»Bitkilər Dünyası « Bölməsi üzrə arxiv

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Yarasalardakı texnologiya)

http://www.youtube.com/watch?v=SSRp35CJQyk

Ramil Rüstəmov / İctimai TV / İnsan üçün yaradılan planet

http://www.youtube.com/watch?v=rvBpWbMWhgA

Ramil Rüstəmov / İctimai TV / Kainatın Yaradılışı

http://www.youtube.com/watch?v=Rso6iyFPz6c

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Ağcaqanadlardakı texnologiya)

http://www.youtube.com/watch?v=FjFSU9WY69I

Ramil Rüstəmov / İctimai TV / Yer kürəsi haqqında

http://www.youtube.com/watch?v=z01V0-mA3nI

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Quşlar və qatar texnologiyası)

http://www.youtube.com/watch?v=dybOQQ2rFcQ

Yaşıl möcüzə: “Xlorofil”

İnsan saniyənin mində biri ilə saniyənin iki mində biri arasındakı fərqi ayırd edə bilmir. Hər iki müddət insanın anlamayacağı və qavramayacağı qədər kiçikdir. Saniyənin on milyonda biri kimi kiçik olan müddət isə insanın xəyal belə edə bilmədiyi kiçik zamandır. Məhz yarpaqlardakı xlorofil molekulları bu qısa müddət ərzində hərəkətə keçir və möhtəşəm işlər görür.

Bir millimetrlik sahə düşünək. Bu sahə bir qələmin ucu qədər kiçik yeri tutur. İndi bu kiçik yerə 500 min xüsusi cihaz yerləşdirək. Bu cihazların hər biri xüsusi dizayna və funksiayaya sahib olsun. Bundan başqa, 500 min cihazı xüsusi sistemlə qoruyaq.

Bəlkə bu ssenari oxunduğu zaman imkansız görünə bilər. Ancaq Allahın yaratması qüsursuz və möcüzəvidir. Yuxarıda bəhs etdiyimiz misal həyatda mövcuddur. Bir yarpağın ortasındakı bir millimetrlik sahədə 500 min xlorofil mövcuddur. davamı »

Riçard Davkins və “Qısqanc Sulfat Turşusu”

Richard Dawkins məşhur təkamülçülərdən biridir və dünya ateizminin bayraqdarı hesab olunur. Davkinsə görə canlıların ən mühüm hədəfi həyatda qalmaq, törəmək və genlərini qoruyaraq növbəti nəsillərə köçürməkdir. Davkinsin heç bir məntiqə sığmayan bu iddiasına görə insan “genləri qoruyan robot”dur. Bu dünyadakı yaranma məqsədi isə sahib olduğu genləri çoxaltmaq, digər genlərlə rəqabətdə öz genlərini qorumaq və sonrakı nəsillərə ötürməkdir. Elmi əsası olmayan bu materialist inanca görə əgər insanın məqsədi sadəcə genlərinin davamlı olmasını təmin etməkdirsə, onda bu insanın heç bir əxlaqi kriteriyası ola bilməz. İnsan genlərinin mənfəəti üçün mümkün olduğu qədər eqoist və mərhəmətsiz olmalıdır. Davkinsin cəhalətinin məhsulu olan bu nəzəriyyəyə görə insanın sahib olduğu genlər eqoist olduğuna görə, insan da eqoistdir.

Halbuki eqoist gen iddiası məntiqsiz və absurddur. Davkins və digər bəzi təkamülçülər genləri sanki şüur və iradə sahibi varlıqlar olaraq izah edirlər. Halbuki genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə bərkidilmiş uzun nukleotid turşu mərtəbələrindən ibarətdir. Yəni uzun molekullardır. Su (H2O) və ya H2SO4 (sulfat turşusu) molekul olduğu kimi, DNT də molekuldur. “Eqoist su”, “eqoist duz” və ya “qısqanc sulfat turşusu” anlayışı nə qədər mənasızdırsa, eqoist gen anlayışı da bu qədər mənasızdır.

Təkamülçülər insanı bir maddə yığını olaraq göstərməyə çalışır və bu maddə yığınının hər hansı bir hissəsini şüurlu olaraq təqdim etmək istəyirlər. Genlərin şüurlu olduğu iddiası isə təkamül nəzəriyyəsinin hal-hazırkı vəziyyətini dəyərləndirmək baxımından çox ibrətamizdir. Qədimdə taxtadan və ya daşdan hazırlanmış bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstliyin yerini müasir dövrdə molekullarda və bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu iddia edən darvinizm almışdır. Yəni darvinizm artıq nəzəriyyə funksiyasını yerinə yetirmir, çünki paqan dininə çevrilmişdir.

Canlılardakı Mükəmməl Simmetriya

Güzgüdə üzünüzə baxın, mükəmməl simmetriyanın olduğunu görəcəksiniz. Əlinizə bir jurnal alın və səhifələrini çevirin. Çevirdiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, ətrafa baxdıqda gördüyünüz quşlar, çiçəklər, kəpənəklər də eyni simmetriyaya malikdirlər.

Simmetriya kainatdakı uyğunluğu təmin edən məsələlərdən biridir. Bütün canlılar simmetrik quruluşa malikdirlər.

Dəniz canlılarına baxın, eyni simmetriyanı görərsiniz. Balıqlar, xərçənglər, krevetlər, qabıqlı dəniz canlıları… Əlinizə yan tərəfdəki şəkillərə bənzəyən bir cüt dəniz qabığı alın və simmetrik şəkildə bu qabıqları qarşı-qarşıya qoyun. Cizgilərinin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında da qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyini görəcəksiniz. davamı »

Su və Bitkilər Arasındakı Ahəng

Otlardan tutmuş hündür ağaclara və cürbəcür çiçəklərə qədər bütün bitkilər torpaqdan aldıqları suyu və qidaları ən ucqar budaqlarına, ən kiçiyindən ən böyüyünə qədər bütün yarpaqlarına çatdıra bilirlər. Ancaq daşıma prosesi sadəcə bitkilərdəki sistemlər sayəsində həyata keçmir. Bu daşımanın həyata keçməsi üçün eyni zamanda suyun xüsusiyyətləri də bitkilərin quruluşu ilə uyğunluq təşkil etməlidir.

Suyun ümumi quruluşunu nəzərdən keçirərək bu uyğunluğa baxaq.

Yer üzündəki canlıların həyatlarını davam etdirə bilməsi üçün mütləq lazım olan su, hər xassəsi ilə xüsusi şəkildə yaradılmış bir maddədir. Suyun mühüm xassələrindən biri də yüksək səthi gərilməyə malik olmasıdır. Səthi gərilmə mayeni təşkil edən molekulların bir-birini cəzb etmələrilə əmələ gəlir. Bu sayədə bir su qabı öz yüksəkliyindən daha yüksək su kütləsini daşırmadan daşıya bilir və ya metal bir iynə suyun üzərinə diqqətli şəkildə üfüqi vəziyyətdə qoyulduqda batmadan üzə bilir. davamı »