Son günlərdə KİV-də tez-tez rast gəlinən tibb xəbərləri arasında ən diqqətçəkəni kök hüceyrələr vasitəsilə xəstəliklərin müalicə edilməsidir. Tədqiqatların nəticələri zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyasına davam etdiyini üzə çıxarmışdır.
Kök hüceyrə nədir?
Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrə bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri müxtəlifləşməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər.
Blastositdə biri xarici təbəqə, biri də kürənin içindəki daxili təbəqə olmaqla iki hüceyrə növü var. Blastositin xarici təbəqəsindən doqquz ay ərzində körpənin qidalanmasını və tənəffüsünü təmin edən cift və qoruyucu göbək bağı, daxili hüceyrə təbəqəsindən isə göz, ürək, beyin, əzələlər, sümüklər kimi toxuma və orqanlar əmələ gəlir. Daxildəki bu hüceyrə yığını müxtəlif toxuma və hüceyrə növlərinə çevrilə bilir. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir. Bədənimizdəki əzələ, dəri, qaraciyər hüceyrələri kimi hüceyrələrin müəyyən hədəfi var və bu hüceyrələr bölündükdə özləri kimi hüceyrə əmələ gətirirlər. Yəni qaraciyər hüceyrəsi bölündükdə yeni qaraciyər hüceyrəsi, əzələ hüceyrəsi bölündükdə yeni əzələ hüceyrəsi əmələ gəlir. Ancaq bu hüceyrələrdən fərqli olaraq kök hüceyrələrin müəyyən sabit funksiyaları yoxdur. Aldıqları impulsa əsasən müxtəlif hüceyrə növlərinə çevrilə bilirlər. Orqanizmimizdəki kök hüceyrələrin bu cür çevrilməsini genlər tənzimləyir. davamı »