Tag-Archive for » maddənin əsli «

Bəlkə hal-hazırda yuxudasınız?

Dünyanı qavrama formamız o qədər mükəmməldir ki, “xaricdə”, yəni bədənimizin ətrafında bir görüntü olduğuna bizi inandırır. Lakin bu vəziyyətin gecə gördüyümüz yuxulardan heç bir fərqi yoxdur. Yuxularımızda ətrafımızdakı hadisələrin, səs və görüntülərin fərqində oluruq, hətta bədənimizin də… Düşünürük və mühakimə edirik, qorxu, qəzəb, məmnuniyyət və sevgi hissləri duyuruq. Başqa insanlarla danışır, onlarla eyni şeyləri gördüyümüzü düşünərək ətrafımızdakılar haqqında fikir yürüdür, hətta üzərimizə gələn avtomobilin bizi vurmasından ehtiyat edərək kənara çəkilirik. Qısası,  oyanıb yaşadığımızı zənn etdiyimiz şeylərin yalnız zehnimizdə olduğunu bilənə qədər, yuxumuzda da maddi dünyada yaşadığımızı düşünürük…

Yuxudan oyandıqdan sonra: “Hər şey bir yuxu imiş”, -dediyimizdə isə yaşadığımızın, əslində, fiziki xüsusiyyətə malik olmadığını, hər şeyin zehnimizdə yaradıldığını başa düşürük. Oyaq olduğumuzu düşündüyümüz zaman isə qəti şəkildə real dünyada yaşadığımızı düşünür və davranışlarımızı buna uyğun nizamlayırıq. Ancaq oyaq olduğumuz zaman qarşılaşdığımız hadisələr də eynilə yuxuda olduğu kimi zehnimizdə yaşanır. Buna görə də hal-hazırkı hisslərimizin də yuxu olmadığından əmin ola bilmərik. davamı »