Müxtəlif insan irqlərinin olmasını bəzi təkamül tərəfdarları təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia daha çox müdafiə etdikləri nəzəriyyəni kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən dilə gətirilir.
Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlamışsa, bir-birindən fərqlənən irqlər necə meydana çıxmışdır” sualına əsaslanır. Başqa sözlə, “hz. Adəm və hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə ortaya çıxmışdır?” deyirlər.
Əslində bütün bu sualların və ya etirazların ardında duran problem genetika elmi haqqında məlumat azlığı və ya genetik qanunları gözardı edilməsidir. Bu gün yer üzündəki insanlar arasındakı irq müxtəlifliyinin səbəbini anlamaq üçün əvvəlcə bu sualla yaxından bağlı olan “variasiya” mövzusu haqqında ümumi məlumata yiyələnmək lazımdır. davamı »