Tag-Archive for » dizayn «

Atomdakı Qüsursuz Nizam

Hava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək. Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı. davamı »

Qar Kristallarındakı Dizayn

Qar dənələrini araşdıran bir insan bu dənələrin çox müxtəlif formalara sahib olduqlarını görəcək. Bir kub metr qarda təxminən 350 milyon ədəd qar dənəciyi var. Bunların hamısı altıbucaqlı və kristalvari quruluşdadır, ancaq hər biri fərqli formalara malikdir. Bu formaların, fərqli şəkillərin necə yarandığı, simmetriyanın necə qurulduğu sualları alimlər tərəfindən illərdir araşdırılır. Əldə edilən hər məlumat isə qar dənələrindəki möhtəşəm sənəti ortaya çıxarır.

İncə və kiçik təbəqələr, çox budaqlı ulduzlar ya da kiçik iynə başlıqlarına bənzər şəkillərdəki qar dənələrinin meydana gəlməsi tamamilə heyrətamizdir. Bir qar dənəsi 200-dən çox buz kristalından ibarətdir. Qar kristalları mükəmməl nizam içində düzülmüş su molekullarından meydana gəlir. Memarlıq şahəsəri olaraq xarakterizə edilən qar kristalları su buxarının buludlardan keçərək soyuması nəticəsində formalaşır. davamı »