Tag-Archive for » asiya «

Təbii təmizləyici: lotus bitkisi

lotusLotus bitkisi (ağ su zanbağı) palçıqlı və çirkli mühitlərdə bitir. Buna baxmayaraq, bitkinin yarpaqları həmişə təmiz olur. Çünki bitki üzərinə çox cuzi toz dənəsi belə düşən kimi dərhal yarpaqlarını yelləyir və toz zərrəciklərini müəyyən məsafəyə doğru itələyir. Yarpağın üzərinə düşən yağış damcıları da bu nöqtələrə doğru yönləndirilir və buradakı tozları yuyub aparır.
Lotus bitkisinin bu xüsusiyyəti bina səthinin dizaynı üçün araşdırmaçılara yeni üfüq açıb. Bundan ilham alan tədqiqatçılar Lotusun yarpağı kimi, yağış sularını istifadə edərək üzərindəki çirki təmizləyən bina səthləri üzərində işə başlayıblar. Bu işlərin nəticəsində ISPO adlı bir alman şirkəti “Lotusan” adı verilən səthörtmə maddəsini istehsal ediblər. Asiya və Avropadakı satış nöqtələrindən bazara təqdim edilən bu məhsul üçün “yuyucuya ehtiyac olmadan 5 il ərzində özünü təmiz saxlayacağı zəmanəti” belə verilib.

Təbiətdəki bir çox canlı səthlərini qoruyan müxtəlif xüsusiyyətlərə malikdir.