Tag-Archive for » fizika «

Kainatdakı təməl qüvvələr

Kainatdakı fiziki qanunların böyük partlayışdan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi dörd əsas qüvvənin ətrafında birləşir. Bu qüvvələr kainatdakı bütün nizamı və sistemi yaratmaq üçün böyük partlayışdan dərhal sonra, ilk subatom zərrəciklərinin yaranmasıyla birlikdə formalaşıblar.

Atomlar, yəni maddi kainat ancaq bu qüvvələrin təsiri ilə mövcud olmuş və kainata nizamlı bir dizaynla dağılmışdır. Bunlar yerin cazibə qüvvəsi kimi tanıdığımız kütlələrin cazibə qüvvəsi, elektromaqnit qüvvə, güclü və zəif nüvə qüvvələridir. Hər biri digərindən fərqli gücə və təsir sahəsinə malikdir. Güclü və zəif nüvə qüvvələri sadəcə atomun quruluşunu müəyyənləşdirir. Digər iki qüvvə, yəni cazibə və elektromaqnit qüvvəsi isə atomlar arasındakı əlaqəni və dolayısilə bütün maddi obyektlərin arasındakı tarazlığı tənzimləyir. davamı »

Atmosferin Həyat üçün Uyğunluğu

Yer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.

Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir. davamı »

Suyun Mühüm Xüsusiyyətləri

YUXARIDAN DONMANIN FAYDASI

Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından- yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür. Bunun sayəsində dənizin tamamilə donması və canlıların məhv olması təhlükəsi aradan qalxır. Çünki donan və yuxarı qalxan təbəqə dənizin altda qalan maye hissəsini bayırdakı soyuq havadan izolyasiya edir.

Əgər buz sudan ağır olsaydı (əslində belə olması daha təbii olardı), bu halda dənizlər də altdan donmağa başlayacaqdı. Belə olduqda sözügedən izolyasiya baş vermədiyi üçün dənizlərin hamısı asanlıqla donar və sudakı həyat məhv olardı. davamı »

Həyatın Kosmosdan Gəlməsi Nə üçün Mümkün Deyil?

Darvin XIX əsrin ortalarında nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəlində həyatın mənbəyini araşdıran elm adamları isə təka

mül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırlamışdı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “təsadüf məhsulu” olmayacağı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edilmişdi. davamı »

Atomdakı Qüsursuz Nizam

Hava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək. Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı. davamı »