Tag-Archive for » fosil «

Arxeopteriksin quşların əcdadı olmadığı bir daha sübut edildi

1340Çünki arxeopteriksdən 10 milyon il əvvələ aid quş fosili tapılıb.

Dövrümüzün quşlarının “əcdadı” olduğu irəli sürülən arxeopteriks bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən, velociraptor və ya dromoesaur adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmış və uçmağa başlamışlar. Arxeopteriks dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür.

Lakin əslində arxeopteriksin fosilləri üzərində aparılan son təhlillər bu izahın elmi cəhətdən əsassız olduğunu göstərir. Bu quş ara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür. davamı »

“Ara keçid fosil tapıldı” iddiası saxtakarlıqdır

fosilDarvin dövründə ara keçid fosillərin yoxluğu həll olunacaq problem kimi görünürdü. Darvin yer üzünün təbəqələrində nəzəriyyəsini təsdiqləyəcək heç bir ara keçid fosili tapılmamasını təəccüblə qarşılayır, amma yenə də onların gələcəkdə tapılacağına inanırdı. “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” fəslində mövzu ilə bağlı bunları yazmışdı:

 Əgər, həqiqətən, növlər digər növlərdən tədricən törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarışıqlıq halında deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində tapa bilmirik…. Nə üçün hər geoloji forma və hər təbəqə belə formalarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş proses üzə çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.

Darvinin ümidini təkzib edən və təqribən 150 ildən bəri tapılmayan ara keçid fosilləri Darvinin nəzəriyyəsinə, həqiqətən də ən böyük etiraz kimi ortaya çıxdı. davamı »

Fosillər

Dələ kəlləsi

Dövr: Oliqosen

Yaşı: 36 milyon il

Bölgə: Si Çuan, Çin

Darvinizmə əsasən, fosilləri tapılmış kəllə sümükləri və digər qalıqlar dövrümüzdəki canlılardan çox fərqli olmalı idi. Fosil qeydlərində bütün canlıların təkamül keçirməkdə olan formaları ilə qarşılaşmalı, məsələn, yarıbalıq-yarısürünən, yarısürünən-yarıməməli bir çox canlının izi tapılmalı idi. Dövrümüzdə yaşayan dələ ilə eyni deyil, dələyə bənzəyən, ancaq hələ dələyə çevrilməmiş qəribə varlıqların fosilləri tapılmalı idi. davamı »

Milyonlarla il ərzində dəyişilməyən canlılara aid qalıqlar: fosillər

FOSİL NƏDİR?

Fosil uzun illər əvvəl yaşamış canlıların quruluşlarının təbii şərtlər altında qorunaraq dövrümüzə gəlib çatan izidir. Fosillər bəzən canlı orqanizminin bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (buna iz fosil deyilir) dövrümüzə gəlib çatmasıdır. Ölmüş heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitkinin üzəri  palçıq təbəqəsi ilə örtülməli və sonra  ani və sürətli şəkildə gömülməlidir. Bu gömülməni, əsasən, kimyəvi proses izləyir. Bu prosesdə baş verən mineral dəyişikliklə canlı və ya bitki orqanizm qorunmuş olur. davamı »

Bölmə: Fosillər  Açar sözlər: , , , ,  Bir Şərh

Darvinizm Elmi Nəzəriyyə Deyil

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, hətta bu gün də bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqətlər kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər sahədə necə təkzib edildiyini bilmir.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlı hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa və fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və əksiksiz ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və zaman ərzində dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyon illərlə digər hissələrinin “təsadüfən” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə bir hüceyrənin mürəkkəb yaradılışı belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir. davamı »