Blog Archives

65 Milyon il əvvəl dinozavrlar dövrünə son qoyan meteorit toqquşması

Hər il Yerin atmosferinə daxil olan 10.000 tondan çox meteorit atmosferdə sürtünmə nəticəsində bizim xəbərimiz belə olmadan məhv olur. Ancaq atmosferə sürtünmə ilə məhv olmayan böyük meteoritlər də daxil olur. Məsələn, Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit dinozavr dövrünə son qoymuşdur.

Bu toqquşma ekoloji sistemdə köklü dəyişikliyə səbəb olmuşdur. Toqquşma nəticəsində əvvəlcə böyük sahə məhv olmuşdur. Toqquşmanın ardınca vulkanik partlayışlar, dünyanın hər yerində zəlzələlər, sunamilər, güclü fırtınalar, yanğınlar baş vermiş, turşulu yağışlar yağmışdır. davamı »

Susamasaydınız, nə baş verərdi?

İnsan qidalanmadan 1-2 həftə yaşaya bilər, su içmədən isə 3-4 gündən çox yaşaya bilməz. İnsan bədəninin 75%-i sudan ibarətdir. Tərləmə və tənəffüs vasitəsilə insan gündə 2-3 litr su itirir. İtirilən su susadıqdan sonra içilən su ilə kompensasiya edilir. 

Bəs  susamasaydınız, nə baş verərdi?

Su bütün canlılar üçün olduğu kimi, insanlar üçün də ən vacib həyat mənbəyidir. Suyun bədən temperaturunun nizamlanmasında, qida maddələri və oksigenin daşınmasında, tullantı maddələrinin hüceyrələrdən uzaqlaşdırılmasında və həzmin asanlaşdırılmasındakı rolu əvəzsizdir. Bundan əlavə, su orqan və toxumaları da qoruyur. Məsələn, hüceyrələrimizi əhatə edən suyun yalnız 2%-ni itirsək, təxminən 20%-lik enerji itirər və yorularıq. Təkcə bu misal suyun insan həyatında nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün kifayətdir. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: ,  Şərh yaz

Həyatın Gerçək Mənşəyi: Yaradılış

Biologiya ilə maraqlanan və canlıların Yer kürəsində necə meydana gəldiyini düşünənlər XX əsrdə təkamül sözünü bəlkə də hər şeydən daha çox eşitmişdir. Amma XXI əsrdə bu sözün yerini başqa söz tutacaq: yaradılış.

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətlə olmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu. davamı »

Elektrik siqnalları toxunma hissinə necə çevrilir?

Toxunma hissindən məhrum olsaydıq, nə olardı?…

Belə olan  halda, isti-soyuq, bərk və ya  iti uclu bir cismə toxunduğumuzda cismin xüsusiyyətləri ilə bağlı heç bir məlumat əldə edə bilməz, bir çox çətinliklə və təhlükəli vəziyyətlə qarşılaşardıq. Halbuki, bir millimetrdən də nazik olan dərimiz vasitəsilə bizə toxunma hissi verilmişdir. Bunun sayəsində biz bir çox məlumatı qəbul edə bilirik.

Toxunma hissi dəri hüceyrələri tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır və beyində şərh olunur. Siz bir maddəyə toxunanda onun bərk, yumşaq, nazik və ya sürüşkən olduğunu beyninizdə hiss edirsiniz. Barmağınızın ucundakı reseptorlar (qəbul edicilər) maddəyə aid məlumatları beyninizə elektrik siqnalı kimi çatdırır və bu siqnallar beyninizdə toxunma hissi kimi qəbul edilir. davamı »

Üçölçülü Görmə

Necə üçölçülü görürük?

Gözümüzün ikiölçülü gördüyü cisimləri beynimiz üçölçülü qavrayır. Bu qavrayışın necə olduğunu araşdırmaq üçün aparılan elmi fəaliyyətlər beyinin mükəmməl dizayna malik olduğunu üzə çıxarmışdır. Bu mükəmməlliyi anlamaq üçün görmə prosesini daha ətraflı təhlil edək.
İki gözümüzlə bir cismi iki fərqli görmə bucağından görürük. Gözlər arasındakı məsafə 5 sm-dən bir az artıq olduğuna görə, iki tor qişada əmələ gələn görüntülər bir-birindən fərqlidir. Bir cismin iki fərqli görmə bucağından əldə edilən görüntülər beyinin görmə mərkəzində birləşdirilir. davamı »

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (İnsan Skelet Sistemi)

http://www.youtube.com/watch?v=nYp3VCw7Z2s

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Yarasalardakı texnologiya)

http://www.youtube.com/watch?v=SSRp35CJQyk

Ramil Rüstəmov / İctimai TV / İnsan üçün yaradılan planet

http://www.youtube.com/watch?v=rvBpWbMWhgA

Ramil Rüstəmov / İctimai TV / Kainatın Yaradılışı

http://www.youtube.com/watch?v=Rso6iyFPz6c

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Ağcaqanadlardakı texnologiya)

http://www.youtube.com/watch?v=FjFSU9WY69I