Tag-Archive for » darvin «

TƏKAMÜLÜN AÇIQLAYA BİLMƏDİYİ SİMMETRİYA VƏ UYĞUNLUQ

butterfly-color-butterfliesYer kürəsində və kainatda böyük uyğunluq var. Pəncərədən çölə nəzər saldıqda belə, bu uyğunluğun bir çox dəlili ilə qarşılaşırıq. Göy üzündəki buludlar, ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün nümunələrdə qüsursuz nizam və simmetriya var.

Təbiətə baxdıqda hər bitkinin və heyvanın özünəməxsus rəng və naxışlarının olduğunu görürük. Üstəlik, bu rəng və naxışların hər birinin canlılar üçün müxtəlif mənaları var. Cütləşməyə çağırma, qəzəb, təhlükədən xəbərdarlıq və bunun kimi bir çox məfhum heyvanlar arasında rənglər və naxışlar ilə məna qazanır.

Hər şeyin kortəbii təsadüflər nəticəsində əmələ gəldiyini iddia edən təkamül nəzəriyyəsi təbiətdəki sənət, rəng müxtəlifliyi və uyğunluğu açıqlaya bilmir. Təkamülçülərin canlılardakı dizaynı açıqlamaqda çarəsiz olduğunu nəzəriyyənin banisi olan Çarlz Darvin də etiraf etmişdir. Darvin canlılardakı rənglərin nə üçün xüsusi mənalarının olduğunu anlamadığını belə ifadə edir: davamı »

Hekkelin rüşeym rəsmləri saxtakarlıqdır

embiyonErnst Hekkel 1868-ci ildə yazdığı “Natürliche Schöpfungsgeschichte” (Təbii yaradılış tarixi) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq həmin canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.

Amma, əslində, məsələ başqa cür idi. Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.

Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) bu idi. Əslində, Darvin bu kitabı yazmazdan əvvəl Hekkelin rəsmlərinin saxtakarlıq olduğunu başa düşənlər olmuşdu. Hətta Hekkelin özü belə saxtakarlığının üzə çıxmasının ardınca etdiyi bu böyük elmi yalanı etiraf etmişdi: davamı »

Darvinizmin Süqutu / Video

davamı »

Darvinizm Elmi Nəzəriyyə Deyil

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, hətta bu gün də bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqətlər kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər sahədə necə təkzib edildiyini bilmir.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlı hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa və fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və əksiksiz ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və zaman ərzində dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyon illərlə digər hissələrinin “təsadüfən” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə bir hüceyrənin mürəkkəb yaradılışı belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir. davamı »