Son günlərdə KİV-də tez-tez rast gəlinən tibb xəbərləri arasında ən diqqətçəkəni kök hüceyrələr vasitəsilə xəstəliklərin müalicə edilməsidir. Tədqiqatların nəticələri zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyasına davam etdiyini üzə çıxarmışdır.
Kök hüceyrə nədir?
Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrə bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri müxtəlifləşməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər.
Blastositdə biri xarici təbəqə, biri də kürənin içindəki daxili təbəqə olmaqla iki hüceyrə növü var. Blastositin xarici təbəqəsindən doqquz ay ərzində körpənin qidalanmasını və tənəffüsünü təmin edən cift və qoruyucu göbək bağı, daxili hüceyrə təbəqəsindən isə göz, ürək, beyin, əzələlər, sümüklər kimi toxuma və orqanlar əmələ gəlir. davamı »