Tag-Archive for » böyrek «

Orqanizmdəki maye miqdarını tənzimləyən böyrəklər

download (1)Orqanizmdə qüsursuz planlanmış sistem işləyir. Böyrəklər bu sistemlərdən biridir.

Əgər tərləmə və ya bir müddət su içməmə səbəbindən bir az su itirsək, qandakı suyun miqdarı azalar.

Qan beyində hərəkət edərkən hipotalamus adlanan bölgədəki xüsusi reseptorlar hərəkətə keçir və hipofiz vəzinə impuls göndərir. İmpulsu qəbul edən və orqanizmdə suyun azaldığını anlayan hipofiz vəzi böyrəklərə xüsusi mesaj (- ADH) göndərir. Bu mesaj borucuqlardakı hüceyrələrə “orqanizmdə su çatışmazlığı var, artıq suyu geri qaytarın” əmrini verir. Borucuqlar sidikdən daha çox suyu soraraq qana qarışdırırlar və bu şəkildə orqanizmdə su çatışmazlığı aradan qaldırılır. (Arthur C. Guyton, M.D., Text Book of Medical Physiology, W.B. Saunders Company, 7th Edition, 1986, səh.613-614)

Əgər artıq su içmişiksə, bu dəfə də həmin əmr sistemi zənciri çərçivəsində xəbərləşmə baş verir. Ancaq bu dəfə borucuqlardakı hüceyrələrə “orqanizmdə artıq su var, suyu lazımsız yerə geri qaytarmayın” əmri verilir.

Beyinin altında yerləşən hipofiz vəzini təşkil edən hüceyrələrin gördüyü işi yenidən düşünək. Burada yerləşən hüceyrələr özlərindən çox uzaqda yerləşən böyrək hüceyrələrinə xüsusi mesaj göndərirlər. Böyrək hüceyrələri də gələn əmrə qeyd-şərtsiz itaət edirlər. Daha sonra böyrək hüceyrələri sidiyin içindən su molekullarını bir-bir seçir və bu qarışıq mayenin içindən tər-təmiz su əldə edərək orqanizmə göndərirlər. davamı »

Böyrək dializ aparatı ilə müqayisə edilməyəcək üstünlüyə malikdir

böyrekLa­zı­mi sə­viy­yə­də fəa­liy­yət gös­tər­mə­yən or­qan­la­rı­mı­zı əvəz edə bi­lə­cək sü­ni or­qan­lar və ci­haz­lar müa­sir tex­no­lo­gi­ya­nın ver­di­yi im­kan­lar­la tə­ba­bə­tin is­ti­fa­də­si­nə ve­ri­lib. Böy­rək­lər öz funk­si­ya­la­rı­nı iti­rən­də və ya hər han­sı bir mən­fi hal ya­ra­nan­da da bu­nun əvə­zi­nə or­qa­niz­min tə­miz­lə­mə sis­te­mi ki­mi fəa­liy­yət gös­tər­mə­li olan dia­liz aparatları işlənib hazırlanıb. Öl­çü­lə­ri böy­rək­lər­lə mü­qa­yi­sə edil­mə­yə­cək qə­dər bö­yük olan bu aparatlarda qan mü­əy­yən qur­ğu­lar­dan ke­çi­ri­lir və qan özü­nün tər­ki­bin­də­ki si­dik cöv­hə­ri, si­dik tur­şu­su ki­mi zə­rər­li mad­də­lər­dən və ar­tıq ma­ye­lər­dən tə­miz­lə­nir.

Bu ci­haz sa­də dif­fu­zi­ya (bir mad­də­nin qa­rı­şıq bir nis­bət­dən nis­bə­tən az qa­rı­şıq nis­bə­tə keç­mə­si) üsu­lu ilə iş­lə­yir. Ar­te­ri­ya­dan çı­xan bo­ru ilk ön­cə bir na­so­sa gə­lir. Bu na­sos qa­nı dia­liz aparatına vu­rur. Dia­liz ma­ye­si ok­si­gen­lə zən­gin­dir və duz kon­sen­tra­tı ba­xı­mın­dan da qan plaz­ma­sı ilə eynidir. Qan dia­liz ma­ye­si için­də olan dia­liz bo­ru­cuq­la­rın­dan ke­çi­ri­lir. Qa­nın tər­ki­bin­də­ki si­dik cöv­hə­ri ki­mi ar­tıq mad­də­lər dif­fu­zi­ya ilə dia­liz ma­ye­si­nə keç­di­yi hal­da erit­ro­sit və zülal ki­mi la­zım­lı mad­də­lər dia­liz bo­ru­cuq­la­rın­da qa­lır. Bu pro­ses za­ma­nı dia­liz ma­ye­si aparatın için­də xə­fif şə­kil­də çal­xa­la­nır. Bu­nun nə­ti­cə­sin­də qan­da­kı ar­tıq mad­də­lər tə­miz­lə­nir və qan ge­ri qay­ta­rı­la­caq və­ziy­yə­tə gə­ti­ri­lir. Əgər qa­nın qi­da­lan­dı­rıl­ma­sı­na eh­ti­yac olar­sa, dia­liz ma­ye­si­nə qlü­ko­za əla­və edi­lir və ye­nə də dif­fu­zi­ya üsu­lu ilə qa­na ke­çi­ri­lir. Tə­miz­lən­miş qan bo­ru vasitəsilə ve­na­ya ötürülür. Bü­tün bu pro­ses­lər za­ma­nı dia­liz ma­ye­si fa­si­lə­siz ola­raq tə­zə­lə­nir və hər də­fə də bə­dən tem­pe­ra­tu­ru­na uy­ğun şə­kil­də sax­la­nı­lır. Əks hal­da xəs­tə çox­lu miq­dar­da is­ti­lik itir­miş olar. davamı »