Kirpi balığı yaxınlıqda təhlükə hiss etdikdə tikanlı dərisi dəqiqələr ərzində kürə formasını alır. Kirpi balığının şişməsi onu yem olmaq riskindən xilas edir. Kürə formasını aldıqda balıq dərin nəfəs alıb nəfəsini tutmuş kimi görünür. Ancaq şişkin vəziyyətdə də nəfəs almağa davam edir.
Kirpi balıqları şişmək üçün elastik mədələrini sürətlə su ilə doldururlar. “İtkin balıq Nemo” filmində kirpi balığı bloat da su topu kimi şişərək komik şəkildə suda üzməyə başlayırdı. Ancaq kirpi balıqlarının hava ilə şişmədiyi üzə çıxdı.
Tədqiqatçı Corcia Makgi (Georgia McGee) bu barədə belə deyir:
“Əvvəlki tədqiqatlarda kirpi balıqlarının nəfəslərini tutaraq şişdiyi iddia edilirdi. Biz su udaraq mədəsini şişirmə ehtimalı üzərində dayandıq. Nəfəsini tutsaydı, balıq həyati orqanlarında oksigen çatışmazlığı yaranmaması üçün qısa müddətli şişkin qala bilərdi”.
Tədqiqatçılar 8 ədəd canthigastervalentini cinsindən olan kirpi balığını hovuza atıblar. Burada kirpi balığının şişməsini sürəti yavaşladılmış kamera ilə dörd dəfə zəiflədilmiş sürətlə çəkiblər. Kirpi balığının nəfəsini tutub-tutmadığını anlamaq üçün oksigen sərfini də hesablayıblar. Bunun üçün hovuz suyundakı oksigen miqdarını ölçüblər. Nəticədə, kirpi balığının şişərkən, eyni zamanda, nəfəs alıb-verdiyini sübut ediblər. davamı »