Tag-Archive for » gen «

Genlərin insanı idarə etməsi fikri yanlışdır

5788dd9e_insan-genomu1Təkamülçü media yolu ilə insanlara təlqin edilən materialist fərziyyələrdən biri insan davranışlarının təkcə genetik amillərin təsiri ilə müəyyən edildiyi iddiasıdır. Bu iddianın tərəfdarları insanın göz rəngi kimi fiziki xüsusiyyətləri ilə yanaşı davranışlarının da genlər tərəfindən müəyyən edildiyini fərz edirlər. Davam edən genetik tədqiqatların mediada müntəzəm olaraq bu prizmadan şərh olunması laboratoriya reallıqlarına zidd, xurafat tipli bir sıra fikirlərin cəmiyyət içində elmi məlumat olduğu təəssüratını yaradıb. Beləliklə, “bizi insan edən amil genlərlə məhdudlaşır” kimi tanınan “gen yalanı”meydana çıxıb. davamı »

Riçard Davkins və “Qısqanc Sulfat Turşusu”

Richard Dawkins məşhur təkamülçülərdən biridir və dünya ateizminin bayraqdarı hesab olunur. Davkinsə görə canlıların ən mühüm hədəfi həyatda qalmaq, törəmək və genlərini qoruyaraq növbəti nəsillərə köçürməkdir. Davkinsin heç bir məntiqə sığmayan bu iddiasına görə insan “genləri qoruyan robot”dur. Bu dünyadakı yaranma məqsədi isə sahib olduğu genləri çoxaltmaq, digər genlərlə rəqabətdə öz genlərini qorumaq və sonrakı nəsillərə ötürməkdir. Elmi əsası olmayan bu materialist inanca görə əgər insanın məqsədi sadəcə genlərinin davamlı olmasını təmin etməkdirsə, onda bu insanın heç bir əxlaqi kriteriyası ola bilməz. İnsan genlərinin mənfəəti üçün mümkün olduğu qədər eqoist və mərhəmətsiz olmalıdır. Davkinsin cəhalətinin məhsulu olan bu nəzəriyyəyə görə insanın sahib olduğu genlər eqoist olduğuna görə, insan da eqoistdir.

Halbuki eqoist gen iddiası məntiqsiz və absurddur. Davkins və digər bəzi təkamülçülər genləri sanki şüur və iradə sahibi varlıqlar olaraq izah edirlər. Halbuki genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə bərkidilmiş uzun nukleotid turşu mərtəbələrindən ibarətdir. Yəni uzun molekullardır. Su (H2O) və ya H2SO4 (sulfat turşusu) molekul olduğu kimi, DNT də molekuldur. “Eqoist su”, “eqoist duz” və ya “qısqanc sulfat turşusu” anlayışı nə qədər mənasızdırsa, eqoist gen anlayışı da bu qədər mənasızdır.

Təkamülçülər insanı bir maddə yığını olaraq göstərməyə çalışır və bu maddə yığınının hər hansı bir hissəsini şüurlu olaraq təqdim etmək istəyirlər. Genlərin şüurlu olduğu iddiası isə təkamül nəzəriyyəsinin hal-hazırkı vəziyyətini dəyərləndirmək baxımından çox ibrətamizdir. Qədimdə taxtadan və ya daşdan hazırlanmış bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstliyin yerini müasir dövrdə molekullarda və bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu iddia edən darvinizm almışdır. Yəni darvinizm artıq nəzəriyyə funksiyasını yerinə yetirmir, çünki paqan dininə çevrilmişdir.