»Təkamül Yalanı « Bölməsi üzrə arxiv

Hekkelin rüşeym rəsmləri saxtakarlıqdır

embiyonErnst Hekkel 1868-ci ildə yazdığı “Natürliche Schöpfungsgeschichte” (Təbii yaradılış tarixi) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq həmin canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.

Amma, əslində, məsələ başqa cür idi. Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.

Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) bu idi. Əslində, Darvin bu kitabı yazmazdan əvvəl Hekkelin rəsmlərinin saxtakarlıq olduğunu başa düşənlər olmuşdu. Hətta Hekkelin özü belə saxtakarlığının üzə çıxmasının ardınca etdiyi bu böyük elmi yalanı etiraf etmişdi: davamı »

“Ara keçid fosil tapıldı” iddiası saxtakarlıqdır

fosilDarvin dövründə ara keçid fosillərin yoxluğu həll olunacaq problem kimi görünürdü. Darvin yer üzünün təbəqələrində nəzəriyyəsini təsdiqləyəcək heç bir ara keçid fosili tapılmamasını təəccüblə qarşılayır, amma yenə də onların gələcəkdə tapılacağına inanırdı. “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” fəslində mövzu ilə bağlı bunları yazmışdı:

 Əgər, həqiqətən, növlər digər növlərdən tədricən törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarışıqlıq halında deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində tapa bilmirik…. Nə üçün hər geoloji forma və hər təbəqə belə formalarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş proses üzə çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.

Darvinin ümidini təkzib edən və təqribən 150 ildən bəri tapılmayan ara keçid fosilləri Darvinin nəzəriyyəsinə, həqiqətən də ən böyük etiraz kimi ortaya çıxdı. davamı »

Darvinistlərin elm adına irəli sürdükləri saxtakarlıqlar

Piltdaun adamı saxtakarlıqdır

piltdaun adamiMəşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Dovson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.

Məşhur amerikalı paleontoloq H.F. Osborn da 1935-ci ildə Britaniya muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, – deyirdi.

Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi. davamı »

Keçmiş sivilizasiyaların heyranedici izləri tarixin təkamülü iddialarını təkzib edən başqa bir sivilizasiya: mayyalar

Təkamülçü KİV-lərin hamısının bir ortaq cəhəti var. Bir canlıya aid bioloji quruluş və ya xüsusiyyətin nə üçün təkamül keçirdiyinə dair xəyali ssenarilərdən bəhs edirlər. Diqqətçəkən cəhət isə budur ki, təkamülçülərin təxəyyül gücüylə uydurduğu hekayələr elmi fakt kimi verilir. Halbuki, bu KİV-də yayımlananlar “darvinist nağıllardan” başqa bir şey deyil. Təkamülçülər zehinlərində uydurduğu ssenariləri cəmiyyətə elmi dəlil kimi təqdim etməyə çalışırlar. Lakin bunların hamısı yalandır. Darvinist nağılların heç bir elmi dəyəri yoxdur, təkamülçü iddialar üçün də əsla dəlil təşkil etmirlər. davamı »

“İnsanın əcdadı meymundur” yalanı necə üzə çıxdı?

Təkamülçülərin insanla meymunun eyni əcdaddan yarandıqları barədə xəyali hekayələrinin qaynağı nədir?

Təkamülçülərin şimpanzelərdəki bir genin yox olması ilə şimpanzelərin inkişaf edərək insana çevrilməsi barədə iddiaları nə üçün elmi deyil?

Təkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir. Hal-hazırda 120-yə qədər meymun növü yaşayır. Məhz 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün qalıqları təkamülçülər üçün zəngin vəsait qaynağıdır. davamı »

Həyatın Gerçək Mənşəyi: Yaradılış

Biologiya ilə maraqlanan və canlıların Yer kürəsində necə meydana gəldiyini düşünənlər XX əsrdə təkamül sözünü bəlkə də hər şeydən daha çox eşitmişdir. Amma XXI əsrdə bu sözün yerini başqa söz tutacaq: yaradılış.

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətlə olmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu. davamı »

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (İnsan Skelet Sistemi)

http://www.youtube.com/watch?v=nYp3VCw7Z2s

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Yarasalardakı texnologiya)

http://www.youtube.com/watch?v=SSRp35CJQyk

Ramil Rüstəmov / İctimai TV / İnsan üçün yaradılan planet

http://www.youtube.com/watch?v=rvBpWbMWhgA

Ramil Rüstəmov / İctimai TV / Kainatın Yaradılışı

http://www.youtube.com/watch?v=Rso6iyFPz6c