»Təbiət və Texnologiya « Bölməsi üzrə arxiv

KAİNATI BÜRÜYƏN YARADILIŞ MÖCÜZƏSİ: FRAKTAL HƏNDƏSƏ

fraktal hissəBədənimizdəki qan damarları, Yupiterin üstündəki qırmızı ləkələr, ilbizin qabığı, hündür dağların qırışları, qar dənəciklərinin formaları və ağacların yarpaqları… Bütün bu sadalananların tibb, astronomiya, biologiya və ya coğrafiya kimi bir-birindən tamamilə fərqli elm sahələrinin mövzuları olduğunu düşünə bilərsiniz. Lakin bunların hamısı ilə yaxından əlaqəsi olan bir elm sahəsi var: fraktal həndəsə. Bəs fraktal həndəsə nədir? Allah’ın qüsursuz nizamını və sonsuz elmini necə göstərir?

Yer kürəsini təsəvvürünüzdə canlandırmağa çalışın. Ağaclar, buludlar, dalğalar, dağlar, ovalıqlar, səhralar… Hər birinin ortaq xüsusiyyəti həndəsədəki üçbucaq, kvadrat və dairələr kimi tam düz və ya yuvarlaq cizgilərinin olmamasıdır. İndiyə qədər heç kim kürə formasında alma və ya bulud, dümdüz səhra və ya dəniz, konus formasında dağ, kub formasında çınqıl, silindr şəklində ağac gövdəsi görməyib. Çünki Allah’ın yaratdığı dünya və bütün kainat girintili-çıxıntılı, qırışlı, bir-birinə keçmiş, düyünlü formalardan təşkil olunub. Bir-birini tamamlayan bu mürəkkəb formaların birləşməsi ilə Yer çox müxtəlif, rəngli və bir-biri ilə mükəmməl ahəng içində olan görünüşə malikdir. davamı »

ALOVDAKI DİZAYN

fireCanlılara enerji təmin edən ən fundamental reaksiya karbon və hidrogen birləşmələrinin oksidləşməsi, yəni yanmasıdır. Ancaq bu məqamda maraqlı bir sual yarana bilər: bizim bədənimiz, əsasən, karbon və hidrogen birləşmələrindən meydana gəlir. Bəs necə olur ki, bədənimiz oksidləşmir? Ya da niyə bədənimiz bir anda kibrit dənəsi kimi alovlanıb yanmır?

Bədənimizin oksigenlə təmasda olduğu halda, yanmaması, həqiqətən, heyrətləndirici bir vəziyyətdir.

19-cu əsrdən bəri maraq doğuran bu sualın cavabı son yarım əsrdəki yeniliklər nəticəsində aydın olmuşdur. Biokimyəvi müşahidələr insan bədənindəki bəzi xüsusi fermentlərin yalnız oksigenin atmosferdə tapılan forması olan O2 ilə reaksiyaya girdiyini ortaya qoymuşdur. Hüceyrələrimizdəki bu xüsusi fermentlər, çox kompleks proseslər nəticəsində bədənimizdəki dəmir və mis atomlarını katalizator (sürətləndirici) olaraq istifadə edir və beləcə, oksigeni reaktiv hala gətirirlər. davamı »

İNSAN ÜZÜNDƏKİ BARKOD SİSTEMİ MÖCÜZƏSİ

barkod sistemiSupermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insan üzündə mövcuddur.

 İnsanların hər biri fərqli üzə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da, tanış birinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir?

Beyindəki üz tanıma prosesi necə baş verir?

Üzün tanınması vizual korteksdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşmışlar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilmişdir. Bu sistemə əsasən:

  • Əvvəlcə qaşlar, gözlər, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətlər beyin tərəfindən qavranılır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır.
  • Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız da kölgəliklərinə görə qara kodlanır.

Tədqiqatı aparan dr. Dakin: “Bu cür üfüqi məlumat xətləri supermarket barkodlarını xatırladır”, – deyərək bu kod sisteminə diqqət çəkmişdir. davamı »

Bölmə: Təbiət və Texnologiya  Açar sözlər:  Şərh yaz

Texnologiya təbiəti təqlid edir

qutu balığıÇoxlu hissələrdən ibarət təyyarə maketi aldığınızı düşünün. Yüzlərlə kiçik hissədən təşkil olunmuş bu maketi hansı sıra ilə düzəldərdiniz? Şübhəsiz ki, bunun üçün əvvəlcə qutunun üzərindəki rəsmlərə baxar və içindəki təlimat kitabçasından faydalanardınız. Çünki maketi düzəldərkən təlimatı oxumaq görüləcək işə sərf olunan vaxtı qısaldır, o maketin səhvsiz, mükəmməl düzəldilməsinə kömək edir.

Təyyarənin düzəldilməsi haqqında təlimatlar olmasa, əgər əlinizdə buna bənzər model varsa, maketi ona baxıb düzəldə bilərsiniz. Çünki daha əvvəl gördüyünüz təyyarə modelinin dizaynı onun bənzərinin düzəldilməsində sizə əsas yolgöstəricidir. Eyni məntiqlə, təbiətdə mövcud olan qüsursuz dizayndan nümunə götürmək də bənzər funksiyalara malik texnoloji cihazın dizaynı və düzəldilməsinin ən qısa yolla, mükəmməl şəkildə həyata keçirilməsini təmin edir. Bunu dərk edən bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi də hər yeni fəaliyyətdən əvvəl bunun canlılardakı nümunələri araşdırır, onlardakı sistem və dizaynlardan nümunə götürərək təqlid edirlər. Başqa sözlə, elm adamları Allahın təbiətdə yaratdığı canlıları təhlil edir və bunlardan faydalanaraq yeni texnoloji məhsullar istehsal edirlər. davamı »

“FORMA HAFİZƏSİ”-nə MALİK METALLARIN HƏYATIMIZDAKI YERİ

GoldYaradılış dünyada insanlara bir çox nemət bəxş etmişdir. “Forma hafizə”sinə malik metallar da bunlardan biridir. Metallardakı bu xüsusiyyət gündəlik həyatı asanlaşdıran bir çox texnoloji məhsulun təkmilləşdirilməsinə imkan verir. Bunlardan bəziləri aşağıdakılardır:

  • Açıq ürək əməliyyatları və sinir sistemi cərrahiyyəsində istifadə edilən avadanlıqlar
  • Qan damarlarına yerləşdirilərək qan laxtalarını tutan cihazlar
  • Çox böyük deformasiyalara belə müqavimət göstərən və əvvəlki vəziyyətinə qayıdaraq zərər çəkməyən super elastik eynək çərçivələri
  • Dişlərin estetik görünüşündəki deformasiyaları düzəldən qövsvari simlər
  • Yanğın zamanı yanıcı və zəhərli qazların çıxmasının qarşısını alan təhlükəsizlik qapaqları

Forma hafizəsinə malik metalların istifadə sahələrindən biri qan damarlarıdır. Qan damarlarına yerləşdirilən filtrlər laxtaları tutaraq insanı ölümcül təhlükələrdən xilas edir. Bu proses üçün nikel-titan qarışığından ibarət simdən emal edilmiş lövbər formasındakı filtr damarın içinə yerləşdirilmədən əvvəl düzləşdirilir. davamı »

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (İnsan Skelet Sistemi)

http://www.youtube.com/watch?v=nYp3VCw7Z2s

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Yarasalardakı texnologiya)

http://www.youtube.com/watch?v=SSRp35CJQyk

Ramil Rüstəmov / İctimai TV / İnsan üçün yaradılan planet

http://www.youtube.com/watch?v=rvBpWbMWhgA

Ramil Rüstəmov / İctimai TV / Kainatın Yaradılışı

http://www.youtube.com/watch?v=Rso6iyFPz6c

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Ağcaqanadlardakı texnologiya)

http://www.youtube.com/watch?v=FjFSU9WY69I