Yeni doğulmuş kenquru balası lobya dənəsi boyda olur, ayaqları hələ yeni inkişaf etməyə başlayır. Kenquru balaları doğulduqda kor olurlar. Çünki kenquru balaları ana bətnində inkişaflarını tamamlamadan dünyaya gəlirlər. Buna görə, balalar üçün analarının bədənində hazırlanmış tüklü kisə çox mühüm qorunma yeridir. Bu kisə bala böyüdükcə genişlənir. Kisənin girişində balanın düşməsinin qarşısını alan xüsusi əzələlər var. Bu əzələlər ana kenquru suya girdikdə də suyun içəriyə dolmasının qarşısını alır.
(Creation, vol.20, n.3, June-August 1998, səh. 29)
Kenquruların südü də balalarının tam tələbatına uyğun xüsusiyyətdədir. Südün tərkibindəki yağ və digər birləşmələr balanın böyüməsinə və ehtiyaclarına uyğun olaraq dəyişilir.
Şübhəsiz ki, kenqurunu bu xüsusiyyətlərlə yaradan Allah’dır.