Blog Archives

Özlərinə dərman istehsal edən canlılar

Dərman almaq istədikdə həkimlə məsləhətləşir və həkimin təklif etdiyi, təcrübə və araşdırmalar nəticəsində istehsal edilən dərmanları alırsınız. Çünki bunları özünüz istehsal edə bilməzsiniz. Halbuki, bir çox canlı ehtiyac duyduğu dərmanları öz bədənində istehsal edir.

Öz aspirinlərini istehsal edən qoz ağacları

Quraqlıq, yüksək temperatur və buna bənzər şəraitlə qarşı-qarşıya qalan qoz ağacları aspirinə bənzər kimyəvi dərman ifraz edirlər. Qızdırma və ya infeksiyaya qarşı aspirin qəbul edən insanlardan fərqli olaraq, bitkilər çətin hava şəraitinə qarşı mübarizə aparmaq üçün biyokimyəvi müdafiə mexanizmlərini gücləndirən kimyəvi maddələri (metil salisilat və s.) qaz halında istehsal edirlər. Bunlar qozun müdafiə mexanizmini gücləndirən zülalların istehsal edilməsini sürətləndirir. davamı »

Bədənimizdəki elektrik sistemi

Bədəniniz hər gün müntəzəm qulluq tələb edən elektriklə işləyən texnoloji cihaz kimidir. Bir əzələniz hərəkət etdikdə elektrik yük boşalması əmələ gəlir. Beyinin əmrlərini daşıyan siqnallar elektrikdir. Bundan əlavə, orqanizmdən beyinə doğru hərəkət edən bütün duyğu siqnalları elektrikdir. Hüceyrənin bölünməsi, ürəyin döyünməsi də elektrikdir. Əslində, bütün  kimyəvi reaksiyalar elektrikdir, çünki molekulyar səviyyədə elektronlar ötürülür, paylanır və ya dəyişikliyə məruz qalır. İnsan orqanizmində elektrik olmayan heç nə yoxdur. Siz dincəlmək üçün uzandıqda belə enerji hasilatı ilə əlaqədar çətin proseslər sizin iradənizdən asılı olmayaraq baş verir: ürəyiniz döyünür, ağciyərlərinizə oksigen gedir və s.

Bir sözlə, insan orqanizmi həyatda qalmaq üçün elektro-kimyəvi enerji sistemindən istifadə edir. Bədənimizin elektriklə işləyən hissəsini sinir sistemi təşkil edir. Bir qəza və ya şikəstlik olmadıqca bədənimiz həm elektrik hasil edir, həm də hasil etdiyi elektrik enerjisi ilə gecə-gündüz fəaliyyət göstərir. Canlılardakı elektrik sistemi metallardakı elektrik sistemlərindən daha çox üstünlüyə malikdir. Bu üstünlüklərdən biri bioloji sistemlərin öz-özlərini təmir etməsidir. Məsələn, barmağınız kəsildikdə qısa zaman ərzində bu yara sağalır.

Bölmə: Vücudumuz  Bir Şərh

İnsan bədəninin acizliklərindən biri – allergiya

Ətrafında heç bir narahatlıq olmadığı halda, birdən ard-arda dəfələrlə asqırmağa başlayan, gözləri qızarıb-sulanan, təngnəfəs olan və ya dərisində qızartılar, səpki yaranan insanları görmüsünüz. Bəzən ən sadə qidalardan, arılardan, hətta çiçəklərdən də uzaq duran bu şəxslərin narahatlığının adı allergiyadır.

Allergiya orqanizmin bəzi maddələrə qarşı qabarıq cavab reaksiyası kimi təyin oluna bilər. Bu maddələr allergen adlanır.

Allergiya bədənə xarici maddənin girməsi və immun sisteminin hərəkətə keçməsilə başlayır. Bitki mənşəli tozcuqlar allergiyasını (pollinoz) nümunə götürək: irsi olaraq allergiyaya meyilli insan tozcuqlardan təsirləndiyi zaman immun sistemində tozcuqlarda olan zülallara, yəni allergenə qarşı immunoqlobulin E (İgE) deyilən antitel istehsal edilir. Bu antitellərin quruluşu allergenə görə dəyişir. Ev tozundan ev heyvanlarının tükünə, meyvə-tərəvəz növlərindən arıya qədər allergen maddələri çox müxtəlifdir. davamı »

Bölmə: Vücudumuz  Şərh yaz

Canlılar Danışmadan Necə Xəbərləşirlər

Bəzən gözlə görünməyən heyvanlardakı bığcıqlar bir çox heyvanın yaşaması üçün böyük əhəmiyyət daşıyan orqanlardır. Canlıların müxtəlif məqsədlər üçün istifadə etdiyi bığcıqları da hər gün yeni xüsusiyyətləri kəşf edilən yaradılış möcüzələrindən biridir.

Qarışqaların “bığcıq dili”

Keçən əsrdə qarışqalar üzərində aparılan elmi tədqiqatlar bu kiçik heyvanlar arasında mürəkkəb ünsiyyət şəbəkəsi olduğunu üzə çıxarmışdır.

İnsan qarşısına çıxan bir neçə qarışqanı bir-birindən ayırd edə bilməsə də, bir-birinin tamamilə bənzəri olan qarışqalar bir-birlərini asanlıqla tanıya bilirlər. davamı »

Qandakı Mayenin Nisbətini Tənzimləyən Nəzarətçilər

İnsan orqanizmindəki suyun miqdarı çox əhəmiyyətlidir. Suyun müəyyən səviyyədən aşağı düşməsi və ya orqanizmdə ehtiyacdan artıq su toplanması insan həyatı üçün təhlükəlidir. Bəs siz orqanizminiz üçün ən ideal su miqdarının nə olduğunu bilirsinizmi? Habelə, hər an orqanizminizdəki suyun nisbətini müəyyən edib lazımi miqdarı təmin etmək üçün tədbir görə bilirsinizmi? Əlbəttə, xeyr. Bəlkə də bu sətirləri oxuyana qədər bu mövzu haqqında heç düşünməmişdiniz. Çünki orqanizminizdə bu mühüm funksiyanı sizin üçün qüsursuz şəkildə yerinə yetirən qeyri-adi sistem mövcuddur. Bu sistemdə insanı heyran edən bir çox yaradılış möcüzəsi var. İndi bu sistemi təhlil edək. davamı »

Bölmə: Vücudumuz  Şərh yaz

Bədənimizi qoruyan zülallar öz hüceyrələrimizə necə zərər vermirlər?

Bədənimizdə hər an bizi qoruyan sistem var. Bu sistemin bir hissəsini komplement sistemin zülalları təşkil edir. Onlar bədəndəki hər hüceyrəyə hücum etmək üzrə proqramlaşdırılmışlar. Bu, həqiqətən də heyrətamizdir. Çünki bədəni müdafiə etmək üçün yaradıldıqlarına baxmayaraq, bədəndəki bütün hüceyrələri düşmən kimi görürlər.

Komplement sistemin zülalları qaraciyərdə istehsal edilir. Bu hüceyrələr normal şəraitdə qanda heç nəyə təsir etmədən gəzirlər. Ancaq xəbərdar ediləndə, gördükləri bütün hüceyrələri yox etməyə hazır olurlar. Bu xəbərdarlıq komplement sisteminin bir zülalı vasitəsilə bədəndəki bütün sistemə yayılır.

Bu zülallar xəbərdarlıq ediləndə bədəndə dost-düşmən ayrı-seçkiliyi etməzlər. Ancaq bədəndəki zərərsiz hüceyrələr komplement sisteminin zülallarından müdafiə olunacaq şəkildə yaradılmışlar. Komplement sisteminin zülalları bədənə aid hüceyrələrə dəyər-dəyməz, bu zərərsiz hüceyrələr komplement sisteminin zülallarını təsirsiz hala gətirirlər. Bədənə girmiş xarici orqanizmlər isə bu cangüdənlərin hücumuna məruz qalaraq yox olurlar.

Bölmə: Vücudumuz  Şərh yaz

Qidanı necə həzm edirik?

Qəbul etdiyimiz qidalarda bədənimizə lazım olan vacib maddələr var. Yediyimiz çiy qidalar isə öz-özünü həzm edən əhəmiyyətli xəzinə ilə birlikdə bədənimizə daxil olurlar… öz fermentlərilə.

Fermentlər hüceyrəni nizam içində çalışan miniatür fabrikə çevirən zülallardır.

Bu xüsusiyyətə sahib olan qida fermentləri yer üzündə qarşılaşdığımız hər qidada mövcuddur. Ancaq fermentlər istiyə qarşı dözümsüzdürlər. Bir qidanı bişirdiyiniz zaman onun içindəki bütün fermentlər itir. Yediyiniz çiy qidalarda isə qidanın 75 %-ni onun öz fermentləri həzm edir. Bu əməliyyat, yəni qidanın öz fermentləri tərəfindən həzm edilməsi bədən üçün əhəmiyyətlidir. Çünki bədən ayrıca ferment istehsal edərək yorulmur və həzmə kömək edən fermenti istehsal etmək üçün başqa fermentlərin istehsalını yavaşlatmaq məcburiyyətində qalmır. davamı »

Bölmə: Vücudumuz  Şərh yaz

Orqanizmdəki Qüsursuz Təhlükəsizlik Sistemi

Vazopressin hormonunun xüsusiyyətlərindən biri qan damarlarını daraltmaq və bu yolla qan təzyiqini artırmaqdır. Bu xüsusi dizayn olunmuş təhlükəsizlik sistemidir və insanın xüsusi olaraq yaradıldığını sübut edir. Bu təhlükəsizlik sisteminin işləməsi hərtərəfli planlaşdırılmışdır. Ürəyin mədəcik hissəsinə və ürəyə gedən damarların içinə qan təzyiqini ölçən xüsusi reseptorlar yerləşdirilmişdir.

Məlumdur ki, insan qan təzyiqini ölçmək üçün texnoloji cihazlardan istifadə edir. Bu cihazlar bir çox müxtəlif elm sahəsinə mənsub mütəxəssisin birgə fəaliyyəti ilə icad edilmişdir və qabaqcıl texnologiya ilə istehsal edilir. Halbuki, ürəyimizdə eyni funksiyanı gözlə görünməyən çox kiçik molekullar həyata keçirirlər. Bəs bu reseptorlar qan təzyiqini necə ölçür, təzyiqdəki fərqi necə qavrayırlar? Bu reseptorlar ürəyə, məhz lazımi yerə necə yerləşdiriliblər? davamı »

Bölmə: Vücudumuz  Şərh yaz

Ən təbii dezinfeksiyaedici: göz yaşı

Orqanizmimizdə həyati əhəmiyyətə malik bir çox maye ifraz olunur. Bunlardan biri də göz yaşıdır. 98.2 %-i sudan ibarət göz yaşı tərkibində fərqli miqdarlarda müxtəlif maddələr olan çox xüsusi mayedir. Qalan hissəsində qan plazması ilə eyni miqdarda sidik cövhəri və plazmadakından daha az miqdarda qlükoza, duzlar və üzvi maddələr yerləşir. Göz yaşının bu möhtəşəm birləşməsi sağlam görmək üçün çox vacibdir.

Bəzi insanların sadəcə duzlu su olduğunu zənn etdiyi göz yaşı gözü necə qoruyur? davamı »

Qolunuzdakı saatı bir müddət sonra niyə hiss etmirsiniz

Hər bir insanın dərisi gün ərzində geyimlərlə təmasda olur. Amma onları həmişə hiss etmir. Gecə yatarkən üstünə çəkdiyi yorğanla, qoluna taxdığı saatla, ya da oturduğu kreslo ilə təmasda olduğunu da daim qavramır. Bunun vacib səbəbi var. İnsan dərisindəki qəbuledicilər müəyyən müddətdən sonra beyinə və dəriyə təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırırlar. İnsan dərisi onunla təmasda olan maddəyə qarşı vərdiş qazanır və onunla bağlı hisslər müəyyən müddətdən sonra dayandırılır.

Bu, Allahın bədənimizdə yaratdığı möcüzəvi bir sistem və mükəmməl xüsusiyyətdir. Bir çox insan bu cür təfərruatların fərqinə belə varmır. Amma onu da qeyd etmək lazımdır ki, heç bir narahatlıq duymadan yaşamaq mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olur. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: ,  Şərh yaz