Günəşdən yayılan şüalar həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmışlar. Lakin bu mövzuda çox mühüm bir amil var: Bu şüalar Yer səthinə çata bilmək üçün, atmosferdən keçmək məcburiyyətindədirlər. davamı »
Tag-Archive for » isiq «
Jan 2017
Mar 2014
Fiziki kainatın quruluşu ruhun varlığını anlamaq üçün kifayətdir. Mənim kvant mexanikası və ya kvant fizikası nəticəsində ruhun varlığını anladığımı deyə bilərik. Bunlar fiziki dünyanın ardında ruhla əlaqədar bir təməlin olduğunu göstərir. (Kaliforniya Universitetindən məşhur atomar fizik Fred Alan Vulf)
İsaak Nyutonun fikrincə, işıq “korpuskul” adlanan maddə axını idi. Tamamilə zərrəciklərdən ibarət idi. Başqa sözlə, kvant fizikası kəşf edilənə qədər qəbul edilən ənənəvi Nyuton fizikasına əsasən, işıq zərrəcik yığınından ibarət idi. XIX əsr fiziklərindən Ceyms Klark Maksvel isə işığın dalğa formasında olduğunu irəli sürürdü. Kvant fizikası fizikanın bu ən böyük mübahisəsini uzlaşdırdı.
1905-ci ildə Albert Eynşteyn işığın kvantalara, yəni enerji porsiyalarına malik olduğunu irəli sürdü. Bu enerji porsiyalarını foton adlandırdı. Zərrəcik olsalar da, fotonlar 1860-cı illərdə Ceyms Klark Maksvelin iddia etdiyi kimi, dalğa hərəkəti şəklində müşahidə edilirdi. Ona görə işıq dalğa və zərrəcik arasında keçid kimi idi. Ancaq bu vəziyyət Nyuton fizikası üçün ziddiyyət təşkil edirdi. davamı »
Jan 2014
- Göy qurşağı nə üçün və necə əmələ gəlir?
- Göy qurşağındakı rənglər hansı mərhələlərlə meydana gəlir?
- Göy qurşağının forması necədir?
Xüsusilə yağışlı havalarda gördüyümüz göy qurşağı günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn, işıq spektri rənglərinin yay formasında göründüyü metereoloji hadisədir. Göy üzündəki bu möhtəşəm rəng nümayişi əslində Günəşin güzgü rolu oynayan su damcıları tərəfindən əks etdirilən görüntüsüdür. Çünki ağ rəngdə gördüyümüz günəş şüaları əslində rənglidir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, açıq mavi, tünd mavi və bənövşəyi kimi əsas rənglərdən ibarət olur. Bu rənglər günəş şüası prizma rolu oynayan su damcılarının içində keçdikdə meydana gəlir. Çünki su işığı sındırır. Suyun işığı sındırmasının təsirilə rənglər müxtəlifləşir. Ayrılan rənglər yağış damcısının arxasında əks olunur və damcının içindən keçərək digər tərəfə əyilərək çıxırlar. davamı »
Feb 2013
Müasir fizika sübut edir ki, biz gözlərimizlə görmürük, əslində dünya zülmət qaranlıq və rəngsizdir.
Görən gözlərimiz deyil, görüntü beynimizdə əmələ gəlir
Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz sadəcə “görmə hadisəsinin” həyata keçməsi üçün beyinə mesaj yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik. Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə başı aşağı və iki ölçülü görüntü salır. davamı »