Tag-Archive for » dnt molekulu «

DNT molekulundakı mükəmməl təfərrüatlar

  • DNT-nin kimyəvi quruluşu necədir?
  • Atomların düzülüşündəki ydntaradılış xüsusiyyətləri nə üçün həyati əhəmiyyət daşıyır?

DNT (dezoksiribo nuklein turşusu) karbon, hidrogen, oksigen, azot, fosfat atomlarından ibarətdir və hüceyrənin bütün həyati funksiyalarında rol oynayan böyük molekuldur. İnsana aid DNT molekulunda bu atomlar milyardlarladır və hər insanda özünəməxsus formada düzülmüşdür. DNT bu molekulun kimyəvi quruluşunu ifadə edən dezoksiribo (D), nuklein (N) və turşu (T) sözlərinin qısa yazılışıdır.

DNT-nin kimyəvi quruluşu

Hər insan hüceyrəsinin nüvəsindəki DNT molekulu 5 mikron (1 mikron millimetrin 1000-də 1-inə bərabərdir) diametri olan, kiçik yumaq formasında sarılmış nuklein turşusundan ibarətdir. Nuklein turşuları bədənimizin sadəcə 2%-ini təşkil edən, ancaq çox vacib birləşmələrdir. Nuklein turşularının əsas quruluşu isə nukleotidlərdir. Nukleotidlərdən 6 000 000 000 (6 milyard) ədədi kimyəvi cəhətdən cüt spiral formasında birləşərək DNT-ni təşkil edirlər. davamı »

Bölmə: Mikrodünya  Açar sözlər: , ,  Şərh yaz

Möhtəşəm Yaradılış Möcüzəsi: DNT

Mikroskopik hüceyrənin içindəki DNT özündə dünyanın ən böyük ensiklopediyasından 40 dəfə çox məlumat daşıyır.

Bəs bu 1000 cildlik kitabxana gözlə görə bilmədiyimiz bir molekulun içinə necə sığır?

1000 kitablıq məlumat necə 100 trilyon dəfə bədənimizə yerləşdirilmişdir?

Təxminən 100 trilyon hüceyrəmiz var. Bu hüceyrələrin hər birində bir DNT molekulu var. Bu molekullardan yalnız birinin içində 3 milyard müxtəlif məlumat var. Bu məlumatlar 1 milyon səhifəlik kitaba bərabərdir. 1 milyon səhifəlik kitab təxminən 1000 cilddir. Bu 1000 cildlik əsərin səhifələrini yan-yana düzsək, uzunluğu şimal qütbündən ekvatora qədər çatar. Bu 1000 cildlik əsər 24 saat fasiləsiz oxunsa, əsərin tamamlanması üçün 100 il vaxt lazım olar. Bu böyük məlumat təkcə dırnağımızda, saçımızın bir telində və ya qolumuzun üzərindəki hər hansı bir tükdə olan bir DNT-yə aiddir. davamı »

Bölmə: Mikrodünya, Vücudumuz  Açar sözlər: , ,  Şərh yaz

Riçard Davkins və “Qısqanc Sulfat Turşusu”

Richard Dawkins məşhur təkamülçülərdən biridir və dünya ateizminin bayraqdarı hesab olunur. Davkinsə görə canlıların ən mühüm hədəfi həyatda qalmaq, törəmək və genlərini qoruyaraq növbəti nəsillərə köçürməkdir. Davkinsin heç bir məntiqə sığmayan bu iddiasına görə insan “genləri qoruyan robot”dur. Bu dünyadakı yaranma məqsədi isə sahib olduğu genləri çoxaltmaq, digər genlərlə rəqabətdə öz genlərini qorumaq və sonrakı nəsillərə ötürməkdir. Elmi əsası olmayan bu materialist inanca görə əgər insanın məqsədi sadəcə genlərinin davamlı olmasını təmin etməkdirsə, onda bu insanın heç bir əxlaqi kriteriyası ola bilməz. İnsan genlərinin mənfəəti üçün mümkün olduğu qədər eqoist və mərhəmətsiz olmalıdır. Davkinsin cəhalətinin məhsulu olan bu nəzəriyyəyə görə insanın sahib olduğu genlər eqoist olduğuna görə, insan da eqoistdir.

Halbuki eqoist gen iddiası məntiqsiz və absurddur. Davkins və digər bəzi təkamülçülər genləri sanki şüur və iradə sahibi varlıqlar olaraq izah edirlər. Halbuki genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə bərkidilmiş uzun nukleotid turşu mərtəbələrindən ibarətdir. Yəni uzun molekullardır. Su (H2O) və ya H2SO4 (sulfat turşusu) molekul olduğu kimi, DNT də molekuldur. “Eqoist su”, “eqoist duz” və ya “qısqanc sulfat turşusu” anlayışı nə qədər mənasızdırsa, eqoist gen anlayışı da bu qədər mənasızdır.

Təkamülçülər insanı bir maddə yığını olaraq göstərməyə çalışır və bu maddə yığınının hər hansı bir hissəsini şüurlu olaraq təqdim etmək istəyirlər. Genlərin şüurlu olduğu iddiası isə təkamül nəzəriyyəsinin hal-hazırkı vəziyyətini dəyərləndirmək baxımından çox ibrətamizdir. Qədimdə taxtadan və ya daşdan hazırlanmış bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstliyin yerini müasir dövrdə molekullarda və bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu iddia edən darvinizm almışdır. Yəni darvinizm artıq nəzəriyyə funksiyasını yerinə yetirmir, çünki paqan dininə çevrilmişdir.

Darvinizm Elmi Nəzəriyyə Deyil

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, hətta bu gün də bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqətlər kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər sahədə necə təkzib edildiyini bilmir.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlı hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa və fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və əksiksiz ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və zaman ərzində dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyon illərlə digər hissələrinin “təsadüfən” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə bir hüceyrənin mürəkkəb yaradılışı belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir. davamı »