Blog Archives

Neandertallar: anatomiyaları və mədəniyyəti

neandertalNeandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

 

Həqiqətə qarşı əks-təbliğat  

 

Fosil tapıntıları  Neandertal insanının bizə görə heç bir ibtidai  yönü olmayan insan irqi olduğunu göstərməsinə baxmayaraq, Neandertallar haqqında təkamülçülər tərəfindən ortaya atılan iddialar dəyişmir. Neandertal insanları bəzi təkamülçü muzeylərdə şəkildə göründüyü kimi, “meymun adam” olaraq sərgilənir. Bu darvinizmin elmi tapıntıları deyil, təbliğata əsaslanandığının bir göstəricisidir.

Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır: davamı »

Meymun və insan geninin 99 % oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?

chimpanzee-03Bir çox təkamülçü mənbədə insanla meymun geninin  99 % oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddiları yer alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğuna görə insanla arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu, təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99 % oxşarlıq iddiası insanları yanıldan təbliğatdır.

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürdükləri 99 % oxşarlıq iddiası yalandır.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99 % oxşar olduğunu iddia etmək üçün insan kimi şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-birilə müqayisə ediləli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə bu cür tədqiqat aparılmamışdır. davamı »

Bölmə: Təkamül Yalanı  Açar sözlər: , , ,  Şərh yaz

MATERİALİZMİ ELMİ CƏHƏTDƏN MƏHV EDƏN KƏŞF: KVANT FİZİKASI

atomFiziki kainatın quruluşu ruhun varlığını anlamaq üçün kifayətdir. Mənim kvant mexanikası və ya kvant fizikası nəticəsində ruhun varlığını anladığımı deyə bilərik. Bunlar fiziki dünyanın ardında ruhla əlaqədar bir təməlin olduğunu göstərir. (Kaliforniya Universitetindən məşhur atomar fizik Fred Alan Vulf)

İsaak Nyutonun fikrincə, işıq “korpuskul” adlanan maddə axını idi. Tamamilə zərrəciklərdən ibarət idi. Başqa sözlə, kvant fizikası kəşf edilənə qədər qəbul edilən ənənəvi Nyuton fizikasına əsasən, işıq zərrəcik yığınından ibarət idi. XIX əsr fiziklərindən Ceyms Klark Maksvel isə işığın dalğa formasında olduğunu irəli sürürdü. Kvant fizikası fizikanın bu ən böyük mübahisəsini uzlaşdırdı.

1905-ci ildə Albert Eynşteyn işığın kvantalara, yəni enerji porsiyalarına malik olduğunu irəli sürdü. Bu enerji porsiyalarını foton adlandırdı. Zərrəcik olsalar da, fotonlar 1860-cı illərdə Ceyms Klark Maksvelin iddia etdiyi kimi, dalğa hərəkəti şəklində müşahidə edilirdi. Ona görə işıq dalğa və zərrəcik arasında keçid kimi idi. Ancaq bu vəziyyət Nyuton fizikası üçün ziddiyyət təşkil edirdi. davamı »

KAİNATI BÜRÜYƏN YARADILIŞ MÖCÜZƏSİ: FRAKTAL HƏNDƏSƏ

fraktal hissəBədənimizdəki qan damarları, Yupiterin üstündəki qırmızı ləkələr, ilbizin qabığı, hündür dağların qırışları, qar dənəciklərinin formaları və ağacların yarpaqları… Bütün bu sadalananların tibb, astronomiya, biologiya və ya coğrafiya kimi bir-birindən tamamilə fərqli elm sahələrinin mövzuları olduğunu düşünə bilərsiniz. Lakin bunların hamısı ilə yaxından əlaqəsi olan bir elm sahəsi var: fraktal həndəsə. Bəs fraktal həndəsə nədir? Allah’ın qüsursuz nizamını və sonsuz elmini necə göstərir?

Yer kürəsini təsəvvürünüzdə canlandırmağa çalışın. Ağaclar, buludlar, dalğalar, dağlar, ovalıqlar, səhralar… Hər birinin ortaq xüsusiyyəti həndəsədəki üçbucaq, kvadrat və dairələr kimi tam düz və ya yuvarlaq cizgilərinin olmamasıdır. İndiyə qədər heç kim kürə formasında alma və ya bulud, dümdüz səhra və ya dəniz, konus formasında dağ, kub formasında çınqıl, silindr şəklində ağac gövdəsi görməyib. Çünki Allah’ın yaratdığı dünya və bütün kainat girintili-çıxıntılı, qırışlı, bir-birinə keçmiş, düyünlü formalardan təşkil olunub. Bir-birini tamamlayan bu mürəkkəb formaların birləşməsi ilə Yer çox müxtəlif, rəngli və bir-biri ilə mükəmməl ahəng içində olan görünüşə malikdir. davamı »

İrqlərin müxtəlifliyi nə üçün təkamül nəzəriyyəsinə dəlil deyil?

irqlerMüxtəlif insan irqlərinin olmasını bəzi təkamül tərəfdarları təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia daha çox müdafiə etdikləri nəzəriyyəni kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən dilə gətirilir.

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlamışsa, bir-birindən fərqlənən irqlər necə meydana çıxmışdır” sualına əsaslanır. Başqa sözlə, “hz. Adəm və hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə ortaya çıxmışdır?” deyirlər.

Əslində bütün bu sualların və ya etirazların ardında duran problem genetika elmi haqqında məlumat azlığı və ya genetik qanunları gözardı edilməsidir. Bu gün yer üzündəki insanlar arasındakı irq müxtəlifliyinin səbəbini anlamaq üçün əvvəlcə bu sualla yaxından bağlı olan “variasiya” mövzusu haqqında ümumi məlumata yiyələnmək lazımdır. davamı »

Bölmə: Təkamül Yalanı  Açar sözlər:  Şərh yaz

HÜCEYRƏLƏRİN MÜXTƏLİF ORQANLARA ÇEVRİLMƏSİ DÜNYADAKI ƏN BÖYÜK MÖCÜZƏLƏRDƏN BİRİDİR

babyAna və atadan gələn xromosomlar ana bətnində yeni mayalanmış yumurta hüceyrə formasındadır. Bu hüceyrə sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə müxtəlifləşir, yəni müxtəlif funksiyalar qazanır və orqanizmin hansı hissəsində olmalıdırlarsa, o hissəyə gedirlər. Bir-birinin eyni olan hüceyrələrdən ibarət ət yığını olmaq əvəzinə bir qismi, məsələn, göz hüceyrəsi məhz lazımi yerə, bir qismi isə ürəyi təşkil edərək döş qəfəsindəki yerinə gedir və ya dəri hüceyrəsi olub bütün bədəni örtür.

Hüceyrələrin proqramlanmış şəkildə müxtəlif zülallar hasil edib fərqli orqanlara çevrilməsinə tibbi dildə “müxtəlifləşmə” və ya “morfogenez” deyilir. Hüceyrələr bu bölünmə mərhələsində çox dəqiqliklə və müştərək işləyirlər. Bəs bu qədər mükəmməl nizam və mütəşəkkillik necə baş verir? İsrailli biofizik dr. Li Spetner də buradakı möcüzəvi yaradılışa belə diqqət çəkir: davamı »

HÜCEYRƏDƏKİ BƏNZƏRSİZ HASİLAT: ZÜLAL SİNTEZİ

zulalCanlılar üçün həyati əhəmiyyətə malik olan zülallar hüceyrənin içində dünyadakı heç bir sistemlə müqayisə edilməyəcək qədər kompleks, nizamlı və qüsursuz sistemlə hasil edilirlər.

Bu kompleks hasilat sistemində heç bir səhvə yol verilmir. Hər hansı mərhələdə meydana gələn xəta dərhal təhlükəsizliyə nəzarət sistemi ilə bərpa edilir. Beləliklə, canlının həyatını davam etdirməsini təmin edən zülallar heç bir xəta olmadan, məhz lazımi vaxtda, lazımi yerdə və lazımi şəkildə hasil edilir.

Zülal hasilatının digər möcüzəvi xüsusiyyəti də çox yüksək sürətlə həyata keçirilməsidir. Məsələn, 100 amin turşusu daşıyan bir zülal molekulu E.coli bakteriyasının hüceyrəsində 5 saniyədə sintez edilir. Bu o qədər böyük sürətdir ki, yer üzündə belə sürətlə bütün istehsal prosesini tamamlayan fabrik yoxdur. Bu sürət canlı üçün çox vacibdir. Çünki həyatın davam etdirilməsi üçün hüceyrələrdə hər an bir çox zülala ehtiyac olur. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: , , , ,  Şərh yaz

FİZİKİ QANUNLARI BİLƏN KƏPƏNƏKLƏR

kepenekKəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanadları, zərif uçuşları ilə təbii gözəl olan bu canlılar Allah’ın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Olduqca qısa ömür sürmələrinə baxmayaraq, bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparırlar. Məsələn, uçmaq üçün kəpənəklərin bədəni müəyyən temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nə etdiyini birlikdə öyrənək.

Colias kəpənəyinin bədən temperaturu 28 dərəcədən aşağı olarsa, uça bilməz. Belə olduqda, kəpənək dərhal qanadlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdırdıqda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu düşməyə başlayır.

Bundan başqa, bu kəpənək növlərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələr də təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrində yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin ötürülməsi asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalır.

Başqa bir kəpənək növü də bədən temperaturunu artırmaq üçün buna bənzər üsuldan istifadə edir.

Linzalar haqqında hamınızın məlumatı var. Onların bəzilərindən cisimləri böyütmək, digərlərindən isə kiçiltmək üçün istifadə olunur. Məsələn, eynək şüşələri linzadır. Günəş işığının qarşısına tutulan linza ilə istiliyi müəyyən nöqtədə toplamaq olur. Hətta bu üsulla od yandırmaq da mümkündür. Pieris kəpənəyi isə qanadlarını elə vəziyyətdə saxlayır ki, bütün şüaları eynilə linza kimi bədəninin ən çox isinməli yerlərində toplaya bilir.

Hekkelin rüşeym rəsmləri saxtakarlıqdır

embiyonErnst Hekkel 1868-ci ildə yazdığı “Natürliche Schöpfungsgeschichte” (Təbii yaradılış tarixi) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq həmin canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.

Amma, əslində, məsələ başqa cür idi. Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.

Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) bu idi. Əslində, Darvin bu kitabı yazmazdan əvvəl Hekkelin rəsmlərinin saxtakarlıq olduğunu başa düşənlər olmuşdu. Hətta Hekkelin özü belə saxtakarlığının üzə çıxmasının ardınca etdiyi bu böyük elmi yalanı etiraf etmişdi: davamı »

DİLİN MÖCÜZƏVİ QURULUŞU

stock-photo-company-of-children-of-different-nationality-16678993Ağlınıza gələn düşüncələri Allah’ın sizin üçün yaratdığı qüsursuz sistem sayəsində ifadə etdiyinizi bilirsinizmi? Eyni şəkildə, deyilənləri anlamanız da bu qüsursuz sistemin bir hissəsidir. Sözlər siz fərqində olmadan beyninizdə mənaları ilə birlikdə yerlərini tuturlar. Bəs bu, necə baş verir?

Danışmaq üçün xüsusi cəhd göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin bir-birindən nə qədər aralı olmasını, nə qədər titrəməsini, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansını hansı sıra ilə və neçə dəfə, nə qədər gərib-boşaltmağı, ciyərlərimizə neçə sm3 hava alıb və bu havanı hansı sürət və fasilələrlə xaric etməyi hesablamırıq. İstəsək də, bunu edə bilmərik! Çünki ağzımızdan çıxan bircə sözün formalaşması insanın tənəffüs sistemindən sinir sisteminə, əzələlərindən sümüklərinə qədər uzanan bir çox sistemin ahəngdar işləməsinin nəticəsidir. davamı »

Bölmə: Vücudumuz  Şərh yaz