Tag-Archive for » arilar haqqinda «

Arılar polyarizə işığı görmə qabiliyyətlərindən qida tapmaq üçün istifadə edirlər

Arılar polyarizə işıqdan yaradıldıqları andan etibarən – yəni milyon illərdir istifadə edir, qüsursuz hesablama ilə istiqamət təyin edirlər. Bəs bunu necə bacarırlar?

Arılar istiqaməti polyarizə işığa əsasən tapırlar

Arılar hava buludlu olduqda belə, günəşdən kompas kimi istifadə edirlər. Bunu ultrabənövşəyi işıq dalğaları vasitəsilə edirlər.

Ultrabənövşəyi işıq dalğaları çox sıx olmayan bulud örtüyünün içindən keçə bilir. Bu sayədə işçi arılar günəşin istiqamətini müəyyən etməkdə ultrabənövşəyi işıq dalğalarından istifadə edirlər.

Günəşdən yayılan təbii işıq polyarizə olur, yəni işıq dalğalarının titrəyiş istiqaməti Günəş səmada hərəkət edərkən nizamlı şəkildə dəyişir. Bu polyarizasiya formasını insanlar görə bilmirlər, lakin arılar və bir çox canlı görür. Günəşin görünməməsi və ya göy üzünün buludlu olması bu canlılar üçün maneə deyil. davamı »

Ölümə Tələsən Erkək Arılar

Arı ailəsində bütün arıların işi var. Təkcə erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqlarından sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdiyində işçi arılar erkək  arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.

Ümumiyyətlə, bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dönəmdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirmə səbəblərindən biridir. davamı »