“Adaptasiya” Səhvinə Dair Xəbərdarlıq

Yer planetinin həyat üçün xüsusi şəkildə yaradılmış və bütün xüsusiyyətləri bu məqsədə görə nizamlanmışdır. Ancaq burada bir şeyi xatırlatmaq lazımdır. Bu xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət hesab etməyə adət etmiş və “adaptasiya” anlayışına inanan insanlara aiddir.

Adaptasiya “uyğunlaşma” deməkdir. Bütün canlıların ortaq əcdaddan təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə adaptasiya anlayışını tez-tez işlədir. Təkamülçülər canlıların yaşadıqları mühitə uyğunlaşması nəticədə tamamilə yeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii şərtlərə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən hədlər çərçivəsində həyata keçdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa yazılarımızda da nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül anlayışı Lamark dövrünün bəsit elm anlayışının qalığıdır və çoxdan elmi faktlarla təkzib edilmişdir.Ancaq elmi əsası olmasa da adaptasiya fikrini, xüsusilə də burada bəhs edəcəyimiz mövzu baxımından, çox insan qəbul edir. Bu şəxslərə Yerin həyat üçün xüsusi planet olduğu izah edildikdə dərhal “bu cür planetin şərtləri daxilində belə bir həyat meydana gəlib, başqa planetlərdə isə başqa cür həyat əmələ gələ bilər” kimi fikirlərə düşürlər. Məsələn, Yer üzündə bizim kimi insanlar yaşayır, Neptun kimi bir planetdə -218°C dərəcədə tərləyən, oksigen əvəzinə heliumla nəfəs alan və ya su əvəzinə sulfat turşusu içən balaca yaşıl adamların yaşaya biləcəyini düşünürlər. Hollivud studiyalarında çəkilən və bu xəyali balaca yaşıl adamları təsvir edən bir sıra elmi-fantastik filmlər də bu insanların xəyal güclərini qane edir.

Lakin bu xəyal gücünün əsasında cahillik durur. Belə ki, biologiya və biokimya haqqında məlumatı olan təkamülçülər bu cür fantaziyaların tərəfində deyillər. Çünki həyatın sadəcə müəyyən elementlərlə və müəyyən şərtlər təmin edildiyi təqdirdə mövcud olacağını olduqca yaxşı bilirlər. Balaca yaşıl adamlar nağılını müdafiə edənlər hər zaman təkamül anlayışına kor-koranə inanan, ancaq biologiya və biokimya haqqında heç bir şey bilməyən və bu məlumatsızlığın verdiyi cəsarətlə uydurma ssenarilər irəli sürən insanlardır.

Buna görə sözügedən adaptasiya səhvini aradan qaldırmaq üçün bildirilməlidir: həyat sadəcə müəyyən elementlərlə və müəyyən şərtlər təmin edildiyi təqdirdə mövcud ola bilər. Elmi cəhətdən doğru olan yeganə həyat modeli “karbondan təşkil edilən həyat”dır və elm adamları kainatın heç bir yerində başqa cür fiziki həyatın olmasının qeyri-mümkün olduğu nəticəsinə gəlmişlər.

Karbon elementlərin dövri cədvəlindəki altıncı elementdir. Bu atom Yer üzündəki həyatın təməlidir, çünki bütün əsas üzvi molekullar (amin turşuları, zülallar, nuklein turşuları kimi) karbon atomunun digər bəzi atomlarla müxtəlif formalarda birləşməsindən əmələ gəlir. Karbon, hidrogen, oksigen və azot kimi digər atomlarla birləşərək orqanizmimizdəki milyonlarla müxtəlif növdə zülal əmələ gətirir. Karbonu əvəz edəcək başqa bir element yoxdur, çünki başqa heç bir element karbon kimi saysız növdə əlaqə qurma xüsusiyyətinə malik deyil.

Beləliklə, kainatdakı hər hansı bir planetdə həyat meydana gələcəksə, bu mütləq “karbon əsaslı” həyat ola bilər. (Michael Denton, Nature’s Destiny, s. 106)

Karbon əsaslı həyatın isə dəyişməz qanunları var. Karbon əsaslı üzvi birləşmələr (məsələn, zülallar) sadəcə müəyyən bir temperaturda mövcud olurlar. 120°C-dən yuxarı temperaturda parçalanır, -20°C-dən aşağı temperaturda isə donurlar. Sadəcə temperatur deyil, işıq, yerin cazibə qüvvəsi, atmosfer tərkibi, maqnetik güc kimi amillərin də karbon əsaslı həyata imkan yaratmaları üçün müəyyən sərhədlər çərçivəsində olmalıdırlar. Yer məhz bu cür sərhədlərə malikdir. Əgər bu hədlərdən biri pozulsa, məsələn, Yerin səth temperaturu 120°C-dən yuxarı olarsa, artıq Yer kürəsində həyat olmaz.

Buna görə nə Yerdə, nə də başqa bir planetdə -218°C dərəcədə tərləyən, oksigen əvəzinə heliumla nəfəs alıan, su əvəzinə sulfat turşusu içək balaca yaşıl adamların yaşaması mümkün deyil. Həyat ancaq xüsusi və müəyyən şərtlərin təmin edildiyi mühitdə ola bilər. Başqa sözlə, canlılar ancaq onlar üçün xüsusi şəkildə dizayn edilmiş məkanda yaşaya bilər. Yer kürəsi məhz bu cür xüsusi şəkildə dizayn edilmiş məkandır.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
5 Responses
  1. Camal says:

    Salamunaleykum,
    Bu elmi açıqlamalar məni yetərincə qane etdi.Allah razı olsun!İnşallah bu həqiqətləri kor gözlər görər, kar qulaqlar da eşidə bilər. Bu qeder elmi dayanagı olan İslam heqiqetine nece olar ki, qarşı durub Ateizm kimi hürafə və yararsız bir elmdən tutunarlar, halbuki, onlara ölümdən sonra heç birşey ved etmir.
    Bir de özlerini elmli adlandırırlar. Bu yazılardan sonra ne qeder cahil olduqlarını görsünler…
    vəssəlam

  2. Ayten says:

    salam. Men biologiya fakultesinde tehsil aliram ve tekamulle bagli fikirlerle demek olar ki her gun rastlasmali oluram. “Alimler” bir sira iddialar ireli surmeye calissalar da amma tam olaraq elmi cehetden yaradilisi izzah ede bilmirler. bir bitgiden digerinin, bir heyvandan ise basqa bir novun meydana gelmesi inandirici deyil. Men sizin fikirlerinizle tamamile raziyam. . .

  3. Samanyolu says:

    Salam. Sizinlə tamamiylə razıyam.
    Təkamül nəzəriyyəsinin elmlə heç bir əlaqəsi yoxdu.
    Təkamülçülərin bildiyi tək şey bacardıqları qədər çox elmi terminlərdən istifadə edərək qarşılarındakını sözlə boğmağa çalışmaqdır. Cavab verə bilmədikləri suala “vaxt gələr cavab verə bilərik ” deyirlər.
    İlk hüceyrə haqqında “bu bizlik deyil” deyirlər. və buna bənzər bir çox burcutmalar :)

  4. Eziz says:

    Mən 8 ci sinifə keçirəm Bu mövzudan bir şey başa düşmədim

  5. cingiz says:

    Təkamül doğrudur;-ancaq aşağıdakı mənada: Hər bir bitki bir toxumdan- bir meyvəyə qədər keçdiyi yol…! və Hər bir canlının bir ruşeymdən- bir canlıya- bir körpəyə- bir yetkin canlıya və qocalmaya qədərki keçdiyi hər an dəyişən bütöv bir canlı ömrü…! Bütün bu dəyişmələr ardicilliğı çox dəqıqliklə və əvəzolunmaz kamilliklə yerinə yetrilən bir təkamüldür və bu təkamülün özü də sonsuz kamilliklər sahibi olan Allah tərəfindən yaradlmışdır…! bu qədəri həqiqəti anlamağa kömək edər…! inşallah

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)