Tag-Archive for » berillium «

Möcüzəvi karbon elementi

Həyatın əsası olan karbon elementi ancaq nəhəng ulduzların mərkəzində çox xüsusi, möcüzəvi reaksiyalar nəticəsində əmələ gəlir. Bu möcüzəvi reaksiyalar baş verməsəydi, bu gün kainatda karbon adlı element, başqa sözlə, həyat deyə məfhum olmazdı. “Möcüzəvi”, -deyirik, çünki bu reaksiyalar, əslində, ehtimaldan kənar olan şərtlərin birləşməsi ilə baş verir. İndi bu prosesi təhlil edək…

Karbon atomu nəhəng ulduzların nüvəsində iki mərhələli proses nəticəsində əmələ gəlir. Əvvəlcə, iki helium atomu birləşir və beləcə, ortaya dörd protona və dörd neytrona malik ara element çıxır. Bu ara element berillium adlanır. Üçüncü helium da berilliuma birləşdikdə altı protonlu və altı neytronlu karbon atomu əmələ gəlir.

Birinci mərhələdə əmələ gələn berillium Yer kürəsindəki berilliumdan fərqlidir. Elementlərin dövri cədvəlində yerləşən normal berilliumun bir dənə artıq neytronu var. Qırmızı nəhənglərin nüvəsində əmələ gələn berillium isə fərqlidir. Buna kimyada izotop deyilir. Mövzunu tədqiq edən fiziklər qırmızı nəhənglərin nüvəsində əmələ gələn berillium izotopunun anormal dərəcədə qeyri-sabit olmasına uzun illər boyu təəccübləniblər. O qədər qeyri-sabitdir ki, əmələ gəldikdən 0.000000000000001   (10-15) saniyə qədər qısa müddətdə parçalanır! davamı »