fərq kimidir. Amma yenə də elektrik yükləri bir-birinin eynidir. Bəs görəsən proton və elektronun elektrik yükləri bərabər olmasaydı, nə olardı?Belə olduqda kainatdakı bütün atomlar protondakı artıq müsbət elektrik səbəbindən müsbət elektrik yükünə malik olardılar. Bunun nəticəsində də kainatdakı hər atom bir-birini itələyəcəkdi.
Görəsən, bu indi baş versə, nə olar? Kainatdakı atomların hər biri bir-birini itələsə, nələr baş verər? Baş verəcək şeylər çox fövqəltəbiidir. Atomlardakı bu dəyişiklik əmələ gəlsə, hal-hazırda bu kitabı tutan əlləriniz və qollarınız bir anda parça-parça olar. Sadəcə əlləriniz və qollarınız deyil, bədəniniz, ayaqlarınız, başınız, gözləriniz, dişləriniz, qısaca desək, bədəninizin hər parçası bir anda havaya uçar. İçində oturduğunu otaq, pəncərədən görünən xarici aləm də bir anda havaya uçar. Yer üzündəki bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı bütün göy cisimləri eyni anda sonsuz sayda hissələrə ayrılıb yox olar və bir daha kainatda gözlə görünən heç bir cisim mövcud olmaz.
Həm də canlılar üçün belə bir şeyin baş verməsi elektron və protonların elektrik yükləri arasındakı müvazinətin 100 milyardda bir nisbətində dəyişməsilə həyata keçə bilər. Kainatın yox olması isə bu müvazinətdəki milyard dəfə milyardda bir dəyişiklik ilə baş verər. Yəni kainatın və canlıların varlığı çox həssas tarazlıqlarla mümkündür. Bu müvazinət kainatın təsadüfən meydana gəlmədiyini, müəyyən məqsədə uyğun şəkildə nizamlandığını, yaradıldığını göstərir.
Men bu sayta birinci defedir ki baxiram cox xosuma geldi.
Emeyi kecenlere tesekkurumu bildirirem
Çox maraqlı məlumatlardır. Əməyi keçənlərə təşəkkürlər.