Tag-Archive for » heyatin gercek menseyi «

Həyatın Gerçək Mənşəyi: Yaradılış

Biologiya ilə maraqlanan və canlıların Yer kürəsində necə meydana gəldiyini düşünənlər XX əsrdə təkamül sözünü bəlkə də hər şeydən daha çox eşitmişdir. Amma XXI əsrdə bu sözün yerini başqa söz tutacaq: yaradılış.

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətlə olmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu. davamı »