1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Feyrfild Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı plieosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini pitekantrop (Pithecanthropus erectus) olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: Hesperopithecus haroldcooki.
Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmləri dərc edildi. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsəmişdilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı. davamı »