»Təbiət və Texnologiya « Bölməsi üzrə arxiv

Kompassız İstiqaməti Təyin edən Canlılar

Kompaslar Yerin maqnit sahəsindən istifadə edərək istiqaməti göstərirlər. Bu xüsusiyyətlərinə görə də hava və dəniz səyahətlərində həyati əhəmiyyət daşıyırlar. Ən son aparılan tədqiqatlar isə bununla bağlı təəccüblü bəzi həqiqətləri üzə çıxarmışdır. Kompasın icadı və insanlar tərəfindən istifadəsi müəyyən bilik və elm nəticəsində ortaya çıxmışdır. Bununla belə bəzi canlı növləri uzun səyahətlərdə “öz kompaslarından” istifadə edirlər. Təbiətdəki bir çox canlı növü yuvalarının, ovlarının və köç etdikləri bölgələrin yerlərini heç çətinlik çəkmədən tapa bilir. Bu canlılar heç bilikləri yok ikən və bununla bağlı heç nə öyrənmədiklərinə baxmayaraq bunu bacarırlar.

Əlbəttə, bu canlıların bədənlərində istiqamət və məsafə təyin etmələrini təmin edən dedektorlar, GPS sistemləri1 və ya kompaslar yoxdur. Hamısında ətdən, sümükdən və sinirlərdən ibarət orqanlar var. Bir az sonra verəcəyimiz misallardan açıq şəkildə göründüyü kimi canlılardakı bu üstün sistemlər bizlərə onların dizayn edilmiş yaradılış möcüzəsi olduğunu sübut edir. davamı »

Ultrasəs Dalğaları ilə Xəbərləşən Qurbağalar

Elmi adı Amolops tormotus olan Çin qurbağası Çində hündür şəlalələr və çaylarla örtülü ərazidə yaşayan nadir rast gəlinən qurbağa növüdür. Bu qurbağaların həyatında su səsi hakimdir. (1) Ünsiyyətə mane olan bu cür səslər elm adamları tərəfindən “gurultu” adlandırılır. Elm adamları əvvəlcə qurbağaların bu gurultu səbəbindn xəbərləşmədə çətinliklər yaşadıqlarını düşünürdülər. Ancaq çox maraqlıdır ki, aparılan tədqiqatlar bu qurbağaların problemsiz xəbərləşdiklərini göstərdi. Bəs nə cür?

Bu kiçik canlılar səs siqnallarını “ultrasəs” adlanan, insan qulağının eşitmədiyi çox yüksək tezliklərdə yollayırlar. (2) Tədqiqatı həyata keçirən qrupun rəhbəri İlinoys Universitetindən Albert Fenq bu növ qurbağaların erkəyinin 128 kHz-dən çox tezliklərdə səslər çıxartdığını müəyyən etdiklərini bildirir. (3) Bu tezlik insanın eşidə bildiyi ən yüksək tezlikli səsdən qat-qat çoxdur. Belə ki, səs siqnallarını bu yüksək tezliklərdə göndərmənin öz-özlüyündə mənası yoxdur. Çünki bu səs siqnallarının məna qazanması üçün onları qəbul edəcək xüsusiyyətdə qulaqların da olması şərtdir. Allah bu kiçik canlıların qulaqlarını yüksək tezlikli səs siqnallarını qəbul edəcək şəkildə yaratmışdır. davamı »

Yarasaların SONAR Sistemi

Yarasaların ən maraqlı xüsusiyyətlərindən biri onların istiqamət tapmaq qabiliyyətidir. Yarasaların bu qabiliyyəti elmi tədqiqatçılar tərəfindən aparılan bir sıra təcrübə ilə ortaya çıxarılmışdır. Allah hər canlıya yaradılış sənətindəki əzəməti, bənzərsiz dizaynı göstərmək üçün müxtəlif xüsusiyyətlər vermişdir. Bu xüsusiyyətlər insanı heyran edən böyük bir ağlın əsəridir. Alimlərin apardığı bir çox təcrübə nəticəsində bu canlıların yeni xüsusiyyətləri hələ də kəşf edilir.

Alimlərin apardığı bir təcrübədə yarasa qaranlıq bir otağa buraxılmış, daha sonra, otağın bir küncünə bir milçək yerləşdirilmiş və yarasanın hərəkətləri qaranlıqda çəkə bilən kameralarla izlənmişdir.  Milçək havada qanad çalan kimi qarşıdakı küncdən  sürətlə hərəkətə keçən yarasa düz milçəyə doğru gəlib onu ovlamışdır. Bu təcrübə ilə tədqiqatçılar yarasaların qaranlıqda belə işləyən çox iti bir duyğu qabiliyyətinin olduğu qənaətinə gəlmişlər. Bəs yaxşı, yarasanın bu üstün intuisiyası nədən qaynaqlanır? Bu, eşitmə hissindən qaynaqlanır, yoxsa sahib olduğu xüsusi bir gecə görmə sistemindən? davamı »

Biomimetika: Təbiətdəki Texnologiyaların Təqlidi

Hal-hazırda Yer kürəsinin ən mühüm problemlərindən biri qlobal istiləşmə və ekoloji tarazlıqların pozulmasıdır. Bunları nəzərə alaraq elm dünyası insanların diqqətini təbiətin və canlıların qorunmasına çəkməyə çalışmaqdadır. Milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq yeni bir elm sahəsi olan Biomimetikanı doğurmuşdur.

Biomimetika insanların təbiətdə olan sistemləri təqlid edərək əldə etdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin bütününü ifadə edən termindir. Təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat və s. sahələrdə ehtiyac var. Biomimetika təbiətdəki modelləri araşdıran, sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsədinə çevirmiş yeni elm sahəsidir.

“Biomimikri” kitabının müəllifi Cenin M. Benyus  təbiətdəki mükəmməl sistemlərin, modellərin təqlid edilməsinin vacibliyini nümunələrlə belə izah edir: davamı »

120 kq Qaldıra Bilən Kərtənkələ

Geko (Gecko) kərtənkələsinin ayağının altında setae adlandırılan milyonlarla tükcük var. Bu tükcüklər bir metrin 200 milyardda biri uzunluğundadır. Hər bir tükcüyün ucunda da təxminən min ədəd spatül adlı milyardlarla mikroskopik tükcüklər var. Dr. Kellar Autumn başçılıq etdiyi qrupun apardığı araşdırmalara görə gekonun ayağındakı tükcüklər zəif elektrostatik qüvvə təsiri (Van Der Vals qüvvəsi) meydana gətirir. Kərtənkələnin ayağındakı milyardlarla kiçik tükcüklər sayəsində təmas olunan səthlə çox qüvvətli yaxınlıq təmin edilir və 120 kq çəkini qaldıra bilən möhkəm yapışma qüvvəsi meydana gəlir. Möhtəşəm dizayna malik olan geko saniyədə 15 addım atır və “yapışdığı” səth ilə 30 dərəcəlik bucaq meydana gətirərək ayağını qaldıra bilir. Bu cür addım atmadığı təqdirdə ayaqlar səthə kilidlənir. Gekonun ayaqlarındakı dizayn təqlid edildikdə bu gün xəyal kimi görünən proyektlər həyata keçirilə bilinəcək:

  • Kosmos kimi havanın olmadığı mühitdə maddələrin möhkəm yapışması təmin ediləcək.
  • Gekonun yapışma sisteminə malik olan robotlardan yanğın və digər fəlakətlərdən sonra xilasetmə əməliyyatlarında istifadə ediləcək (belə robotlar artıq var).
  • Geko təqlid edilərək xüsusi yapışqanlı əlcəklər və hündürə dırmanma üçün xüsusi geyimlər istehsal ediləcək.
  • Ağrısız çıxarılan yara bantları, eləcə də suda yapışan və ya dönə-dönə istifadə edilən xüsusi bantlar istehsal olunacaq. (5)

Atomdakı Qüsursuz Nizam

Hava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək. Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı. davamı »