Blog Archives

Asfaltı təmir edən beton icad edilib

İngiltərədə Kembric, Bat və Kardif universitetlərinin ortaq fəaliyyəti ilə öz-özünü təmir edən beton icad edilib.

Tərkibində xüsusi bakteriya növü olan betondan hazırlanacaq asfaltlar yollarda tədricən əmələ gələn çatları təmir edərək öz-özünü yeniləyə biləcək.

Betona qarışdırılan xüsusi bakteriya yağış suyu ilə birləşdikdə əhəngdaşına çevrilir və asfaltda əmələ gələn boşluqları doldurur.

Bu maddənin daha da təkmilləşdirilib inşaat sahəsində istifadə edilməsi nəzərdə tutulur.

CERN-də iki sub-atom zərrəcik kəşf edilib

Böyük Hadron Toqquşdurucusu vasitəsilə keçirilən təcrübələrdə kəşf edilən sub-atom zərrəciklər böyük qüvvənin birləşdirdiyi üç zərrəcikdən ibarət bariondan təşkil olunmuşdur.

CERN-dən verilən açıqlamada bu kəşfin dünyanın əmələ gəlməsi zamanı baş verən proseslərin necə baş verdiyini aydınlaşdıracağı bildirilib.

CERN-in nəzdindəki LPNHE Laboratoriyasında çalışan Metyu Çarlz “birini tapmağa çalışarkən, ikisini kəşf etdik,” deyib.

Kəşf edilən yeni zərrəciklərin 14 milyard il əvvəl kainatın əmələ gəlməsinə səbəb olan Böyük Partlayış mühitini formalaşdıran 10 milyard dollar dəyərindəki təcrübə zamanı 27 km-lik tuneldə bir-birləri ilə toqquşdurulan protonlardan 6 dəfə ağır olduğu müəyyən edilib.

Tədqiqatın nəticələri “Physical Review Letters” jurnalında dərc olunacaq.

Böyük Hadron Toqquşdurucusu vasitəsilə daha əvvəl də zərrəciklərə kütlə verdiyi zənn edilən və Hiqs bozonu adlanan sub-atom zərrəcik kəşf edilmişdi. Tanrı zərrəciyi də adlanan Hiqs bozonunun kəşfi keçən il belçikalı fizik Fransua Englert ilə ingilis elm adamı Piter Hiqsə Nobel mükafatı qazandırmışdı.

 

www.haber7.com

www.biyomimetik.net

 

“Gözü düşünmək məni nəzəriyyəmdən soyutdu!”

“Gözü düşünmək məni nəzəriyyəmdən soyutdu!” -deyə etiraf edən Darvini bu açıqlamaya sövq edən ən əsas səbəblərdən biri mükəmməl quruluşda kompleks canlıları nəzəriyyəsi ilə açıqlaya bilməməsi idi. Xəyali təkamül mexanizmlərini bir gözü əmələ gətirmək üçün lazımi yerlərdə yerləşdirə bilmirdi. Bu kompleks orqanın xəyali təkamül mərhələləri ilə əmələ gəldiyini sübut etmək üçün gözün orqanoidlərini sadələşdirməli idi, ancaq bunu edə bilmirdi.

Bu kompleks orqanın necə əmələ gəldiyini açıqlaya bilməmək təkamül nəzəriyyəsinin memarları qədər müasir təkamül tərəfdarları üçün də böyük boşluqdur. Darvinistlər kompleksliklə qarşılaşdıqları hər yerdə bu böyük boşluğu hər gün hiss edirlər. Görəsən, iddia etdikləri milyonlarla illik xəyali təkamül prosesi zamanı belə bir kompleks orqan necə əmələ gəlib? Təkamülçülər bu suala cavab vermək üçün heç bir məntiqli ssenari uydura bilmirlər. davamı »

HANSI ÇİÇƏKLƏRDƏN NEKTAR TOPLADIĞINI XATIRLAYAN KOLİBRİLƏR

Kolibrinin ürəyi normal vaxtda təqribən 1000 dəfə, uçduqda 1200 dəfə döyünür. Bu quşlar sürətli maddələr mübadiləsinə görə çox enerji sərf edirlər və bu enerjini əldə etmək üçün xüsusi qidalanma sistemi ilə yaradılıblar.

Kolibrinin qidası çiçək nektarıdır. Qidalanarkən digər quşlardan fərqli olaraq havada sərbəst dayanır. Qanadlarını saniyədə ən az 60 dəfə 8 rəqəmi formasında çırparaq havada asılı qalır və bədənlərini tərpətmədən çiçək nektarını toplayır.

Kanadada Letbric Universitetində biologiyanın davranış ekologiyası sahəsində elmi fəaliyyət göstərən və kolibrilər ilə bağlı tədqiqat aparan professor A.Hörli (Andrew Hurly) bu canlıların həyatda qalması üçün vacib xüsusiyyətlərini kəşf edib. Bu tədqiqat “Journal of Current Biology” jurnalında dərc olunub. davamı »

Hüceyrələrin əyləncəli həyatı

Bədənimizin hər nöqtəsində kiçik, ancaq kiçik olduğu qədər kompleks həyat yaşayan hüceyrələr var. Kiçikliyinə baxmayaraq, hüceyrə insanın həyatının davam etməsini təmin edən əsas quruluş vahididir. Hüceyrələr həyati funksiyaları yerinə yetirərkən bir-biri ilə uyğunluq içində işləyirlər. Bəs uyğunluq içində işləyərkən relslərdə sürətini artırdıqlarını, rəqs etdiklərini, akrobatik hərəkətlər etdiklərini və bayraq yarışına girdiklərini bilirdinizmi?

Elm dünyasının ortaq qənaəti ilə insanın bu günə qədər qarşılaşdığı ən kompleks sistem ünvanını qoruyan hüceyrədə hələ kəşf edilməmiş çoxlu sirlər yatır və hüceyrə Allah`ın yaratma sənətinin, üstün ağlının ən böyük dəlillərindən birini təşkil edir. Hüceyrənin həyata keçirdiyi kompleks prosesləri və bir-birini yoxlayan mükəmməl nəzarət mexanizmlərini tədqiq edən təkamül nəzəriyyəsinin müdafiəçiləri də məşhur rus təkamülçü A.İ.Oparinin: “Təəssüf ki, hüceyrənin əmələ gəlməsi təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtəsini təşkil edir”, -sözləri ilə həmfikirdirlər. Hüceyrələrin ən kiçik hissələrində belə baş verən mükəmməl mütəşəkkillik yaradılış həqiqətini bir daha sübut edir. davamı »

MAĞARALARDA İNKİŞAF ETMİŞ İNCƏSƏNƏT

Təkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası tutmuşdur. Guya bir müddət əvvəl ağacdan yerə düşən və müasirləşməyə başlayan xəyali ibtidai insan birdən-birə mahir qabiliyyətlər əldə etmiş, mağara divarlarını oyaraq və ya rəngləyərək heyranedici rəsmlər çəkməyə başlamış, boyunbağı, gərdənlik kimi olduqca estetik bəzək əşyaları düzəltmişlər. Bəs nə oldu ki, belə bir inkişaf yarandı? “Yarı meymun ibtidai varlıqlar” hansı səbəbdən və necə birdən birə incəsənətə meyil göstərdi? Təkamülçü alimlər bunun necə həyata keçdiyini heç bir yolla izah edə bilməzlər, lakin bir neçə fərziyyə irəli sürürlər. Təkamülçü antropoloq Rocer Levin darvinistlərin bu mövzuda keçirdiyi sıxıntını “Müasir insanın mənşəyi” kitabında bu sözlərlə ifadə edir: “Hələ də natamam olan arxeoloji qeydlərin hər baxımdan qeyri-müəyyən olmasına baxmayaraq, alimlər bu sualı fərqli şəkildə cavablandırırlar”. (Roger Lewin, The Origin of Modern Humans, W.H. Freeman and Company, New York, 1993, səh. 148)

davamı »

MÜDAFİƏ SİSTEMİMİZDƏ FƏAL ORQANLARIMIZ

  • İmmun sistemimiz olmasaydı, həyatımızı davam etdirə bilərdikmi?
  • Bu sistem bəzi funksiyalarını tam yerinə yetirməsəydi, necə yaşayardıq?

İnsan orqanizminin ən əsas sistemlərindən biri olan immun sistemi həyati əhəmiyyətli funksiya daşıyır. İnsan fərqinə varmasa da, bu sistemin bütün fərdləri eynilə bir ordu kimi onun bədənini qoruyurlar. Bakteriya, virus və digər yad orqanizmlərə qarşı bədəni qoruyan immun hüceyrələrinin qeyri-adi qabiliyyətləri var. Bu hüceyrələrin orqanizmdə müdafiə zamanı göstərdikləri zəka, səy və fədakarlıq nümunələri bunları öyrənən hər insanı heyrətləndirəcək.

Döyüşçü istehsal edən mərkəz: sümük iliyi

Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atıldıqda radiasiyaya məruz qalan bir çox insan 10-15 gün ərzində daxili qanaxma və yoluxucu xəstəliklərdən öldü. Bu insanlara nə olduğunu anlamaq üçün heyvanlar üzərində keçirilən təcrübələrdə orqanizmin tamamilə radiasiyaya məruz qalması nəticəsində qan hasil edən immun sisteminin əsas hüceyrələrinin öldüyü məlum oldu. Bu isə bədənin qısa müddətdə ölməsi demək idi. davamı »

İnsanla meymunun eyni əcdaddan yaranması barədə hekayələr hansılardır?

Təkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir. Hal-hazırda 120-yə qədər meymun növü yaşayır. Məhz 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün qalıqları təkamülçülər üçün zəngin vəsait qaynağıdır.

Təkamülçülər yox olmuş meymun növlərinin kəllə və sümüklərini kiçikdən böyüyə doğru düzmüş, bu silsiləyə nəsli kəsilmiş insan irqlərinə aid kəllələri də əlavə edərək insanın təkamülü ssenarisini yazmışlar. Ssenari belədir:

“İnsanlar və müasir meymunlar ortaq əcdada sahibdirlər. Bu varlıqlar zaman keçdikcə təkamül keçirərək bir qismi müasir meymunları meydana gətirmiş, təkamülün digər qolunu isə müasir insanlar meydana gətirmişdir”.

Halbuki, bütün paleontoloji, anatomik və bioloji tapıntılar bizə təkamülün bu iddiasının da əsassız olduğunu göstərir. İnsanla meymun arasında qohumluq əlaqəsinə dair heç bir dəlil yoxdur. Saxtakarlıqlar, təhriflər, hiyləgər şəkil və xəyali şərhlərdən başqa… davamı »

Nebraska adamı saxtakarlığı

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Feyrfild Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı plieosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini pitekantrop (Pithecanthropus erectus) olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: Hesperopithecus haroldcooki.

Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmləri dərc edildi. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsəmişdilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı. davamı »

Atın təkamülü nağılı

Məməlilərin mənşəyi mövzusunda əhəmiyyətli bir yer tutan başlıq çoxdandır ki, təkamülçü mənbələrin baş tacı etdikləri “atın təkamülü” əfsanəsidir. Bu bir əfsanədir, çünki elmi tapıntılara deyil, xəyal gücünə əsaslanır.

“Atın təkamülü”nü simvollaşdırdığı iddia edilən sxemlər yaxın vaxtlara qədər təkamül nəzəriyyəsinə sübut olaraq göstərilən fosil siyahısının ən başında yerləşirdi. Halbuki bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin etibarsızlığını qəbul edir. 1980-ci ilin noyabr ayında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə olunduğu bir iclasda təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir dayağı olmadığını belə açıqlamışdır: davamı »