- İmmun sistemimiz olmasaydı, həyatımızı davam etdirə bilərdikmi?
- Bu sistem bəzi funksiyalarını tam yerinə yetirməsəydi, necə yaşayardıq?
İnsan orqanizminin ən əsas sistemlərindən biri olan immun sistemi həyati əhəmiyyətli funksiya daşıyır. İnsan fərqinə varmasa da, bu sistemin bütün fərdləri eynilə bir ordu kimi onun bədənini qoruyurlar. Bakteriya, virus və digər yad orqanizmlərə qarşı bədəni qoruyan immun hüceyrələrinin qeyri-adi qabiliyyətləri var. Bu hüceyrələrin orqanizmdə müdafiə zamanı göstərdikləri zəka, səy və fədakarlıq nümunələri bunları öyrənən hər insanı heyrətləndirəcək.
Döyüşçü istehsal edən mərkəz: sümük iliyi
Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atıldıqda radiasiyaya məruz qalan bir çox insan 10-15 gün ərzində daxili qanaxma və yoluxucu xəstəliklərdən öldü. Bu insanlara nə olduğunu anlamaq üçün heyvanlar üzərində keçirilən təcrübələrdə orqanizmin tamamilə radiasiyaya məruz qalması nəticəsində qan hasil edən immun sisteminin əsas hüceyrələrinin öldüyü məlum oldu. Bu isə bədənin qısa müddətdə ölməsi demək idi. davamı »