Çoxlu hissələrdən ibarət təyyarə maketi aldığınızı düşünün. Yüzlərlə kiçik hissədən təşkil olunmuş bu maketi hansı sıra ilə düzəldərdiniz? Şübhəsiz ki, bunun üçün əvvəlcə qutunun üzərindəki rəsmlərə baxar və içindəki təlimat kitabçasından faydalanardınız. Çünki maketi düzəldərkən təlimatı oxumaq görüləcək işə sərf olunan vaxtı qısaldır, o maketin səhvsiz, mükəmməl düzəldilməsinə kömək edir.
Təyyarənin düzəldilməsi haqqında təlimatlar olmasa, əgər əlinizdə buna bənzər model varsa, maketi ona baxıb düzəldə bilərsiniz. Çünki daha əvvəl gördüyünüz təyyarə modelinin dizaynı onun bənzərinin düzəldilməsində sizə əsas yolgöstəricidir. Eyni məntiqlə, təbiətdə mövcud olan qüsursuz dizayndan nümunə götürmək də bənzər funksiyalara malik texnoloji cihazın dizaynı və düzəldilməsinin ən qısa yolla, mükəmməl şəkildə həyata keçirilməsini təmin edir. Bunu dərk edən bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi də hər yeni fəaliyyətdən əvvəl bunun canlılardakı nümunələri araşdırır, onlardakı sistem və dizaynlardan nümunə götürərək təqlid edirlər. Başqa sözlə, elm adamları Allahın təbiətdə yaratdığı canlıları təhlil edir və bunlardan faydalanaraq yeni texnoloji məhsullar istehsal edirlər. davamı »