Tag-Archive for » nukleotid ardıcıllığı «

Cinayətkarı tapan DNT

imagesBir çox elmi mövzunun tarixən çox qədimlərə gedib çıxdığını düşünürük. Halbuki elmi kəşflərin bir qismi, xüsusilə insan DNT-si ilə bağlı məlumatların tarixi o qədər də qədim deyil. Demək olar ki, bir çoxu yaxın keçmişdə edilmiş kəşflərdir.

Məsələn, DNT-nin nukleotid ardıcıllığı 1987-ci ildə Leysester Universitetində biokimya professoru Alek Ceffris tərəfindən kəşf edilmişdir.

Tarixdə ilk dəfə hüquqi ekspertiza DNT vasitəsilə cinayətkarı müəyyən edə bilmişdir.

Qlobin zülalı üzərində tədqiqat aparan Ceffris bu tədqiqat zamanı nukleotid ardıcıllığının insandan-insana barkod sistemi kimi fərqləndiyini, hər kəsin DNT-sinin özünəməxsus sistem olduğunu müəyyən etmişdir.

Bu yolla səhv etmə riski, demək olar ki, qalmamış və əsl cinayətkarlar bir-bir tapılmağa başlamışdı. Çünki DNT izi (nukleotid ardıcıllığı) 99,99% ehtimalla bizə düzgün məlumat verir. Heç kimin DNT izi başqasının DNT izi ilə eyni deyil. davamı »